Osman Gündüz: Ukrayna anti-dron lideridir
Cəmiyyət 10 Mart 2026, 13:57
206
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz son paylaşımında ABŞ–İran müharibəsinin ortaya çıxardığı maraqlı bir vəziyyətə diqqət çəkib.
Citypost.az xəbər verir ki, Osman Gündüz bildirib ki, müdafiəyə milyardlar xərcləyən ərəb ölkələri İranın dron hücumlarına qarşı qorunmaq üçün Ukraynaya müraciət edib. ABŞ da bu sahədə Ukraynadan dəstək istəyib. Ərəb ölkələrinin bahalı və klassik hava hücumundan müdafiə sistemlərinin bəzi hallarda dronlara qarşı kifayət etmədiyi məlum olub.Ukrayna isə uzun müddət Rusiya tərəfindən “Shahed” dron hücumlarına qarşı öz anti-dron texnologiyalarını inkişaf etdirib. Osman Gündüz qeyd edib ki, ölkədə startaplar, universitetlər və elmi-tədqiqat institutları bu prosesə cəlb olunub və hazırda 2000-dən çox Defence Tech startapı fəaliyyət göstərir. Bu texnologiyalar qısa müddətdə hazırlanır və real döyüş şəraitində sınaqdan keçirilir.
Bundan əlavə, Ukrayna artıq bu hərbi texnologiyaların xaricə ixracına da başlayıb. Prezident Volodimir Zelenski son açıqlamasında dron ixracından ildə 2 milyard dollar gəlir əldə etməyi hədəflədiklərini bildirib.Osman Gündüz vurğulayıb ki, dünənədək “Shahed” dronları ilə mübarizə aparan Ukrayna, bu gün həmin dronlara qarşı hərbi texnologiya və təcrübə ixrac edən mərkəzə çevrilib.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İran müharibəsi Hindistanda restoranları bağlama təhlükəsi yaratdı
ABŞ-İsrail münaqişəsi və İranla əlaqəli gərginliklər səbəbindən Hindistanda restoran və otellər mətbəx üçün maye qaz təchizatında fasilələrlə üzləşir və mümkün bağlanmalar barədə xəbərdarlıq ediblər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, hakimiyyət orqanları sənaye tələblərini nəzərdən keçirmək üçün panel yaradıb. Yanacaq qıtlığı Körfəz və Hörmüz boğazındakı gəmi trafikinin dayanması, enerji qiymətlərinin artması və Qətər və Səudiyyə Ərəbistanı kimi istehsalçıların ixracına təsir ilə əlaqələndirilir....
10 Mart 2026, 14:52
Ülviyyə Axundova vəzifəyə təyin olundu
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.Citypost.az-ın məlumatına görə, bununla bağlı Gənclər və İdman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.O, 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Gənclər siyasəti və gənclərlə iş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.O, gənclərin inkişafı, milli-mənəvi dəyərlərin təbliği, gənclərin ictimai iştirakçılığı və...
10 Mart 2026, 14:32
Anar Turan: Azərbaycan strateji üstünlükdədir
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi və analitik Anar Turan son paylaşımında Azərbaycan haqqında fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, A.Turan bildirib ki, Azərbaycan ərazisinə görə kiçik ölkə olsa da, strateji əhəmiyyəti həddindən artıq böyükdür. O, ölkəmizin bu üstünlüyü milli maraqları ilə balanslaşdıra bilən nadir dövlətlərdən biri olduğunu vurğulayıb.Analitik xatırladıb ki, postsovet ölkələri arasında SSRİ-nin azğın qoşunlarını Azərbaycandan ilk çıxaran ölkə məhz Azərbaycan olub. “İndi də dünyanın digər super nüvə dövləti olan ABŞ-ın hərbi bazalarının olmadığı azsaylı ölkələrdən biri yenə də məhz bizik. Bizim utanılacaq bir şeyimiz yoxdur,” – deyə Turan əlavə edib.O, həmçinin bildirib ki, bir müsəlman ölkəsi kimi Azərbaycanın bu...
10 Mart 2026, 13:47
Ölkə üzrə pensiyalar bu tarixdə ödəniləcək
Qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
10 Mart 2026, 13:45
Tural İrfan Ramazan ayında ticarət davranışlarını tənqid etdi
Milli Cəbhə Partiyası sədrinin müavini və siyasi şərhçi Tural İrfan son paylaşımında Ramazan ayında ticarət müəssisələrinin əhaliyə münasibətini tənqid edib.Citypost.az xəbər verir ki, T.İrfan bildirib ki, bir çox müsəlman ölkələrində Ramazan ayında dükanlar və ticarət obyektləri qiymətlərdə endirim edir, kasıb təbəqəyə əlavə yardımlar göstərirlər. “Onlar inanırlar ki, bu xeyirxahlığın qarşılığında həm savab qazanırlar, həm də kasıb adamları sevindirmiş olurlar,” – deyə o vurğulayıb.Lakin Tural İrfan qeyd edib ki, Azərbaycanda vəziyyət fərqlidir: “Ticarət müəssisələrinin sahibləri ildə bir dəfə ələ düşən fürsəti fövtə vermək istəmir, əhalini soymaq niyyətindədir. İftar menyuları bahalaşdırılır, saxta məhsullar camaata sırıla bilər. Bu, dindən sui-istifadə və imansızlıqdır,” –...
10 Mart 2026, 13:36
Bir Rusiya klassiki…
Citypost.az xəbər verir ki, analitik Turab Rzayev bildirib ki, Rusiya çətin vəziyyətlə üzləşdikdə Yaxın Şərqdə müharibə tendensiyası yaranır. Son günlər Körfəz ölkələrinin neft infrastrukturu dağıdılıb, dünya bazarında həm neft, həm də qaz çatışmazlığı müşahidə olunur və qiymətlər sürətlə artır.T.Rzayev vurğulayıb ki, bu gərginlik ABŞ-ı Rusiyaya qarşı tətbiq olunan sanksiyaları yumşaltmağa məcbur edir. “Hələlik bu yumşaltma baş verir, amma vəziyyət dinamikdir,” – deyə o əlavə edib.Analitik qeyd edir ki, enerji bazarındakı bu gərginlik qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər və regiondakı siyasətçilər diqqətli olmalıdır.Əli...
10 Mart 2026, 13:06