Kəramət Böyükçöl: “Anar və Çingiz Abdullayev mənimlə polemika aparacaq gücdə deyillər, başlarını götürüb qaçarlar...”
Cəmiyyət 29 Yanvar 2026, 15:42
481
Əməkdar artist Bəhram Bağırzadənin ötən gün UEFA Çempionlar Liqasında “Qarabağ” və “Liverpul” komandalarının oyunu ilə bağlı paylaşımı müzakirə yaradıb. B.Bağırzadənin “Əgər bu gün “Liverpul” “Qarabağ” futbol klubunu udsa, daha heç vaxt Kəramət Böyükçölün kitablarını oxumayacağam!” sözlərinə Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin yazdığı “Nəticədən asılı olmayaraq ağıllı kitablar oxuyun!” şərhi də diqqətdən qaçmayıb. B.Bağırzadəyə gələn tənqidlərin arasında Çingiz Abdullayev də Böyükçöl sevərlər tərəfindən linç edilib, sonra Ç.Abdullayev şərhini silib.
Pravda.az-a açıqlama verən K.Böyükçöl B.Bağırzadə və Ç.Abdullayevi sərt tənqid edib.
“Mən bu cəmiyyətdə elə yerdə dayanmışam, elə yerdəyəm ki, olduğum yerdə nə Bəhramın mövcudluğunu hiss edirəm, nə də Çingiz Abdullayevin. Ümumiyyətlə, Çingiz Abdullayevdir, Anardır - heç biri cəmiyyət qarşısında mənimlə polemika, müzakirə apara biləcək gücdə deyillər. Başlarını götürüb qaçarlar. Çünki onlar qapalı bir cəmiyyətin yazıçılarıdır. Mən isə həmişə cəmiyyətin içində olmuşam. Tənqid olunsam da, tərif olunsam da, cəmiyyətlə kontaktım, münasibətim var. Onların cəmiyyətlə heç bir münasibətləri yoxdur, çünki belə sistemlərdə dövlət gücü, demokratik sistemlərdə isə cəmiyyət gücü olur. Çingiz Abdullayev və Anar kimi yazıçılar dövlətin gücü ilə yaşayan yazıçılardır. Onlar cəmiyyətin gücü ilə yazıçı deyillər ki. Anar yaxud Çingiz Abdullayev mənimlə hansısa verilişdə canlı yayımda debata çıxa bilər? Yox. Çünki cəmiyyət onları məhv edər, basar... Onlarınkı “AzTV” tribunalarıdır, tamaşaçısız auditoriyalardır - sual verilməsin, müzakirə olmasın. Baxın, Çingiz Abdullayev Bəhram Bağırzadənin statusuna adicə bir rəy yazıb, sonra rəyini silib, başını götürüb qaçıb. Yəni bunlar belə adamlardır. Barələrində çox danışmışam. Polemika olmayıb, mən fikir bildirmişəm, onlar da münasibət bildiriblər”, - Böyükçöl deyib.
Həmçinin oxuyun
K.Böyükçöl əməkdaşımızın "Bəhram Bağırzadə, ümumiyyətlə, sizin “stansiyadan” kitab alıb?” sualına isə belə cavab verib: “Bəhram Bağırzadə kitab oxuyandır ki? Bəhram, ümumiyyətlə, kitab oxuyurdu ki, hələ bir yazıb, “Liverpul” “Qarabağ”ı udsa... Bəhramın kitabdan xəbəri var? Bəhramın yön-yöndəminə, sifətinə baxanda bilinir ki, kitabdan nə qədər uzaq adamdır. Nəfəsindən, danışığından bilinir... Bəhram hara, kitab hara? And içərəm ki, o, bütün ömrü boyu üst-üstə iki kitabı sonadək oxumayıb”.
hh
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Döyüş və silahlı kompüter oyunları gənclər üçün nə dərəcədə təhlükəlidir?
