Tural İrfan: Qədr gecəsində “səhərə qədər əminamanlıq” necə başa düşülməlidir?
Cəmiyyət 11 Mart 2026, 11:20
278
Milli Cəbhə Partiyası sədrinin müavini və siyasi şərhçi Tural İrfan Qədr gecəsi ilə bağlı izahat verib. O, sosial şəbəkədə yazıb ki, Quranın “Qədr” surəsində qeyd olunan “səhərə qədər əminamanlıq” ifadəsi zahirən baş verən hadisələrə görə dəyərləndirilməməlidir.
Citypost.az xəbər verir ki, Tural İrfan bildirib ki, Qədr gecəsi Ramazan ayının qiymətli, dəyərli və şərəfli gecəsi olaraq Quranın nazil olduğu gecədir. Hədislərdə qeyd olunur ki, gecə Ramazanın son on günlüyündə ola bilər, lakin dəqiq gecəni heç kəs bilmir və bunu yalnız Allah özü müəyyən edib.
İrfan izah edib ki, surədə “mələklər və Ruh yerə enir” deyildiyi halda, Əzrail də mələk olduğu üçün vəzifəsi can almaqdır. Bu baxımdan, “əminamanlıq” ifadəsi “heç bir savaş və ölüm yoxdur” kimi başa düşülməməlidir. Çünki həmin gecə insanların yeni müqəddəratı müəyyən olunur və bəzən birinin ölməsi onun üçün və ya insanlıq üçün əminamanlıq sayılır.
O vurğulayıb ki, Qədr gecəsinin mahiyyəti zahirən baş verən hadisələrə yox, hikmətinə və ilahi təyinatına görə qiymətləndirilməlidir. Bu gecədə baş verən hadisələrin səbəbi insanların əksəriyyəti üçün qaranlıq qalır və onların nəyin qəza, nəyin hikmət olduğunu müəyyən etmək mümkün deyil.
Həmçinin oxuyun
Tural İrfan qeyd edib ki, Qədr gecəsi ibadətlə keçirilməlidir ki, ilahi təyinat və insanların əməyi nəzərə alınsın, həmçinin bu gecənin hikməti daha yaxşı başa düşülsün.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İcra başçısı 27 nəfəri işdən çıxardı
Göyçay Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə bağlı 31 vəzifə ləğv edilib.Citypost.az xəbər verir ki, icra başçısı Orxan Mürsəlovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.Məlumata görə, vəzifəsini itirənlərdən 26 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə Göyçay Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.Məlumata görə, vəzifəsi ləğv edilənlərdən 4 nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilsə də, hazırda 27 şəxs işsizdir.Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14...
11 Mart 2026, 12:34
C. Məmmədov müsəlmanları səbir və mərhəmətə çağırdı
Milli Məclisin deputatı Ceyhun Məmmədov Ramazan ayı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, Deputat paylaşımında bildirib ki, Ramazan ayı nəfsin tərbiyəsi ayıdır və orucun müsəlmanlara vacib edilməsinin bir neçə mühüm səbəbi var.Onun sözlərinə görə, oruc insanlarda sevgi, mərhəmət və qayğı hisslərini daha da gücləndirir, nəfsi tərbiyə edir, insanı səbirli və dözümlü olmağa öyrədir. Deputat qeyd edib ki, müsəlman mərhəmətli, səbirli, dözümlü və əzmkar olmalıdır.C. Məmmədov müsəlmanları Ramazan ayında nəfsin tərbiyəsinə xüsusi önəm verməyə, mərhəmət və sevgi hisslərini daha da gücləndirməyə, səbirli və dözümlü olmağa çağırıb.Deputat sonda Allahdan bütün oruc və duaların qəbul olunmasını diləyərək dövlətə, xalqa...
11 Mart 2026, 11:17
3 kəndin adı dəyişir
Azərbaycanda 3 kəndin adı dəyişir.Citypost.az-n xəbərinə görə, bu məsələ Milli Məclis yanında Toponimiya komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka yaşayış məntəqəsinin adı dəyişdirilərək Elbir kəndi, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka yaşayış məntəqəsinin adı dəyişdirilərək Çinarlı kəndi və Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Timiryazev yaşayış məntəqəsinin adı dəyişdirilərək Bəhrəli kəndi adlandırılacaq. (APA)...
11 Mart 2026, 11:12
Qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb
Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb."Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələr üzərindən qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən 26 yaşlı Nərmin İsmayılzadə saxlanılıb.Araşdırmalarla müəyyən olunub ki, o, xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar və idman mərc oyunlarının keçirildiyi "Chcplay1", "Fastloto365" və "Fastlotoclub" adlı internet saytlarının təşkilatçıları ilə əlaqə yaradaraq həmin platformalarda iştirak hüququ verən onlayn link və kodlar əldə edib, bu məqsədlə virtual kassa sistemi qurub.N.İsmayılzadə sosial şəbəkələrdə yaratdığı "Perfectkazino" adlı səhifə vasitəsilə müxtəlif şəxsləri onlayn ödənişlər müqabilində qanunsuz kazino və mərc oyunlarına cəlb edib.Onun...
11 Mart 2026, 10:45
Bakıda 49 nömrəli müntəzəm marşrutun avtobusları yenilənib
Metronun "28 May" stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrutun avtobusları yenilənib.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, müsabiqənin nəticəsinə əsasən, artıq yeni daşıyıcı ("BakuBus") xəttin istismarını həyata keçirir.Marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat təşkil edir.Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır....
11 Mart 2026, 10:31
Gəncədə qiyməti 1 milyon 600 min manat olan 27 kq heroin aşkarlanıb
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, onun əlindəki idman çantasından yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram narkotik vasitə olan heroin aşkarlanıb.Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.Qeyd edək ki, Ə. Ədilovdan aşkar olunan heroinin “qara bazar”da qiyməti 1 milyon 600 min manat dəyərində qiymətləndirilir.Faktla bağlı Gəncə Şəhər Baş Polis...
11 Mart 2026, 09:45