Brüs Uillisin vəziyyəti AÇIQLANDI
Sənət aləmi 29 Yanvar 2026, 16:33
249
Hollivud ulduzu Brüs Uillisin həyat yoldaşı Emma Heminq Uillis aktyorun səhhəti ilə bağlı yeni açıqlama verib. O, “Conversations With Cam” podkastında 70 yaşlı aktyorun demensiya xəstəliyindən xəbərdar olmadığını bildirib.
Citypost.az xarici mediaya istinadən xəbər verir ki, Emma Heminq Uillis qeyd edib ki, frontotemporal demensiya (FTD) və digər nevroloji xəstəliklərdə “anozognoziya” adlı bir hal müşahidə olunur. Bu zaman beyin özündə baş verən dəyişiklikləri dərk etmir. Onun sözlərinə görə, bu vəziyyət çox vaxt inkar kimi başa düşülsə də, əslində xəstəliyin bir hissəsidir.
“Brüs bunun fərqində deyil. Xəstəliyini simptomlarla əlaqələndirmir və mən buna görə şadam”, – deyə o əlavə edib.
Emma Heminq Uillis həmçinin bildirib ki, aktyor ailə üzvlərini, o cümlədən 11 və 13 yaşlı qızlarını tanıyır. Onun sözlərinə görə, Brüs Uillis fiziki olaraq hələ də aktivdir və ailəsi ilə özünəməxsus şəkildə ünsiyyət qurur.
Həmçinin oxuyun
Qeyd edək ki, Brüs Uillisə 2023-cü ildə frontotemporal demensiya diaqnozu qoyulub. Bu xəstəlik əsasən ünsiyyət qabiliyyətinə təsir göstərir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Halle Berri “Crime 101” filminin premyerasında zərif görünüşü ilə diqqət çəkdi
Hollivud ulduzu Halle Berri Londonda keçirilən “Crime 101” triller filminin premyerasında dəbdəbəli görünüşü ilə diqqət mərkəzində olub. 59 yaşlı aktrisa dərin dekolteli qara bodi və üzəri kristallarla bəzədilmiş gümüşü ətək geyinərək tədbirə qatılıb. O, obrazını qara platforma daban ayaqqabılar, uzun çiçək formalı boyunbağı və iri üzüklərlə tamamlayıb.Citypost.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa saçlarını yumşaq dalğalarla tərtib edib, təbii gözəlliyini ön plana çıxaran neytral makiyaja üstünlük verib.Halle Berri daha əvvəl verdiyi açıqlamada yaşlanmaya müsbət yanaşdığını bildirib. Onun sözlərinə görə, yaş almaq bir imtiyazdır və bu dövrdə özünə inamı daha da artıb. Aktrisa vurğulayıb ki, yaşla yaranan qırışlar gözəlliyin bir...
29 Yanvar 2026, 16:30
Yazıçıdan Mədəniyyət Nazirliyinə təklif: Aktyor ştatı ləğv edilsin
Ötən həftə Mədəniyyət Nazirliyi ölkədə teatr sahəsində islahatlara başlayıb. Nazirlikdən verilən məlumata görə, bir sıra “mənasız” hesab edilən ştatlar ləğv olunub. Ləğv edilənlər arasında bədii rəhbər və baş rejissor ştatları da yer alır. Artıq bir neçə gündür sosial şəbəkələrdə və saytlarda bu mövzu ətrafında kəskin mübahisələr və müzakirələr aparılır.Citypost.az xəbər verir ki, yazıçı Azad Qaradərili isə öz sosial media hesabında bu qərara sərt və ironik münasibət bildirib. O, “Bədii rəhbər?! Yox bir bədaye teatrı! Kimə lazımdı bu ştat? Baş rejissor?! Yox bir Tuqanov! Silin getsin!” – sözlərini paylaşaraq ştatların ləğvini istehzalı şəkildə şərh edib.Həmçinin, yazıçı teatr binalarının istifadəsi ilə bağlı...
29 Yanvar 2026, 14:53
Səidə Bəkirqızına həmkarından DƏSTƏK:Cəsarətiniz çatmadıqlarını o..."
