Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri II səsvermədə təsdiqləndi
Cəmiyyət 02 Fevral 2026, 12:03
141
Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsini ikinci səsvermədə təsdiqləyib.
Citypost.az xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında növbəti dəfə müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilir, bir maddə (maddə 5) çıxarılır. Həmçinin bir sıra maddələrdə və Preambula hissəsində isə dəyişikliklər edilir.
Layihəyə əsasən, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.
Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Layihədə əlavə edilməsi nəzərdə tutulan digər maddə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı 28-1-ci maddədir. Bu maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxılması qeyd olunur.
Konstitusiya Qanunu layihəsində nəzərdə tutulan dəyişikliklərdən biri də "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi adlı 5-ci maddənin çıxarılmasıdır.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək (maddə 13, hissə II).
Bundan başqa, layihədə Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur (maddə 18, hissə IV).
Konstitusiya Qanunu layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək (maddə 24, hissə II).
Həmçinin oxuyun
Layihəyə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq (maddə 29, hissə II).
Nəzərdə tutulan digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir (maddə 32.4-1).
Konstitusiya Qanunu layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək (maddə 34).
Layihədə həmçinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulub (maddə 33).
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək (maddə 50).
Layihədə həmçinin Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər nəzərdə tutulub.
Konstitusiya qanununun layihəsi müzakirələrdən sonra səsə qoyularaq II səvermədə qəbul edilib.
Xatırladaq ki, qanunvericiliyə əsasən Milli Məclis Konstitusiya qanunu layihələrinə üç oxunuşda baxır. Bu qanun layihələri üçüncü oxunuşda qəbul edildikdən 6 ay sonra ikinci dəfə səsverməyə çıxarılır. (Report)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda yaşa görə pensiya ARTIRILIR
2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. İqtisadi inkişafda ən vacib məqamlardan biri artımın qeyri neft-qaz sektoru hesabına əldə edilməsidir. Bu o deməkdir ki, qeyri neft-qaz sektoru Azərbaycan iqtsiadiyyatının əsas drayverinə çevrilməkdədir. Belə ki, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artmışdır.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vüqar Bayramov deyib.Deputat qeyd edib ki, sənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olmuşdur. Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artm qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri neft-qaz sektorundakı artım iqtisadi...
02 Fevral 2026, 12:25
Efir yağları təhlükəli bakteriyaların inkişafını zəiflədə bilər
Son elmi müşahidələr göstərir ki, bəzi dərman bitkilərindən əldə olunan efir yağları təhlükəli bakteriyaların inkişafını zəiflətmək potensialına malikdir. Bu yağlar tərkibində çoxsaylı bioloji aktiv maddələr daşıdığı üçün bakteriyalara tək bir mexanizmlə deyil, paralel şəkildə təsir edir. Məhz bu xüsusiyyət onların mikroorqanizmlərdə davamlılıq yaratmaq ehtimalını azaltdığını deməyə əsas verir.Citypost.az-ın məlumatına görə, xüsusilə dəri və yara infeksiyalarında rast gəlinən Staphylococcus aureus bakteriyası üzərində aparılan müşahidələr göstərir ki, kəklikotu kimi efir yağları real infeksiya şəraitinə yaxın mühitdə daha təsirli ola bilir. Bu isə klassik laborator analizlərin bəzən real vəziyyəti tam əks etdirmədiyini ortaya qoyur. Eyni zamanda, bəzi efir yağlarının təsirinin zəifləməsi onların hər...
02 Fevral 2026, 12:05
Bəzi ərazilərdə işıq olmayacaq
Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:30-dan 14:00-dək Xocəsən qəsəbəsi və Motodrom yaşayış massivi, saat 11:30-dan 15:00-dək Binəqədi kəndi, Bakıxanov, G. Rüstəmov küçələri, eləcə də bu ünvanlara yaxın ərazidə yerləşən yeni yaşayış sahəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
02 Fevral 2026, 11:42
Azərbaycan gəncliyi: yaradıcılıq və intellektin gücü
2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının, eyni zamanda onların yaradıcılıq potensialına verilən yüksək dəyərin rəmzi kimi xüsusi məna daşıyır. Bu gün təsadüfi bir tarix deyil. Məhz Ümummilli Lider Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmiş, bununla da Azərbaycan MDB və Şərqi Avropa məkanında gənclərə xüsusi gün həsr edən ilk ölkələrdən biri olmuşdur. Bu qərar gəncliyin yalnız sosial təbəqə deyil, milli-mədəni və intellektual inkişafın aparıcı qüvvəsi kimi qəbul edildiyini nümayiş etdirirdi.Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti hər zaman insan kapitalına, xüsusilə gənc nəslin yaradıcı düşüncəsinə və...
02 Fevral 2026, 11:25
Pərvanə Vəliyeva: Gənclər güclü dövlətin əsas dayağıdır
2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai həyatında xüsusi rəmzi məna daşıyan, gənc nəslin potensialını, enerjisini və dövlət quruculuğundakı rolunu ön plana çıxaran əlamətdar gündür. Bu günün təsis olunması Ulu Öndər Heydər Əliyevin gənclərə strateji baxışının, gəncliyi Azərbaycanın sabahının əsas dayağı kimi görməsinin məntiqi nəticəsidir.Məhz Ulu Öndərin 1 fevral 1997-ci il tarixli Sərəncamına əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olundu və həmin vaxtdan etibarən bu bayram Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı. Bu addım gənclər siyasətində Azərbaycanın qabaqlayıcı mövqeyini göstərdi. Xatırlatmaq kifayətdir ki, BMT Baş Məclisi yalnız 1999-cu il 17 dekabr tarixli qətnamə ilə 12 avqustu Beynəlxalq Gənclər...
02 Fevral 2026, 11:16
Elnarə Akimova:Azərbaycan gəncliyi dövlətin gələcəyidir
Azərbaycan tarixinin müasir mərhələsi gənclərə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas sütunlarından birinə çevrildiyi dövrdür. 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bir təqvim bayramı deyil, bu tarix müstəqil dövlətimizin gələcəyinə olan inamın, gənc nəslə etimadın rəmzidir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş, uzaqgörən gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirilir və Azərbaycan gəncliyini regional və qlobal miqyasda rəqabətədavamlı bir qüvvəyə çevirir.Heydər Əliyev üçün gənclər sadəcə yaş kateqoriyası deyildi – onlar Azərbaycanın genofondu, dövlət müstəqilliyinin qoruyucuları, sabahın qurucuları idi. Onun “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri sadə bir çağırış yox, bütöv bir siyasi...
02 Fevral 2026, 10:33