Elxan Şahinoğlu Aİ-nin SEPAH addımını şərh etdi
Siyasət 30 Yanvar 2026, 12:13
308
Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması beynəlxalq gündəmdə ciddi rezonans doğurub. Qərar İranda son dövrlər baş verən qanlı hadisələr və dinc nümayişçilərə qarşı zorakılıqlar fonunda qəbul edilib. Bu addımın regional və qlobal təsirlərini politoloq Elxan Şahinoğlu Citypost.az-a şərh edib.
Politoloqun sözlərinə görə, İranda yaşanan son hadisələr artıq beynəlxalq ictimaiyyətin gözardı edə biləcəyi həddi çoxdan keçib:“İranda baş verən qətliamlar təkcə ABŞ-ı deyil, Avropa İttifaqını da ciddi şəkildə narahat edir. ABŞ İrana qarşı hərbi zərbə ehtimalını gündəmdə saxlayır. Avropa İttifaqı isə Amerikanın mümkün hərbi əməliyyatlarında iştirak etməyəcək. Ancaq bu, Aİ-nin İranda baş verən qətliamlara səssiz qalacağı anlamına gəlmir”.
Elxan Şahinoğlu bildirib ki, nümayişçilərə qarşı zorakılıqlarda əsas rol məhz İslam İnqilabı Keşikçiləri Korpusuna məxsusdur:“Faktlar göstərir ki, SEPAH qüvvələri dinc insanlara atəş açıb, nəticədə günahsız vətəndaşlar həlak olub. Bu səbəbdən Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil edib və onunla əlaqəli strukturlara qarşı sanksiya qərarları verib”.
Politoloqun fikrincə, bu qərar Tehran–Brüssel münasibətlərində gərginliyi daha da artıracaq:“Şübhəsiz ki, bu addım İran–Avropa münasibətlərini ağırlaşdıracaq. Lakin məsuliyyəti yalnız Avropa İttifaqının üzərinə atmaq düzgün olmaz. Bu qərara aparan yolu məhz İranın özü seçib. Çünki belə qətliamlar beynəlxalq aləmdə istər-istəməz ciddi reaksiya doğurmalı idi və doğurdu da”.
Həmçinin oxuyun
Elxan Şahinoğlu hesab edir ki, mövcud böhrandan çıxış yolu yalnız köklü islahatlardan keçir:“Yaranmış gərginlikdən xilas olmağın yeganə yolu İranda siyasi və iqtisadi islahatların dərinləşdirilməsidir. Təəssüf ki, hazırkı mühafizəkar dairələr buna hazır görünmürlər”.
Turan Etibaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sahibə Qafarova Əbu-Dabidə forumda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabidə keçirilən Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak edib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Sessiyanın açılış mərasimində çıxış edən spiker Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının dialoq, həmrəylik və qarşılıqlı anlaşma üçün bir platforma olduğunu qeyd edib.Onun sözlərinə görə, gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə xüsusi önəm verilməsi Assambleyanın ümumi məqsədlərə nail olmaq naminə kollektiv fəaliyyətə davamlı sadiqliyinin bariz nümunəsidir.Azərbaycan Milli Məclisinin Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu əldə etmək üçün rəsmi müraciət etdiyini xatırladan Sahibə Qafarova bu müraciətin dəstəklənməsinin daha...
27 Yanvar 2026, 15:21
Azərbaycan və İsrail XİN rəhbərləri görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İsrail xarici işlər naziri Gideon Saar arasında geniş ikitərəfli görüş keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla geniş sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb və əməkdaşlıq üçün yeni yolların araşdırılmasında qarşılıqlı marağı vurğulayıblar.Nazirlər, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli məsələlərə toxunublar.Onlar öz regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verməyin vacibliyini vurğulayıblar.Hər iki nazir Azərbaycan-İsrail tərəfdaşlığını daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər....
