Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan gəncliyi: yaradıcılıq və intellektin gücü  

Cəmiyyət 02 Fevral 2026, 11:25

2903

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının, eyni zamanda onların yaradıcılıq potensialına verilən yüksək dəyərin rəmzi kimi xüsusi məna daşıyır. Bu gün təsadüfi bir tarix deyil. Məhz Ümummilli Lider Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmiş, bununla da Azərbaycan MDB və Şərqi Avropa məkanında gənclərə xüsusi gün həsr edən ilk ölkələrdən biri olmuşdur. Bu qərar gəncliyin yalnız sosial təbəqə deyil, milli-mədəni və intellektual inkişafın aparıcı qüvvəsi kimi qəbul edildiyini nümayiş etdirirdi.

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti hər zaman insan kapitalına, xüsusilə gənc nəslin yaradıcı düşüncəsinə və intellektual potensialına söykənmişdir. Heydər Əliyev gəncləri milli kimliyin daşıyıcıları, mədəniyyətin gələcək qoruyucuları kimi dəyərləndirir, onların azad düşünən, dünyagörüşlü, milli-mənəvi dəyərlərə bağlı şəxsiyyətlər kimi formalaşmasını strateji məqsəd hesab edirdi. Bu siyasət gənclərə inam üzərində qurulmuşdu və məhz bu inam gənclərdə özünəinam hissinin formalaşmasına zəmin yaratdı.

Bu gün həmin siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi gənclər siyasəti gənclərin yalnız ictimai-siyasi fəallığını deyil, eyni zamanda mədəni, yaradıcı və intellektual inkişafını da stimullaşdırır. Gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, mədəniyyət, incəsənət, ədəbiyyat, musiqi və innovativ sahələrdə təşəbbüslərinin dəstəklənməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Mədəni baxımdan xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri də Azərbaycanın beynəlxalq mədəni platformalarda gənclər vasitəsilə tanıdılmasıdır. “Bakı – Eurovision 2012” müsabiqəsi təkcə musiqi yarışı deyil, eyni zamanda gənclərin mədəni ünsiyyətinin və yaradıcılıq enerjisinin beynəlxalq miqyasda nümayişi idi. Bakı həmin günlərdə Avropa gənclərinin musiqi paytaxtına çevrildi və Azərbaycan gəncliyinin açıq, müasir və yaradıcı siması dünyaya təqdim olundu.

Prezident İlham Əliyevin 2013-cü ildə təsis etdiyi “Gənclər üçün Prezident Mükafatı” da istedadlı və yaradıcı gənclərə verilən yüksək qiymətin bariz nümunəsidir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, innovasiya və sosial sahələrdə fərqlənən gənclərin dövlət səviyyəsində mükafatlandırılması onların yaradıcılığa marağını artırır, potensiallarını reallaşdırmağa güclü stimul yaradır. Bu mükafat təkcə maddi dəstək deyil, eyni zamanda gənc yaradıcı şəxslərə göstərilən mənəvi etimadın ifadəsidir.

Gənclərin mədəni və sosial fəallığının artırılmasında könüllülük hərəkatı da mühüm rol oynayır. Könüllülük fəaliyyəti gənclərdə sosial məsuliyyət, empatiya, kollektiv düşüncə və mədəni davranış formalaşdırır. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu hərəkatın cəmiyyətin mədəni həyatında xüsusi yer tutduğunu bir daha təsdiqlədi. Könüllülük gənclərin yalnız ictimai proseslərdə deyil, mədəni layihələrdə də fəal iştirakına şərait yaratdı.

Heydər Əliyev Fondunun gənclərin inkişafında oynadığı rol mədəniyyət müstəvisində ayrıca qeyd olunmalıdır. Fondun elm, təhsil, mədəniyyət və yaradıcılıq sahələrində həyata keçirdiyi layihələr minlərlə gəncin istedadının üzə çıxmasına imkan yaratmışdır. Mədəni irsin qorunması, gənc rəssamların, musiqiçilərin, yazıçıların və tədqiqatçıların dəstəklənməsi gənclərin milli-mədəni kimliklə qlobal dünyaya inteqrasiyasını təmin edir.

2025-ci ildə həyata keçirilmiş sosial, innovativ və yaradıcı proqramlar da göstərir ki, Azərbaycan gəncliyi artıq təkcə iştirakçı deyil, ideya yaradan və mədəni dəyər formalaşdıran fəal subyektdir. Düşərgələr, yaradıcılıq müsabiqələri, intellektual oyunlar, debat forumları və beynəlxalq layihələr gənclərin düşüncə tərzini zənginləşdirir, onların mədəni üfüqlərini genişləndirir.

