Bizə yazın

Baku

-°C

USD

-

Həmin general Baş idarə rəisi OLDU

Cəmiyyət 28 Yanvar 2026, 14:19

139

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında yeni təyinat olub.

 

CityPost.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

 

Əmrə əsasən, Vətən müharibəsinin qəhrəmanlarından biri - “Zəfər” ordenli general-mayor Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi təyin olunub.

 

O, bundan əvvəl qurumun Çevik Hərəkət Qüvvələrinin Komandanının birinci müavini-Qərargah rəisi vəzifəsində işləyib.

 

Qeyd edək ki, Nəsib Tahir oğlu Mirzəyev Cəlilabad rayonunun Ləkin kəndində anadan olub.

 

O, Vətən müharibəsində böyük qəhrəmanlıq, igidlik və sücaət göstərib.

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Zəfər”, İkinci dərəcəli “Vətənə xidmətə görə”, Üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bahalı yaslar niyə bitmir? Baş redaktor AÇIQLADI  

Cəmiyyətdə uzun illərdir müzakirə mövzusu olan yas mərasimlərindəki dəbdəbəli süfrələr problemi yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə tez-tez tənqid edilən bu tendensiya artıq təkcə adət-ənənə məsələsi deyil, həm də sosial yükə çevrilib. Mövzuya bu dəfə Yeni Azərbaycan qəzetinin baş redaktoru, əməkdar jurnalist Alqış Musayev münasibət bildirib.Citypost.az xəbər verir ki,Alqış Musayev sosial şəbəkə hesabında paylaşdığı statusda qeyd edib ki, yas mərasimlərində bahalı süfrələrə son qoymaq asan məsələ deyil. Onun sözlərinə görə, bu proses artıq böyük bir sənayeyə çevrilib və sənayeləşmiş istənilən prosesi dayandırmaq ciddi zaman, enerji və iradə tələb edir.Baş redaktorun fikrincə, məsələnin kökündə yalnız fərdi seçimlər deyil, formalaşmış sosial təzyiq, iqtisadi...

28 Yanvar 2026, 15:17

Bank kartları cinayətdə alətə çevrilir – Prokurorluqdan vətəndaşlara müraciət

Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri-bank kartlarının “drop” kimi istifadəsidir. Müşahidələr onu göstərir ki, bəzi insanlar öz bank kartlarını müəyyən məbləğ qarşılığında tanımadıqları şəxslərə verirlər. Lakin bu, çox ciddi nəticələrə səbəb olur.Citypost.az xəbər verir ki, Baş Prokurorluq bu hallarla bağlı vətəndaşlara müraciət edib.Prokurorluq xatırladır ki, kartını cinayət məqsədilə başqasına verən hər kəs gələcəkdə cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki həmin kart vasitəsilə dələduzluq və ya digər qanunsuz əməliyyat aparılarsa bank kartının sahibi hüquqi baxımdan cavabdeh sayılır:Hörmətli vətəndaşlar, bunları unutmayın:- Kart məlumatları gizli saxlanmalıdır.- Heç bir halda kartınızı və ya elektron bank hesabınızı başqasına verməyin.- Tanımadığınız şəxslərin yüksək qazanc...

28 Yanvar 2026, 15:08

Sevil Gültən: “Haqq tələb etmək yalnız imkanlılara haqq sayılır”

Tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sevil Gültən sosial şəbəkədə maraqlı müqayisə aparıb. Citypost.az xəbər verir ki, tərcüməçi  bildirib ki, bu yaxınlarda Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərlinin “Liv Bona Dea” xəstəxanası ilə bağlı narazılığı onun haqlı şikayət kimi dərhal mediada yer alıb.Sevil Gültən qeyd edib ki, özü də əvvəllər “Qanun” nəşriyyatında yaşadığı problemləri — qonorarının gec verilməsi, redaktorların peşəkar olmayan düzəlişləri və digər çətinlikləri dəfələrlə sosial şəbəkədə paylaşsa da, bu statuslar mediada işıqlandırılmayıb.“Xəstəxana pul ödəyən şəxsdən yaxşı xidmət tələb edir, mən isə tərcüməçi kimi əziyyətimi haqqımın vaxtında ödənilməsini tələb edirəm....

28 Yanvar 2026, 14:13

Atalıq məzuniyyəti ilə bağlı yeni funksiya işə salındı 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) uşağının doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı əmri e-qaydada formalaşdırmaq üçün yeni funksionallıq tətbiq edilib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, uşağının doğulmasını təsdiq edən tibbi arayış işçi tərəfindən təqdim edildikdən sonra işəgötürən ƏMAS-da “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur, məzuniyyətin növünü seçir, məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir, işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.Həmin yenilik iş yerlərində məzuniyyət verilməsi prosesləsinin tam elektronlaşdırılaraq çevik və...

28 Yanvar 2026, 13:54

Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində istintaq olunan “Ramiz Mehdiyev İşi” üzrə cinayət məsuliyyətinə cəlb edilən və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb.Citypost.az xəbər verir ki, Abbas Abbasovun Bakıda bağ evində və əsas yaşadığı mənzilində aparılan axtarışda onun ailə üzvləri iştirak edib.Bildirilir ki, Abbas Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumları tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və sair sənədlər istintaq qrupu tərəfindən götürülüb.Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad...

28 Yanvar 2026, 13:53

Makler evləri: Bakıda “yüksələn” yaşayış problemləri və diqqət edilməli məqamlar  

Son illərdə Bakıda “makler evi” adlanan evlər sürətlə artıb. Bu tip evlər əmlak maklerlərinin təşəbbüsü ilə inşa edilir və əsas məqsəd – sürətli satış və qısa müddətdə gəlir əldə etməkdir. Lakin sürətlə inşa olunan bu layihələrin bir çoxu ciddi keyfiyyət problemləri ilə üzləşir. Bəzən torpaq ərazisi naməlum və nəmişlikli olur, elektrik dirəklərinin yaxınlığında tikilən evlər isə sakinlər üçün təhlükə mənbəyinə çevrilir. Belə şəraitdə ev alan şəxslərin diqqətli olması vacibdir.Makler evlərinin estetik və ucuz görünüşü alıcıları cəlb etsə də, uzunmüddətli perspektivdə problem yaratma ehtimalı yüksəkdir. Tikinti keyfiyyətinə, istifadə olunan materiallara və binaların yerinə diqqət yetirmək yalnız hüquqi, həm də fiziki rahatlığınızı...

28 Yanvar 2026, 13:15