Bizə yazın

Baku

-°C

USD

-

Məhəmmədi yoxsa Məmmədli? – Kəndin itən yaddaşı

Cəmiyyət 29 Yanvar 2026, 14:24

7595

Abşeron yarımadasının qədim yaşayış məkanlarından biri olan Məhəmmədi kəndi təkcə Bakı ətrafı kəndlərdən biri deyil. Bu ad yüzillərlə formalaşmış tarixi, mədəni və mənəvi yaddaşı ifadə edir. Lakin son illər bu yaddaşın səssiz-sədasız dəyişdirilməsinə şahidlik edirik. Kəndin adı rəsmi və tarixi mənbələrdə Məhəmmədi olduğu halda, müxtəlif lövhələrdə və yol nişanlarında “Məmmədli” kimi təqdim edilir. Bu isə haqlı suallar doğurur: hansı ad düzgündür və niyə bu məsələ bu qədər laqeyd yanaşma ilə qarşılanır?

Toponimika elmi baxımından Məhəmmədi antroponim əsaslı addır və konkret tarixi şəxs adına bağlılıq bildirir. Azərbaycan yer adlarında bu tip formalar tarixən normativ sayılıb. “Məmmədli” variantı isə daha çox şifahi danışıq mühitində formalaşmış sadələşmiş deyimdir. Elmi və hüquqi baxımdan isə bu forma rəsmi toponimi əvəz edə bilməz.

Bir zamanlar kəndin girişində yerləşən və üzərində “Məhəmmədi” sözü həkk olunmuş daş kompozisiya bu tarixi yaddaşın simvolu idi. Estetik baxımdan diqqət çəkən, yarımdairəvi quruluşu olan bu daş yazı sadəcə məlumat lövhəsi yox, mədəni irsin bir hissəsi idi. Dünyanın bir çox ölkəsində bu tip daş elementlər qorunur, bərpa edilir və tarixi abidə statusu daşıyır. Təəssüf ki, Məhəmmədi kəndində bu yaddaş qorunmadı. Vaxtilə kəndi tanıdan həmin daş element söküldü və yerində müasir avtobus dayanacağı inşa olundu. Daha acınacaqlısı isə yeni quraşdırılan lövhədə kəndin adının təhrif edilmiş formada yazılması oldu. Beləliklə, həm fiziki irs məhv edildi, həm də toponimik ardıcıllıq pozuldu.

Tarixi sənədlər kəndin adının təsadüfi olmadığını açıq şəkildə göstərir. XIX əsrin sonlarına aid siyahıyaalmalarda burada yüzlərlə insanın yaşadığı qeyd olunur. XX əsrin əvvəllərində kənd inzibati baxımdan Bakı qəzasına daxil idi, sonrakı dövrlərdə isə müxtəlif rayonların tabeliyində fəaliyyət göstərib. Bu mərhələlərin əksəriyyətində kəndin adı Məhəmmədi kimi sənədləşdirilib. Yaşayış məntəqəsi qala ətrafında formalaşmış, zamanla ölkənin müxtəlif bölgələrindən gələn ailələrin hesabına genişlənmişdir. Bu proses kənd daxilində fərqli məhəllələrin yaranmasına səbəb olub və Məhəmmədinin sosial-mədəni xəritəsini formalaşdırıb.

Kəndin ərazisində yerləşən Yanardağ isə yalnız yerli yox, beynəlxalq miqyasda tanınan təbiət hadisəsidir. Ensiklopedik mənbələrdə Yanardağın məhz Məhəmmədi kəndi ərazisində yerləşdiyi göstərilir. Dövlət səviyyəsində qoruq elan edilmiş bu əraziyə qədim qəbiristanlıqlar, tarixi ibadət yerləri və xalq arasında tanınan ziyarətgahlar daxildir.

Abşeronun etnoqrafiyasını araşdıran tədqiqatçılar qədim yaşayışın sübutlarını da qeyd edirlər. Tarixi mənbələrdə Sara Aşurbəylinin fikirlərinə istinadla bildirilir: “Abşeronun etnoqrafik tədqiqi burada qədim qəbirlərin olduğunu meydana çıxarmışdır ki, bu da Abşeronda qədim yaşayış yerlərinin mövcudluğunu sübut edir. Abşeron kəndlərinin – Maştağa, Buzovna, Məhəmmədi sakinləri burada içərisində, yanlarında qırmızı gil bardaqlar qoyulmuş skeletlər olan böyük təndirvari qədim qəbirlər olmasına dair məlumatlar toplamışlar. Belə dəfn mərasimi nə müsəlman, nə də xristian normalarına xas olmayıb, ehtimal ki, daha erkən dövrlərə aiddir. Bu cür arxaik qəbirlər cəmiyyətin sosial-siyasi əsasını qəbilə-tayfa quruluşu təşkil edən həmin uzaq keçmişdən qalma qəbilə qəbri idi” (Sara Aşurbəyli. Bakı Şəhərinin tarixi. Bakı, “Avrasiya press”, 2006, s.37). Bu faktlar kəndin “yeni” olmadığını, əksinə, minilliklərə dayanan dərin tarixi köklərə sahib olduğunu göstərir.

