Uşaqlarda nitq geriliyi niyə artır? – Mütəxəssis əsas səbəbləri açıqladı
Tibb 30 Yanvar 2026, 12:35
641
Son illərdə uşaqlarda nitq geriliyinin artması valideynlər və mütəxəssislər arasında ciddi narahatlıq doğurur. Mütəxəssislər problemin yalnız tibbi deyil, eyni zamanda sosial və psixoloji amillərlə də sıx bağlı olduğunu bildirirlər.
Mövzu ilə bağlı defektoloq-loqoped Nazilə Rəşid Citypost.az-a açıqlamasında nitq inkişafının əhəmiyyətindən və geriləmənin əsas səbəblərindən danışıb.
Nazilə Rəşidin sözlərinə görə, nitq insanın əsas ünsiyyət vasitəsidir və uşağın ümumi inkişafında mühüm rol oynayır:“Nitq ünsiyyətin əsas formasıdır. İnsanlar məhz nitq vasitəsilə bir-birini anlayır, arzu və istəklərini ifadə edirlər. Nitqin inkişafı uşağın sosial, emosional və koqnitiv inkişafının əsas göstəricilərindən biridir. Uşağın həyatının ilk ili onun gələcək nitq inkişafı üçün hazırlıq mərhələsi hesab olunur”.
Mütəxəssis vurğulayıb ki, nitqin normal inkişafı üçün uşağın ailə mühitində düzgün və zəngin nitqlə əhatə olunması vacibdir:“Bu dövrdə uşaq ətrafındakı insanların artikulyasiyasını müşahidə edir, fonematik eşitmə vasitəsilə nitqin formalaşmasının əsasını qoyur”.
Defektoloq-loqoped qeyd edib ki, uşaqlıq dövründə nitqin formalaşması psixoloji, bioloji və sosial faktorların qarşılıqlı təsiri nəticəsində baş verir:“Nitq geriliyinin səbəbləri sırasında hamiləlik dövründə bətndaxili patologiyalar, asfiksiya, erkən yaşlarda keçirilmiş somatik xəstəliklər, genetik meyllilik və pedaqoji baxımsızlıq mühüm yer tutur”.
Nazilə Rəşid xüsusilə müasir həyat tərzinin və texnologiyadan nəzarətsiz istifadənin bu prosesi daha da sürətləndirdiyini diqqətə çatdırıb:“Son illərdə nitq geriliyinin artmasının əsas səbəblərindən biri uşaqların çox erkən yaşlardan ekran asılılığına məruz qalmasıdır. Mobil telefon, planşet və digər texnoloji vasitələrdən həddindən artıq istifadə, valideynlərin iş rejiminin sıxlığı səbəbindən uşaqlarla kifayət qədər ünsiyyət qurmaması pedaqoji baxımsızlığa gətirib çıxarır”.
Həmçinin oxuyun
Mütəxəssis bildirib ki, valideyn-uşaq kontaktının zəifliyi bir sıra ciddi problemlərə yol açır:“Bu hallar uşaqlarda diqqət və yaddaş zəifliyi, sensor inteqrasiya çətinliyi, artikulyasiya aparatının passivliyi, passiv lüğətin aktiv lüğətə keçməsində problemlər yaradır. Nəticədə uşaqlar yaşıdlarından geri qalır və bu da bağça və məktəb mühitində sosiallaşma və adaptasiya çətinliklərinə səbəb olur”.
Nazilə Rəşid vurğulayıb ki, nitq geriliyinin aradan qaldırılması mümkündür və əsas məsələ vaxtında müdaxilədir:“Erkən müdaxilə, ailənin vaxtında və düzgün dəstəyi, həmçinin uşağın yaşına uyğun ünsiyyət mühitinin yaradılması nitq inkişafını əhəmiyyətli dərəcədə yaxşılaşdıra və bir çox gecikmələrin qarşısını ala bilər”.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İnfarkt anında nə etməli? Kardioloqlardan həyati xəbərdarlıq
Ürək infarktı qəfil baş verir və əksər hallarda insanı hazırlıqsız yaxalayır. Bir an öncə özünü normal hiss edən şəxs birdən döş qəfəsində şiddətli ağrı, nəfəs darlığı və güclü qorxu ilə üz-üzə qalır. Mütəxəssislər bildirir ki, infarkt zamanı ilk yarım saat taleyüklü hesab olunur. Məhz bu zaman kəsiyində düzgün göstərilən ilk yardım insanın həyatını xilas edə, gecikmə isə geri dönməz nəticələrə səbəb ola bilər.Citypost.az məlumatına görə, Kardioloqların sözlərinə görə, infarkt adətən döş qəfəsində sıxıcı, basqı və ya yandırıcı ağrı ilə başlayır. Bu ağrı çox vaxt sol qola, çənəyə, boyuna və kürəyə yayılır. Xəstədə eyni zamanda nəfəs darlığı, soyuq tər, ürəkbulanma, halsızlıq...
30 Yanvar 2026, 10:54
Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...
Azərbaycanda apteklərin böyük əksəriyyətinin elektron sistemə keçməsi ilə vətəndaşlar artıq reseptlərini onlayn şəkildə izləyə və dərmanlarını kağız resept olmadan əldə edə bilirlər.CityPost.az-ın məlumatına görə, hazırda tibb müəssisələrində reseptlər elektron qaydada verilir və həkimlər dərman təyinatlarını elektron resept sistemi vasitəsilə aparırlar. Yeni sistemin əsas üstünlüklərindən biri vaxt itkisinin aradan qalxmasıdır. Əvvəllər vətəndaşlar resepti əlində gəzdirərək uyğun dərmanı tapmaq üçün bir neçə aptek dolaşmalı olurdusa, indi kodlaşdırılmış elektron reseptlə birbaşa yaxın aptekə müraciət edərək dərmanı vaxtında əldə edə bilirlər. Elektron resept sistemi həkimə dərman yazarkən ölkə üzrə mövcud preparatlar, onların hansı apteklərdə olduğu və miqdarı barədə məlumat verir. Bu da həm həkim, həm də...
