Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda yaşa görə pensiya ARTIRILIR 

Cəmiyyət 02 Fevral 2026, 12:25

102

2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. İqtisadi inkişafda ən vacib məqamlardan biri artımın qeyri neft-qaz sektoru hesabına əldə edilməsidir. Bu o deməkdir ki, qeyri neft-qaz sektoru Azərbaycan iqtsiadiyyatının əsas drayverinə çevrilməkdədir. Belə ki, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artmışdır.

Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, sənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olmuşdur. Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artm qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri neft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını gücləndirməkdədir. Bu cənab Prezident İlham Əliyevin rəhbərliyi aparılan dərinləşmiş islahatların nəticəsidir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsi prosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qaz sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə 68 faizini formalaşdıracaq.

“Yalnız ötən il reallaşan 5-ci sosial pakket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət  etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa ötən ilin ilk 11 ayında artım 9.3 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır.

Bu isə o deməkdir ki, yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.

2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu 2026-cı ildə də sosial müdafiənin güclənməsi əsas prioritetlərdən olaraq qalacağından xəbər verir” – o qeyd edib. (Modern.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu rayonlara qar yağacaq

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı...

02 Fevral 2026, 13:22

Vilayət Eyvazov Qəbələdə sıra baxışı keçirib 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 1–2-də Qəbələ rayonunda növbəti vətəndaş qəbulu keçirib.Bu barədə Citypost.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, nazir əvvəlcə Qəbələ rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.Daha sonra Polis Şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələ 314 nəfər vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb. Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov...

02 Fevral 2026, 13:20

Efir yağları təhlükəli bakteriyaların inkişafını zəiflədə bilər

Son elmi müşahidələr göstərir ki, bəzi dərman bitkilərindən əldə olunan efir yağları təhlükəli bakteriyaların inkişafını zəiflətmək potensialına malikdir. Bu yağlar tərkibində çoxsaylı bioloji aktiv maddələr daşıdığı üçün bakteriyalara tək bir mexanizmlə deyil, paralel şəkildə təsir edir. Məhz bu xüsusiyyət onların mikroorqanizmlərdə davamlılıq yaratmaq ehtimalını azaltdığını deməyə əsas verir.Citypost.az-ın məlumatına görə, xüsusilə dəri və yara infeksiyalarında rast gəlinən Staphylococcus aureus bakteriyası üzərində aparılan müşahidələr göstərir ki, kəklikotu kimi efir yağları real infeksiya şəraitinə yaxın mühitdə daha təsirli ola bilir. Bu isə klassik laborator analizlərin bəzən real vəziyyəti tam əks etdirmədiyini ortaya qoyur. Eyni zamanda, bəzi efir yağlarının təsirinin zəifləməsi onların hər...

02 Fevral 2026, 12:05

Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri II səsvermədə təsdiqləndi

Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsini ikinci səsvermədə təsdiqləyib.Citypost.az xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında növbəti dəfə müzakirəyə çıxarılıb.Layihəyə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilir, bir maddə (maddə 5) çıxarılır. Həmçinin bir sıra maddələrdə və Preambula hissəsində isə dəyişikliklər edilir.Layihəyə əsasən, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası...

02 Fevral 2026, 12:03

Bəzi ərazilərdə işıq olmayacaq 

Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:30-dan 14:00-dək Xocəsən qəsəbəsi və Motodrom yaşayış massivi, saat 11:30-dan 15:00-dək Binəqədi kəndi, Bakıxanov, G. Rüstəmov küçələri, eləcə də bu ünvanlara yaxın ərazidə yerləşən yeni yaşayış sahəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

02 Fevral 2026, 11:42

Azərbaycan gəncliyi: yaradıcılıq və intellektin gücü  

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının, eyni zamanda onların yaradıcılıq potensialına verilən yüksək dəyərin rəmzi kimi xüsusi məna daşıyır. Bu gün təsadüfi bir tarix deyil. Məhz Ümummilli Lider Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmiş, bununla da Azərbaycan MDB və Şərqi Avropa məkanında gənclərə xüsusi gün həsr edən ilk ölkələrdən biri olmuşdur. Bu qərar gəncliyin yalnız sosial təbəqə deyil, milli-mədəni və intellektual inkişafın aparıcı qüvvəsi kimi qəbul edildiyini nümayiş etdirirdi.Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti hər zaman insan kapitalına, xüsusilə gənc nəslin yaradıcı düşüncəsinə və...

02 Fevral 2026, 11:25