Yazıçıdan Mədəniyyət Nazirliyinə təklif: Aktyor ştatı ləğv edilsin
Sənət aləmi 29 Yanvar 2026, 14:53
150
Ötən həftə Mədəniyyət Nazirliyi ölkədə teatr sahəsində islahatlara başlayıb. Nazirlikdən verilən məlumata görə, bir sıra “mənasız” hesab edilən ştatlar ləğv olunub. Ləğv edilənlər arasında bədii rəhbər və baş rejissor ştatları da yer alır. Artıq bir neçə gündür sosial şəbəkələrdə və saytlarda bu mövzu ətrafında kəskin mübahisələr və müzakirələr aparılır.
Citypost.az xəbər verir ki, yazıçı Azad Qaradərili isə öz sosial media hesabında bu qərara sərt və ironik münasibət bildirib. O, “Bədii rəhbər?! Yox bir bədaye teatrı! Kimə lazımdı bu ştat? Baş rejissor?! Yox bir Tuqanov! Silin getsin!” – sözlərini paylaşaraq ştatların ləğvini istehzalı şəkildə şərh edib.
Həmçinin, yazıçı teatr binalarının istifadəsi ilə bağlı da təkliflər səsləndirib: “Teatr? Belə chatGPT dövründə nə teatr! Bağlayın! Teatr binalarını şadlıq və mərasim evlərinə çevirin, səhnəyə bir molla oturdun, əzan versin, qurtarsın getsin!”
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səidə Bəkirqızına həmkarından DƏSTƏK:Cəsarətiniz çatmadıqlarını o..."
Jurnalist Gülnaz Qənbərli həmkarı, televiziya jurnalisti Səidə Bəkirqızına dəstək nümayiş etdirib. Citypost.az saytı xəbər verir ki, xanım jurnalist sosial şəbəkə hesabında paylaşım edərək, Səidə Bəkirqızının səsləndirdiyi fikirlərə görə hədəf alınmasını tənqid edib.Gülnaz Qənbərli bildirib ki, Səidə Bəkirqızı bir çoxlarının deməyə cəsarət etmədiyi məsələləri açıq şəkildə ictimailəşdirir. Onun fikrincə, bu mövqeyə görə jurnalistə təşəkkür etmək əvəzinə, ona qarşı əsassız hücumlar edilir. Qənbərli paylaşımında jurnalistikanın mahiyyətinə toxunaraq, bu sahənin müəyyən maraq dairələrinin təsiri altında təqdim olunmasını da kəskin şəkildə tənqid edib.Yeganə...
29 Yanvar 2026, 11:22
Emil Əsgərov - Baş rejissor ştatının ləğvi: qapalı “kruqlar”ın sonu
Rejissor Emil Əsgərov sosial şəbəkə hesabında Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatının ləğv edilməsi ilə bağlı fikirlərini bölüşüb. O, bu qərarın təsadüfi olmadığını və illərlə yığılıb qalmış yaradıcılıq böhranının məntiqi nəticəsi olduğunu bildirib.Citypost.az xəbər verir ki, Əsgərovun fikrincə, baş rejissor institutu olan teatrların demək olar ki, hamısında uzun müddət qalmaqallar, daxili gərginlik, qruplaşmalar və şəxsi maraqlara əsaslanan münasibətlər mövcud olub. O qeyd edib ki, baş rejissor postu teatrın inkişafını təmin edən yaradıcı mərkəzə yox, təsir dairəsi yaradan inzibati alətə çevrilib.Rejissor yazır ki, bu vəzifəni tutanların böyük hissəsi teatrın ümumi strategiyasına deyil, yalnız öz “kruqunun” maraqlarına xidmət edib. Tamaşalar eyni şəxslər...
29 Yanvar 2026, 10:30
Yazıçıdan xəbərdarlıq: Sosial şəbəkələrdə utanmaq hissi yoxdur
Azərbaycan Yazıçılar Birliyi üzvü, hüquqşünas və yazıçı Lətifə Oruc sosial şəbəkələrdə davranışlarla bağlı fikirlərini bölüşüb. Citypost.az xəbər verir ki,yazıçı bildirib ki, əvvəllər insanlarda utanc hissi var idi, lakin indi bu hiss itdiyi üçün insanlar sosial mediada istədiklərini yazır, hətta bəzən açıq-saçıq və biabırçı şəkillərini belə paylaşmaqdan utanmırlar.Lətifə Oruc vurğulayıb ki, utanc hissi çox gözəl bir xüsusiyyətdir və cəmiyyətin əxlaqının qorunmasında önəmli rol oynayır.Yeganə...
