Yanvarın 31-də gözlənilən hava proqnozu açıqlanıb.
Cəmiyyət 30 Yanvar 2026, 12:38
182
Şənbə günü Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tarixçi:“Rəqsanə ilə Fazil Mustafanın mahiyyətcə elə bir fərqi yoxdur,”
Tarix üzrə fəlsəfə elmləri doktoru Ceyhun Bayramov sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib. O, bəzi ictimai şəxslərin mövzu olmadığı halda belə gündəmdə qalmaq cəhdlərini tənqid edib.Citypost.az xəbər verir ki, tarixçi paylaşımında müğənni Rəqsanə ilə Milli Məclisin deputatı Fazil Mustafa arasında mahiyyət baxımından fərq görmədiyini bildirib.“Mövzu olmayanda belə özünü zorla gündəmə pərçimləmək baxımından müğənni Rəqsanə ilə deputat Fazil Mustafanın mahiyyətcə elə bir fərqi yoxdur,” – deyə Ceyhun Bayramov qeyd edib.Turan...
30 Yanvar 2026, 12:42
Ceyhun Bayramov BƏƏ XİN rəhbəri ilə telefon danışığı aparıb
29 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.XİN-dən Citypost.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
30 Yanvar 2026, 12:37
İlham Əliyev Yunanıstanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev yanvarın 30-da Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Maria K.Papakonstantinusun etimadnaməsini qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
30 Yanvar 2026, 12:12
Prezident İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev yanvarın 30-da İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Berlian Helminin etimadnaməsini qəbul edib.Oxu24.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
30 Yanvar 2026, 12:10
Sahibə Qafarovaya AĞIR İTKİ
Milli Məclisin spikeri Sahibə Qafarovaya ağır itki üz verib.Citypost.az-ın Modern.az-a istinadən xəbər verir ki, Sahibə Qafarovanın qardaşı vəfat edib. Hadisə barədə detallı məlumat olmasa da, mərhumun Bakıda yaşadığı bildirilir.Xatırladaq ki, Sahibə Qafarova 2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.O 1955-ci il martın 19-da Şəmkir şəhərində anadan olub. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Filologiya elmləri doktoru, professordur. Əməkdar müəllimdir. Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Türkdilli Ölkələrin Parlament Assambleyasında və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.Evlidir,...
30 Yanvar 2026, 10:56
FHN "Nərgiz" Ticarət Mərkəzində təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 60 ünvanında fəaliyyət göstərən "Nərgiz" Ticarət Mərkəzində "Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə" mövzusunda təlim keçirib.Bu barədə Citypost.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.Təlimin nəzəri hissəsində ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.Təlimin praktiki hissəsində şərti...
30 Yanvar 2026, 10:33