Nəticə etibarilə, 2 Fevral – Azərbaycan Gəncləri Günü yalnız bayram deyil, gənclərin yaradıcılıq enerjisinə, istedadına və mədəni potensialına verilən dəyərin simvoludur. Dövlətin bu istiqamətdə apardığı ardıcıl siyasət gələcəkdə daha güclü, daha yaradıcı və mədəni cəhətdən zəngin Azərbaycan cəmiyyətinin formalaşmasına xidmət edir.

Turan Etibaroğlu

Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda yaşa görə pensiya ARTIRILIR 

2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. İqtisadi inkişafda ən vacib məqamlardan biri artımın qeyri neft-qaz sektoru hesabına əldə edilməsidir. Bu o deməkdir ki, qeyri neft-qaz sektoru Azərbaycan iqtsiadiyyatının əsas drayverinə çevrilməkdədir. Belə ki, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artmışdır.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vüqar Bayramov deyib.Deputat qeyd edib ki, sənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olmuşdur. Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artm qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri neft-qaz sektorundakı artım iqtisadi...

02 Fevral 2026, 12:25

Efir yağları təhlükəli bakteriyaların inkişafını zəiflədə bilər

Son elmi müşahidələr göstərir ki, bəzi dərman bitkilərindən əldə olunan efir yağları təhlükəli bakteriyaların inkişafını zəiflətmək potensialına malikdir. Bu yağlar tərkibində çoxsaylı bioloji aktiv maddələr daşıdığı üçün bakteriyalara tək bir mexanizmlə deyil, paralel şəkildə təsir edir. Məhz bu xüsusiyyət onların mikroorqanizmlərdə davamlılıq yaratmaq ehtimalını azaltdığını deməyə əsas verir.Citypost.az-ın məlumatına görə, xüsusilə dəri və yara infeksiyalarında rast gəlinən Staphylococcus aureus bakteriyası üzərində aparılan müşahidələr göstərir ki, kəklikotu kimi efir yağları real infeksiya şəraitinə yaxın mühitdə daha təsirli ola bilir. Bu isə klassik laborator analizlərin bəzən real vəziyyəti tam əks etdirmədiyini ortaya qoyur. Eyni zamanda, bəzi efir yağlarının təsirinin zəifləməsi onların hər...

02 Fevral 2026, 12:05

Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri II səsvermədə təsdiqləndi

Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsini ikinci səsvermədə təsdiqləyib.Citypost.az xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında növbəti dəfə müzakirəyə çıxarılıb.Layihəyə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilir, bir maddə (maddə 5) çıxarılır. Həmçinin bir sıra maddələrdə və Preambula hissəsində isə dəyişikliklər edilir.Layihəyə əsasən, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası...

02 Fevral 2026, 12:03

Bəzi ərazilərdə işıq olmayacaq 

Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:30-dan 14:00-dək Xocəsən qəsəbəsi və Motodrom yaşayış massivi, saat 11:30-dan 15:00-dək Binəqədi kəndi, Bakıxanov, G. Rüstəmov küçələri, eləcə də bu ünvanlara yaxın ərazidə yerləşən yeni yaşayış sahəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

02 Fevral 2026, 11:42

Pərvanə Vəliyeva: Gənclər güclü dövlətin əsas dayağıdır

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai həyatında xüsusi rəmzi məna daşıyan, gənc nəslin potensialını, enerjisini və dövlət quruculuğundakı rolunu ön plana çıxaran əlamətdar gündür. Bu günün təsis olunması Ulu Öndər Heydər Əliyevin gənclərə strateji baxışının, gəncliyi Azərbaycanın sabahının əsas dayağı kimi görməsinin məntiqi nəticəsidir.Məhz Ulu Öndərin 1 fevral 1997-ci il tarixli Sərəncamına əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olundu və həmin vaxtdan etibarən bu bayram Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı. Bu addım gənclər siyasətində Azərbaycanın qabaqlayıcı mövqeyini göstərdi. Xatırlatmaq kifayətdir ki, BMT Baş Məclisi yalnız 1999-cu il 17 dekabr tarixli qətnamə ilə 12 avqustu Beynəlxalq Gənclər...

02 Fevral 2026, 11:16

Elnarə Akimova:Azərbaycan gəncliyi dövlətin gələcəyidir

Azərbaycan tarixinin müasir mərhələsi gənclərə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas sütunlarından birinə çevrildiyi dövrdür. 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bir təqvim bayramı deyil, bu tarix müstəqil dövlətimizin gələcəyinə olan inamın, gənc nəslə etimadın rəmzidir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş, uzaqgörən gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirilir və Azərbaycan gəncliyini regional və qlobal miqyasda rəqabətədavamlı bir qüvvəyə çevirir.Heydər Əliyev üçün gənclər sadəcə yaş kateqoriyası deyildi – onlar Azərbaycanın genofondu, dövlət müstəqilliyinin qoruyucuları, sabahın qurucuları idi. Onun “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri sadə bir çağırış yox, bütöv bir siyasi...

02 Fevral 2026, 10:33