29 Yanvar 2026, 23:29
Xroniki ağrının formalaşmasına beyində “idarəedici mexanizm” cavabdehdir
Alimlər qısamüddətli ağrının xroniki ağrıya çevrilməsini tənzimləyən mühüm bir beyin mexanizmini müəyyən ediblər. Mütəxəssislərin sözlərinə görə, beyində yerləşən xüsusi sinir dövrəsinin fəaliyyəti zəiflədildikdə xroniki ağrı ya ümumiyyətlə yaranmır, ya da artıq formalaşmış halda belə tədricən yox ola bilir.Citypost.az-ın araşdırmasına əsasən diqqət mərkəzində kaudal qranulyar insulyar korteks adlanan beyin sahəsi dayanır. Mütəxəssislər bildirir ki, bu bölgə bədəndən gələn hissi siqnalların və emosional reaksiyaların emalı ilə bağlıdır. Aparılan təcrübələr göstərib ki, məhz bu sahə ağrının müvəqqəti qalması və ya xroniki xarakter alması arasında bir növ “keçid nöqtəsi” rolunu oynayır.Nevroloqların sözlərinə görə, sözügedən sinir yolu aktiv olduqda, onurğa beyninə davamlı siqnallar ötürülür və...
29 Yanvar 2026, 10:32
“Stress atıram” deyib siqaret çəkənlərə həkimlərdən ciddi xəbərdarlıq
Gündə bir, iki, bəzən isə üç qutu siqaret çəkən insanların sayı az deyil. Ən təhlükəlisi isə bu vərdişin çox vaxt “stressi azaltmaq” adı altında əsaslandırılmasıdır. Halbuki mütəxəssislər bildirir ki, siqaret stresin həlli yox, əksinə, onun dərinləşməsinin əsas səbəblərindən biridir və orqanizmə vurduğu zərər bəzən geri dönməz olur.Citypost.az-ın məlumatına görə mövzu ilə bağlı mütəxəssislər bildirirlər ki, bir paçka siqaretin tərkibində minlərlə zərərli maddə mövcuddur. Gündə 2–3 qutusiqaret çəkmək isə ürək-damar sistemi, ağciyərlər, sinir sistemi və hormonal balans üçün ciddi təhlükə yaradır. Nikotin qısa müddətli “rahatlama” hissi yaratsa da, bu təsir aldadıcıdır və orqanizmi daha güclü asılılığa sürükləyir.Həkimlərin sözlərinə görə, siqaret stres...
28 Yanvar 2026, 15:36
Təkrarlanan baş zədələri demensiya riskini 4 dəfə artırır – Mütəxəssislər xəbərdarlıq edir
Alimlər təkrarlanan baş zədələrinin demensiya riskini kəskin şəkildə artırdığını və xroniki travmatik ensefalopatiyanın artıq Alzheimer xəstəliyindən ayrı, müstəqil demensiya səbəbi kimi qəbul edilməli olduğunu bildirirlər.Citypost.az-ın məlumatına görə, genişmiqyaslı araşdırmaya əsasən, CTE-nin ağır forması olan şəxslərdə demensiya inkişaf etmə ehtimalı bu patologiyası olmayan insanlarla müqayisədə 4 dəfə yüksəkdir.Nevroloqların sözlərinə görə, xroniki travmatik ensefalopatiya uzun illər ərzində başa alınan təkrarlanan zərbələr və beyin silkələnmələri nəticəsində yaranan degenerativ beyin xəstəliyidir. Bu hal daha çox Amerika futbolu, boks və digər kontakt idman növləri ilə məşğul olan şəxslərdə müşahidə olunur. Kiçik, lakin davamlı zədələr zamanla beyində ciddi dəyişikliklərə səbəb olur.Araşdırma çərçivəsində təkrarlanan baş travmasına məruz...
28 Yanvar 2026, 11:11
Bir saatlıq qəlyan nə deməkdir? Həkimlər XƏBƏRDARLIQ edir
Qəlyan çəkmək cəmiyyətdə, xüsusilə gənclər arasında əyləncə və istirahət forması kimi qəbul olunsa da, tibb mütəxəssislərinin rəyinə görə bu vərdiş insan sağlamlığı üçün ciddi və uzunmüddətli təhlükələr yaradır. Ən çox yayılan yanlış fikirlərdən biri qəlyan tüstüsünün sudan keçdiyi üçün zərərsiz olmasıdır. Halbuki su tüstünü təmizləmir, yalnız onu soyudur və daha rahat nəfəs almağa şərait yaradır. Nəticədə insan fərqinə varmadan daha dərin və daha çox tüstü udur ki, bu da orqanizmə daxil olan zərərli maddələrin miqdarını artırır.Citypost.az-ın məlumatına görə araşdırmalar göstərir ki, orta hesabla bir saatlıq qəlyan istifadəsi zamanı qəbul edilən tüstü miqdarı onlarla, bəzən yüzlərlə siqaretin tüstüsünə bərabər ola bilər....
28 Yanvar 2026, 10:09