Jurnalist Gülnaz Qənbərli həmkarı, televiziya jurnalisti Səidə Bəkirqızına dəstək nümayiş etdirib. Citypost.az saytı xəbər verir ki, xanım jurnalist sosial şəbəkə hesabında paylaşım edərək, Səidə Bəkirqızının səsləndirdiyi fikirlərə görə hədəf alınmasını tənqid edib.Gülnaz Qənbərli bildirib ki, Səidə Bəkirqızı bir çoxlarının deməyə cəsarət etmədiyi məsələləri açıq şəkildə ictimailəşdirir. Onun fikrincə, bu mövqeyə görə jurnalistə təşəkkür etmək əvəzinə, ona qarşı əsassız hücumlar edilir. Qənbərli paylaşımında jurnalistikanın mahiyyətinə toxunaraq, bu sahənin müəyyən maraq dairələrinin təsiri altında təqdim olunmasını da kəskin şəkildə tənqid edib.Yeganə...
29 Yanvar 2026, 11:22
Emil Əsgərov - Baş rejissor ştatının ləğvi: qapalı “kruqlar”ın sonu
Rejissor Emil Əsgərov sosial şəbəkə hesabında Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatının ləğv edilməsi ilə bağlı fikirlərini bölüşüb. O, bu qərarın təsadüfi olmadığını və illərlə yığılıb qalmış yaradıcılıq böhranının məntiqi nəticəsi olduğunu bildirib.Citypost.az xəbər verir ki, Əsgərovun fikrincə, baş rejissor institutu olan teatrların demək olar ki, hamısında uzun müddət qalmaqallar, daxili gərginlik, qruplaşmalar və şəxsi maraqlara əsaslanan münasibətlər mövcud olub. O qeyd edib ki, baş rejissor postu teatrın inkişafını təmin edən yaradıcı mərkəzə yox, təsir dairəsi yaradan inzibati alətə çevrilib.Rejissor yazır ki, bu vəzifəni tutanların böyük hissəsi teatrın ümumi strategiyasına deyil, yalnız öz “kruqunun” maraqlarına xidmət edib. Tamaşalar eyni şəxslər...
29 Yanvar 2026, 10:30
Yazıçıdan xəbərdarlıq: Sosial şəbəkələrdə utanmaq hissi yoxdur
Azərbaycan Yazıçılar Birliyi üzvü, hüquqşünas və yazıçı Lətifə Oruc sosial şəbəkələrdə davranışlarla bağlı fikirlərini bölüşüb. Citypost.az xəbər verir ki,yazıçı bildirib ki, əvvəllər insanlarda utanc hissi var idi, lakin indi bu hiss itdiyi üçün insanlar sosial mediada istədiklərini yazır, hətta bəzən açıq-saçıq və biabırçı şəkillərini belə paylaşmaqdan utanmırlar.Lətifə Oruc vurğulayıb ki, utanc hissi çox gözəl bir xüsusiyyətdir və cəmiyyətin əxlaqının qorunmasında önəmli rol oynayır.Yeganə...
28 Yanvar 2026, 11:02
Şəkərli diabet xəstələri nələrə diqqət etməlidir?
Şəkərli diabet (diabetes mellitus) müasir dövrün ən geniş yayılmış xroniki xəstəliklərindən biridir. Dünya üzrə milyonlarla insan bu xəstəliklə yaşayır və mütəxəssislərin fikrincə, düzgün nəzarət olunmadıqda diabet ürək-damar xəstəliklərindən tutmuş görmə itkisinə qədər ciddi fəsadlara yol aça bilər. Endokrinoloqlar bildirirlər ki, diabetlə sağlam yaşamaq mümkündür – əsas şərt davamlı nəzarət və düzgün həyat tərzidir.Şəkər səviyyəsinə müntəzəm nəzarətMütəxəssislərin ilk və əsas tövsiyəsi qan şəkərinin mütəmadi ölçülməsidir. Qanda şəkərin tez-tez yüksəlməsi:damarların zədələnməsinə,böyrək və göz problemlərinə,sinir sisteminin pozulmasına səbəb ola bilər.Həkimlər xəstələrə gündəlik və ya həkimin təyin etdiyi intervalda şəkər ölçmələrini aparmağı və nəticələri qeyd etməyi tövsiyə edirlər.Qidalanma rejimi: diabetin açar nöqtəsiEndokrinoloqlar vurğulayırlar ki,...
27 Yanvar 2026, 16:32