Bu gün isə eyni kəndin müxtəlif girişlərində fərqli adlarla təqdim olunması cəmiyyətdə çaşqınlıq yaradır. Bir yerdə “Məmmədli”, başqa bir yerdə “Məhəmmədi” yazılması sıradan texniki səhv deyil, toponimik məsuliyyətsizlikdir. Çünki yer adları sadəcə göstərici deyil, kollektiv yaddaşın daşıyıcısıdır.

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin üzvü və tarix elmləri doktoru Vasif Qafarov mövzu ilə bağlı saytımıza açıqlama verib: “Tarixçi mövqeyindən yanaşdıqda, Abşeronun qədim yaşayış məntəqələrindən olan Məhəmmədi kəndinin adının tarixi mənbələrdə, inzibati sənədlərdə və ensiklopedik nəşrlərdə məhz bu formada sabitləşdiyi halda, son illər yol nişanlarında və lövhələrdə ‘Məmmədli’ kimi təqdim olunması təsadüfi dil fərqi deyil, daha ciddi toponimik problemin göstəricisidir. Bu halın əsas səbəbi adətən danışıq dilində işlənən variantın rəsmi adla səhv salınması, elmi-tarixi əsaslandırma olmadan aparılan texniki dəyişikliklərdir. Antroponim mənşəli ‘Məhəmmədi’ toponimi konkret tarixi şəxs adına və ya nəsil adlandırma modelinə bağlı olduğu üçün onun danışıq variantı olan ‘Məmmədli’ ilə əvəzlənməsi elmi toponimika prinsiplərinə zidd sayılmalıdır. Burada söhbət fonetik sadələşmədən deyil, adın semantik və tarixi mahiyyətinin dəyişdirilməsindən gedir; bu isə Abşeronun tarixi yaddaşında çaşqınlıq yaradır və mənbələr arasında uyğunsuzluq formalaşdırır. Daha təhlükəli məqam ondan ibarətdir ki, belə ‘kiçik’ görünən uyğunsuzluqlar sistemli xarakter alarsa, gələcəkdə tarixi adların tədricən sıradan çıxmasına, arxiv materialları ilə müasir xəritə və rəsmi sənədlər arasında ziddiyyətlərə və nəticə etibarilə tariximizin təhrifinə yol aça bilər. Yer adlarının dəyişdirilməsi və ya alternativ formalarının tətbiqi yalnız AMEA-nın müvafiq elmi qurumlarının rəyi və Toponimiya Komissiyasının qərarı əsasında həyata keçirilməli, lövhə və göstəricilərdəki yazılar isə tarixi rəsmi ada uyğunlaşdırılmalıdır. Məhəmmədi–Məmmədli məsələsi sadəcə ad seçimi yox, elmi məsuliyyət, tarixi yaddaşa hörmət və hüquqi nəzarət məsələsidir.”

Biz başqa ölkələrdə yer adlarımızın dəyişdirilməsinə etiraz etdiyimiz halda, öz əlimizlə tarixi adlarımızı niyə aşındırırıq? Bir kəndin adının dəyişdirilməsi onun tarixinin, mənəvi kimliyinin kölgədə qalmasına gətirib çıxarır. Bu baxımdan aidiyyəti qurumların diqqətinə çatdırmaq lazımdır ki, heç olmasa rəsmi lövhələrdə Məhəmmədi adı bərpa edilsin. Tarixi daş elementləri geri qaytarmaq mümkün olmasa belə, adın özü qoruna bilər.

Çünki ad dəyişəndə yaddaş da dəyişir. Və yaddaşını itirən məkan, zamanla kimliyini də itirir.

Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb 

Yuxarı Qarabağ kanalından meyit tapılıb.CityPost.az-ın  məlumata görə, kanalın Ağcabədi rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

30 May 2026, 20:10

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb 

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib.CİTYPOST.AZ  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur.Kredit qoyuluşunun 22 milyard 440,7 milyon manatı və yaxud 68,8 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 8 % çoxdur.Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 168,5 milyon manat təşkil edib. Bu, illik müqayisədə 11,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,5 %-dən 25 %-ə çatıb.Mayın 1-nə bank...

30 May 2026, 14:50

Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb 

Xətai rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib.Citypost.az  xəbər verir ki, zərərçəkən polisə müraciət edərək bildirib ki, anasının xəstəliyi ilə əlaqədar bir müddət evdə olmayıb.Geri qayıtdıqda isə mənzilindən ona məxsus tozsoran, kondisioner, elektrik sobası, televizor, həmçinin digər dəyərli əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar edib.Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Rişad Zeynalov, qardaşı 37 yaşlı Fəyyar Zeynalov və 39 yaşlı Mikayıl Səlimov saxlanılıblar. Hər üç şəxs barəsində istintaq araşdırmaları davam etdirilir....

30 May 2026, 13:19

Sabahın hava proqnozu açıqlanıb 

Sabah Azərbaycanda hava necə olacaq?Mayın 31-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraitinin əsasən bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı,...

30 May 2026, 12:48

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib 

Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb.CityPost.az   xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Azərbaycan ilə Xorvatiya arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, konstruktiv dialoqumuzun davam etdirilməsi, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirəcəyik.Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm"....

30 May 2026, 11:05

Azərbaycan neftinin qiyməti 98 dollara düşüb 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları və ya 2,55 % azalaraq 98,01 ABŞ dolları təşkil edib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 93,56 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,49 ABŞ dolları və ya 2,53 % azalaraq 95,89 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu...

30 May 2026, 10:43