Son illər döyüş, silahlı qarşıdurma və aqressiya üzərində qurulan kompüter və onlayn oyunlar təkcə yeniyetmələr arasında deyil, gənclər və hətta orta nəsil nümayəndələri arasında da geniş yayılıb. Psixoloqlar və rəqəmsal davranış üzrə mütəxəssislər bu tip oyunların uzunmüddətli təsirlərinin cəmiyyət üçün ciddi nəticələr doğura biləcəyini bildirirlər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, gənclər dövrü şəxsiyyətin formalaşdığı mərhələ olduğundan zorakılıq yönümlü oyunlar davranış modellərinə birbaşa təsir göstərir. Oyunda düşməni məhv etmək, silahdan istifadə və qəddarlığın mükafatlandırılması real həyatda aqressiyanın artmasına, empati hissinin azalmasına və riskli davranışların normallaşmasına səbəb ola bilər. Xüsusilə onlayn döyüş oyunlarında rəqiblə fiziki deyil, psixoloji mübarizə aparılması aqressiv dilin və təhqirin...
29 Yanvar 2026, 16:25
Məhəmmədi yoxsa Məmmədli? – Kəndin itən yaddaşı
Abşeron yarımadasının qədim yaşayış məkanlarından biri olan Məhəmmədi kəndi təkcə Bakı ətrafı kəndlərdən biri deyil. Bu ad yüzillərlə formalaşmış tarixi, mədəni və mənəvi yaddaşı ifadə edir. Lakin son illər bu yaddaşın səssiz-sədasız dəyişdirilməsinə şahidlik edirik. Kəndin adı rəsmi və tarixi mənbələrdə Məhəmmədi olduğu halda, müxtəlif lövhələrdə və yol nişanlarında “Məmmədli” kimi təqdim edilir. Bu isə haqlı suallar doğurur: hansı ad düzgündür və niyə bu məsələ bu qədər laqeyd yanaşma ilə qarşılanır?Toponimika elmi baxımından Məhəmmədi antroponim əsaslı addır və konkret tarixi şəxs adına bağlılıq bildirir. Azərbaycan yer adlarında bu tip formalar tarixən normativ sayılıb. “Məmmədli” variantı isə daha çox şifahi danışıq...
29 Yanvar 2026, 14:24
Layiq Mehdiyevdən şəhid ailəsinə SAYĞISIZLIQ -FOTO
Citypost.az saytına əri polis baş-leytenantı Sərvər Abbasov,atası Eldar Dadaşov və qardaşı Uğur Dadaşov Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olmuş Hicran Dadaşova tərəfindən müraciət daxil olması barədə məlumat vermişdik.Bu gün “Azərişıq” ASC-nin əməkdaşları şəhid ailəsinə məxsus Xətai rayonu,NZS qəsəbəsində yerləşən Mingəçevir küçəsi 20 ünvanındakı mebel sexinin elektrik təchizatının heç bir səbəb olmadan dayandırmağa çalışıblar.Fotoda telefonla danışan şəxs Layiq Mehdiyevdir.Hadisə barədə CityPost.az-a sexdə inzibati işləri həyata keçirən Eltac Şəmiyev məlumat verib.O,deyib: “Saat 12 radələrində özünü Baş prokurorluğun əməkdaşı kimi təqdim edən Layiq Mehdiyev adlı şəxs sexing yerləşdiyi ərazinin ona məxsus olduğunu iddia edir.Biz ondan əraziyə dair çıxarış(kupça) göstərməsini tələb etsək də,o heç bir...
29 Yanvar 2026, 13:57
Müharibədə daha bir soydaşımızı itirdik
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. Citypost.az Modern.az-a istinadən xəbər verir ki, Dünyamalıyev Elşad Araz oğlu (2000-ci il təvəllüdlü) Ukraynanın Mirnoqrad şəhəri istiqmətində gedən döyüşlərdə həlak olub. Onun Rusiya ordusunun tərkibində xidmət etdiyi bildirilir.Xatırladaq ki, 2026-cı ilin yanvar ayında 10-dan çox azərbaycanlı Ukrayna ərazisində həlak olub.
29 Yanvar 2026, 13:53
Bakı–Şamaxı yolunda yarış təşkil edən sürücülər saxlanılıb
Bakı–Şamaxı yolunda sürət yarışı təşkil edən sürücülər saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.Məlumata görə, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal araşdırma başlanılıb və müəyyən edilib ki, 23 yanvar tarixində Bakı–Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində X. Hümbətovun idarə etdiyi “Chevrolet Cobalt”markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil edilib, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradılıb.Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılıb...
29 Yanvar 2026, 13:33
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir....
29 Yanvar 2026, 13:09