28 Yanvar 2026, 11:02
Şəkərli diabet xəstələri nələrə diqqət etməlidir?
Şəkərli diabet (diabetes mellitus) müasir dövrün ən geniş yayılmış xroniki xəstəliklərindən biridir. Dünya üzrə milyonlarla insan bu xəstəliklə yaşayır və mütəxəssislərin fikrincə, düzgün nəzarət olunmadıqda diabet ürək-damar xəstəliklərindən tutmuş görmə itkisinə qədər ciddi fəsadlara yol aça bilər. Endokrinoloqlar bildirirlər ki, diabetlə sağlam yaşamaq mümkündür – əsas şərt davamlı nəzarət və düzgün həyat tərzidir.Şəkər səviyyəsinə müntəzəm nəzarətMütəxəssislərin ilk və əsas tövsiyəsi qan şəkərinin mütəmadi ölçülməsidir. Qanda şəkərin tez-tez yüksəlməsi:damarların zədələnməsinə,böyrək və göz problemlərinə,sinir sisteminin pozulmasına səbəb ola bilər.Həkimlər xəstələrə gündəlik və ya həkimin təyin etdiyi intervalda şəkər ölçmələrini aparmağı və nəticələri qeyd etməyi tövsiyə edirlər.Qidalanma rejimi: diabetin açar nöqtəsiEndokrinoloqlar vurğulayırlar ki,...
27 Yanvar 2026, 16:32
Grammy mükafatlı baraban ifaçısı Sly Dunbar vəfat edib
Reggae və dub musiqisinin dünya miqyasında yayılmasında mühüm rol oynamış, prodüser-duet Sly and Robbienin üzvü, Grammy mükafatlı barabançı Sly Dunbar 73 yaşında dünyasını dəyişib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, mərhum musiqiçinin həyat yoldaşı Thelma Dunbar Jamaika mətbuatına açıqlamasında bildirib ki, Dunbar bazar ertəsi səhər saatlarında evində hərəkətsiz vəziyyətdə tapılıb və həkimlər onun vəfat etdiyini təsdiqləyiblər. Ailəyə yaxın mənbələr musiqiçinin bir müddətdir səhhətində problemlər yaşadığını qeyd ediblər.Sly Dunbarın vəfatı musiqi dünyasında böyük kədər doğurub. Bir çox tanınmış musiqiçi və prodüser onunla bağlı başsağlığı mesajları paylaşıb. Britaniyalı reggae və dub DJ-i David Rodigan Dunbarı “əsl ikon” adlandıraraq, onun minlərlə musiqi yazısında...
27 Yanvar 2026, 16:06
Fazil Mustafa əməkdar artisti TƏBRİK ETDİ
Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa əməkdar artist, rejissor və aktyor Sərvər Əliyevə təbrik məktubu ünvanlayıb.Təbrik məktubunda Sərvər Əliyevin Azərbaycan teatr məkanında uzunillik səmərəli fəaliyyəti, səhnə sənətinə verdiyi dəyərli töhfələr yüksək qiymətləndirilib. Bildirilib ki, onun teatr və mədəniyyət sahəsində apardığı yaradıcı işlər, müxtəlif dövlət teatrlarında, o cümlədən Ağdam Dövlət Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında və hazırda Dərbənd Azərbaycan Dram Teatrında baş rejissor kimi fəaliyyəti xüsusi önəm daşıyır.Məktubda vurğulanıb ki, Sərvər Əliyev cəmiyyətlə səhnə arasında körpü rolunu oynayan sənətkar kimi tanınır, onun səhnələşdirdiyi tamaşalar Azərbaycan teatrının klassik və çağdaş nümunələrinin təqdimatı baxımından dərin...
27 Yanvar 2026, 13:56