MEDİA Avropa Şurasının hesabatını birtərəfli və qərəzli hesab edir
Cəmiyyət 10 Mart 2026, 16:05
424
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb.
Citypost.az xəbər verir ki, bəyanatda deyilir ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib.
Qeyd olunub ki, xüsusilə, “Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır.
Vurğulanıb ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri əsas götürülməklə irəli sürülmüşdür ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi və peşəkar jurnalistin nüfuzunun gücləndirilməsi, cəmiyyətin tələblərini nəzərə alaraq informasiya məkanında bu və ya digər neqativ hallara qarşı mübarizə kontekstində dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin olunmasıdır.
"Bu tip spekulyativ yanaşmalardan biri də çap mediası subyektlərinə dair fikirlərdə təzahür edir. Halbuki hesabatda göstərilənlərdən fərqli olaraq müvafiq dəyişikliklərdə ümumən media subyektlərinin adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadənin yol verilməzliyi ilə bağlı müddəa yer alır, bu da xarici və beynəlxalq təcrübədə geniş tətbiq olunan, istifadəçilərin subyektdən gözləntilərinə dair hüquqlarının, həmçinin media subyektlərinin marka dəyərinin qorunmasına xidmət edir.
Qeyd edək ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət mövcud deyildir və ölkədə ifadə azadlığı hüquqi və praktiki olaraq tam təmin edilmişdir.
Həmçinin oxuyun
Eyni zamanda vurğulayırıq ki, Azərbaycan Respublikasında irqi, dini, mənşə, cinsi, etnik, habelə peşə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabər məsuliyyət daşıyır. Hesabatda adı hallanan konkret şəxslərlə bağlı məsələ üzrə isə bildiririk ki, ictimaiyyətə açıq olan iş materiallarının təfərrüatlarından həmin şəxslərin peşə fəaliyyətləri ilə onlara qarşı irəli sürülmüş cinayət və inzibati ittihamlar arasında heç bir əlaqənin olmadığı, müvafiq iddiaların sadəcə uğursuz manipulyasiya cəhdlərini ifadə etdiyi aydın görünür.
Bununla yanaşı qeyd edirik ki, media subyektlərinin müvafiq qaydada qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi ilə bağlı tələb Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərinə, o cümlədən xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə tətbiq edilir və bu istiqamətdəki yeni yanaşmalar mahiyyət etibarilə yalnız texniki-təşkilati baxımdan səmərələşdirici xarakter daşıyır.
Media subyektlərinin Reyestrə informasiya agentliyi kimi daxil edilməsi üçün nəzərdə tutulan tələblər formalaşdırılarkən mövcud praktikanın təhlilinin nəticələri əsas götürülmüş, həmçinin informasiya agentliklərinin mahiyyət etibarilə yalnız istehlakçıların deyil, eyni zamanda digər peşəkar media subyektlərinin də məzmunla təmin edilməsi sahəsindəki müstəsna fəaliyyəti diqqətə alınmışdır.
Hesabatda istinad olunan ölkəmizdə diffamasiya ilə bağlı qanunvericiliyin mövcud vəziyyətinə dair 2024-cü ildə Platformada dərc olunmuş müvafiq materialla əlaqədar xatırlatmaq istərdik ki, həmin materialda əksini tapan iddialara münasibətdə mövqeyimiz eyni ildə qarşı tərəfə rəsmi şəkildə bildirilmişdir.
Azərbaycanla bağlı belə hesabatlar hazırlanarkən rəsmi mövqeyin nəzərə alınmaması, faktların deyil, ehtimalların, subyektiv rəy və mülahizələrin əsas götürülməsi təəssüf doğurur", - bəyanatda bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Niderland səfiri və səfirlik əməkdaşları Azərbaycana təxliyə olundular
İranda yerləşən Niderland səfirliyinin nümayəndələri təxliyə olunublar.Citypost.az xəbər verir ki, səfir və səfirlik əməkdaşları sərhədi keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir. (AzərTac)...
10 Mart 2026, 15:15
İran müharibəsi Hindistanda restoranları bağlama təhlükəsi yaratdı
ABŞ-İsrail münaqişəsi və İranla əlaqəli gərginliklər səbəbindən Hindistanda restoran və otellər mətbəx üçün maye qaz təchizatında fasilələrlə üzləşir və mümkün bağlanmalar barədə xəbərdarlıq ediblər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, hakimiyyət orqanları sənaye tələblərini nəzərdən keçirmək üçün panel yaradıb. Yanacaq qıtlığı Körfəz və Hörmüz boğazındakı gəmi trafikinin dayanması, enerji qiymətlərinin artması və Qətər və Səudiyyə Ərəbistanı kimi istehsalçıların ixracına təsir ilə əlaqələndirilir....
10 Mart 2026, 14:52
Ülviyyə Axundova vəzifəyə təyin olundu
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.Citypost.az-ın məlumatına görə, bununla bağlı Gənclər və İdman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.O, 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Gənclər siyasəti və gənclərlə iş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.O, gənclərin inkişafı, milli-mənəvi dəyərlərin təbliği, gənclərin ictimai iştirakçılığı və...
10 Mart 2026, 14:32
Osman Gündüz: Ukrayna anti-dron lideridir
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz son paylaşımında ABŞ–İran müharibəsinin ortaya çıxardığı maraqlı bir vəziyyətə diqqət çəkib.Citypost.az xəbər verir ki, Osman Gündüz bildirib ki, müdafiəyə milyardlar xərcləyən ərəb ölkələri İranın dron hücumlarına qarşı qorunmaq üçün Ukraynaya müraciət edib. ABŞ da bu sahədə Ukraynadan dəstək istəyib. Ərəb ölkələrinin bahalı və klassik hava hücumundan müdafiə sistemlərinin bəzi hallarda dronlara qarşı kifayət etmədiyi məlum olub.Ukrayna isə uzun müddət Rusiya tərəfindən “Shahed” dron hücumlarına qarşı öz anti-dron texnologiyalarını inkişaf etdirib. Osman Gündüz qeyd edib ki, ölkədə startaplar, universitetlər və elmi-tədqiqat institutları bu prosesə cəlb olunub və hazırda 2000-dən çox Defence Tech startapı...
10 Mart 2026, 13:57
Anar Turan: Azərbaycan strateji üstünlükdədir
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi və analitik Anar Turan son paylaşımında Azərbaycan haqqında fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, A.Turan bildirib ki, Azərbaycan ərazisinə görə kiçik ölkə olsa da, strateji əhəmiyyəti həddindən artıq böyükdür. O, ölkəmizin bu üstünlüyü milli maraqları ilə balanslaşdıra bilən nadir dövlətlərdən biri olduğunu vurğulayıb.Analitik xatırladıb ki, postsovet ölkələri arasında SSRİ-nin azğın qoşunlarını Azərbaycandan ilk çıxaran ölkə məhz Azərbaycan olub. “İndi də dünyanın digər super nüvə dövləti olan ABŞ-ın hərbi bazalarının olmadığı azsaylı ölkələrdən biri yenə də məhz bizik. Bizim utanılacaq bir şeyimiz yoxdur,” – deyə Turan əlavə edib.O, həmçinin bildirib ki, bir müsəlman ölkəsi kimi Azərbaycanın bu...
10 Mart 2026, 13:47
Ölkə üzrə pensiyalar bu tarixdə ödəniləcək
Qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
10 Mart 2026, 13:45