26 Yanvar 2026, 13:05
Səxavət Məmməd: “Hazırkı dünyada siyasəti küçə qaydaları əvəz edib”
Hərbi jurnalist Səxavət Məmməd son zamanlar ABŞ və digər böyük dövlətlərin dünya siyasətindəki dəyişikliklərini FACEBOOK səhifəsində təhlil edib. Citypost.az xəbər verir ki, juranlistin fikrincə, bir neçə il öncəyə qədər dövlətlər, xüsusən böyük dövlətlər, siyasi prosesləri aparmaq üçün mürəkkəb planlar qurur, bəhanələr gətirir və milyonlarla, bəzən milyardlarla vəsait xərcləyirdilər. Bu proseslərin adına isə “siyasət” deyirdilər.“Hazırkı dünyada, xüsusilə Trampdan sonra, çoxgedişli siyasətin yerini ‘küçə qaydaları’ tutub. İndi siyasi proseslərə daha çox ‘küçəni’ bilənlər dəqiq diaqnoz verə bilir. Küçədə siyasət yoxdur, gücü olan qaydanı qoyur. Hazırkı dünyada fərqli heç nə yoxdur”, – deyə jurnalist bildirib.Məmməd ABŞ-ın Tramp hakimiyyətinə gəldikdən sonra xarici siyasətdə dəyişiklikləri...
26 Yanvar 2026, 13:00
Politoloq şərhi: Davos görüşləri və dəyişən beynəlxalq sistem
Ötən həftə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu beynəlxalq siyasətin gələcəyinə dair mühüm mesajlarla yadda qaldı. Forum çərçivəsində baş tutan görüşlər, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən birbaşa təmaslar regional və qlobal proseslər baxımından diqqət mərkəzində oldu. Davosda müzakirə olunan yeni təhlükəsizlik arxitekturası və imzalanmış sülh sazişi ilə bağlı politoloq Asif Nərimanlı mövcud prosesləri və Azərbaycanın bu proseslərdə rolunu Citypost.az-a şərh edib.Politoloqun sözlərinə görə, Davosda Prezident İlham Əliyevlə Donald Trampın görüşü Azərbaycan–ABŞ münasibətlərinin hansı səviyyədə olduğunu aydın şəkildə göstərir. O xatırladıb ki, Bayden administrasiyası dövründə Vaşinqton–Bakı münasibətləri bir sıra səbəblərdən istənilən səviyyədə deyildi. Hazırda...
26 Yanvar 2026, 10:47
"Azərbaycan regionda stabilliyin təminatçısı kimi çıxış edir " - Politoloq Davos görüşünü təhlil etdi
Davos İqtisadi Forumunda Azərbaycan Prezidentinin iştirakı və “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Politoloq Ramiz Alıyev bu addımı Azərbaycanın diplomatik və strateji maraqları kontekstində dəyərləndirib.Citypost.az-a açıqlama verən ekspert qeyd edir ki, bu sənəd Azərbaycanın post-münaqişə mərhələsində formalaşdırdığı yeni siyasi reallıqların qlobal səviyyədə qəbul olunmasını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional sabitliyin təminatçısı deyil, eyni zamanda qlobal sülh təşəbbüslərində fəal iştirak edən məsuliyyətli və etibarlı dövlət kimi çıxış edir.Ramiz Alıyev vurğulayır ki, Nizamnamənin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində təşəbbüskar və normayaratma proseslərində iştirak edən aktor kimi mövqeyini möhkəmləndirir. Bu addım siyasi...
23 Yanvar 2026, 14:18
İlham Əliyev Davosda ABŞ-la bir platformada – politoloqdan TƏHLİL
Davos İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması və Prezident İlham Əliyevin tədbirdə iştirakı Azərbaycanın beynəlxalq siyasi mövqeyinin möhkəmlənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Forum çərçivəsində dövlət başçısının ABŞ Prezidenti Donald Trampla görüşü də diqqət mərkəzində olub. Mövzu ilə bağlı politoloq Turan Rzayev Citypost.az-a açıqlama verib.Politoloqun sözlərinə görə, Azərbaycanın Davos Forumunda iştirakı və ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvü qismində çıxış etməsi tarixi hadisədir. Onun fikrincə, bu təşəbbüsün məhz ABŞ tərəfindən Azərbaycana təklif olunması və Prezident İlham Əliyev tərəfindən məmnuniyyətlə qəbul edilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.Turan Rzayev qeyd edib ki, Azərbaycan Sülh Şurasının təsisçi üzvlərindən biridir və bu,...
23 Yanvar 2026, 12:12