Bizə yazın

Baku

-°C

USD

-

Ayxan Baxşəlizadə: Gənclər iqtisadiyyatın gücüdür

Cəmiyyət 02 Fevral 2026, 13:56

731

Gənclik hər bir cəmiyyətin enerjisi, dəyişən dünyanın ritmini tutan əsas qüvvəsidir. Bu gün Azərbaycan gəncliyi təkcə gələcəyə ümid deyil, eyni zamanda iqtisadi, sosial və ictimai proseslərin fəal iştirakçısı kimi formalaşır. Qlobal çağırışların, rəqabətli iqtisadi mühitin və sürətlə dəyişən texnoloji dövrün fonunda gənclərin rolu daha aydın və daha məsuliyyətli xarakter alır.Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, onların təhsilinə, məşğulluğuna və sahibkarlıq fəaliyyətinə yaradılan imkanlar gənc nəslin potensialını üzə çıxarmağa xidmət edir. Bu prosesdə isə həm dövlətlə yanaşı, öz şəxsi fəaliyyəti, təşəbbüskarlığı və sosial məsuliyyət anlayışı ilə seçilən gənc liderlərin mövqeyi xüsusi əhəmiyyət daşıyır.

Məhz bu kontekstdə gənc iş adamı, xeyriyyəçi, AIY GROUP şirkətlər qrupunun sahibi və Vale Tudo İdman Federasiyasının fəxri prezidenti Ayxan Baxşəlizadə ilə söhbətləşdik. Gənclərin cəmiyyətdə və iqtisadiyyatda rolu, Azərbaycanda gənc sahibkarlar üçün mövcud imkanlar və uğurlu gəncin əsas xüsusiyyətləri ilə bağlı suallarımızı müsahibimizə ünvanladıq.

— Gənclərin cəmiyyətdə və iqtisadiyyatda rolunu necə qiymətləndirirsiniz?

— Gənclər bu gün cəmiyyətimizin və iqtisadiyyatımızın təkcə gələcəyi deyil, artıq bu günkü əsas hərəkətverici qüvvəsidir. Onlar yeni ideyaların, innovativ yanaşmaların, rəqəmsal transformasiyanın və sahibkarlıq ruhunun daşıyıcılarıdır. Gənclərin enerjisi, biliklərə açıq olmaları və qlobal düşüncə tərzi ölkəmizin davamlı inkişafında mühüm rol oynayır.

Dövlət siyasətinin əsas prioritetlərindən biri də gənclərin təhsilinə, məşğulluğuna və öz potensiallarını reallaşdırmalarına geniş imkanlar yaratmaqdır. Çünki iqtisadiyyat yalnız kapital və resurslarla deyil, savadlı, təşəbbüskar və məsuliyyətli insanlarla inkişaf edir. Gənclər həm cəmiyyətin sosial dayağı, həm də iqtisadi rəqabət qabiliyyətimizin əsas təminatçısıdır. Onlara investisiya etmək, əslində ölkənin sabahına investisiya etmək deməkdir.

— Azərbaycanda gənc sahibkarlar üçün mövcud imkanları yetərli hesab edirsinizmi?

— Azərbaycanda gənc sahibkarlar üçün imkanlar mövcuddur və bu imkanlar ardıcıl dövlət siyasəti nəticəsində formalaşıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il tarixli sərəncamı ilə Gənclər Gününün təsis edilməsi gənclərə verilən dəyərin strateji əsasını qoydu. Bu siyasət bu gün də onun layiqli davamçısı, cənab Prezident İlham Heydər oğlu Əliyev tərəfindən böyük məsuliyyət və ardıcıllıqla davam etdirilir.

Hazırda güzəştli maliyyə mexanizmləri, sahibkarlığın təşviqi və gənclərin biznes mühitinə inteqrasiyası bu siyasətin əsas tərkib hissəsidir. Əlbəttə, məqsədimiz bu imkanları daha da genişləndirmək və gənclərin real iqtisadi subyektə çevrilməsini təmin etməkdir.

— Sizcə, uğurlu gəncin əsas xüsusiyyətləri nələrdir?

— Məncə, uğurlu gəncin əsas xüsusiyyətləri vətənpərvərlik, bilik və məsuliyyət hissidir. Uğurlu gənc yalnız şəxsi nailiyyətlərini deyil, eyni zamanda cəmiyyət qarşısında üzərinə düşən məsuliyyəti də dərk etməlidir. Daim öz üzərində çalışan, dəyişən dünyaya uyğunlaşmağı bacaran gənclər hər zaman irəli gedirlər.

Eyni zamanda intizam, əməksevərlik və sağlam dəyərlərə sadiqlik uğurun əsas şərtləridir. Məhz bu keyfiyyətlərə sahib olan gənclər ölkənin sosial və iqtisadi inkişafına real töhfə verə bilirlər.

Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kamran Əliyev yeni təyinatlar İMZALADI

Baş Prokuror əmrlər imzalayıb.Baş Prokurorluqdan Citypost.az-a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.Baş Prokurorun digər əmrilə Hərbi prokurorun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib.Həmçinin, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Tərtər rayon prokuroru Əli Qurbanov Tərtər hərbi prokuroru vəzifəsinə təyin olunub....

02 Fevral 2026, 15:34

Vasif Ayan: "Cəmiyyətdəki alçaqlıq və deqradasiya həddini aşır "

Prodüser Vasif Ayan sosial şəbəkədə bölgələrdən birində baş vermiş bıçaqlanma hadisəsinə münasibət bildirib. Məlumata görə, kişi bacanağını və arvadını bıçaqlayıb. Hadisənin səbəbi kimi göstərilir ki, bacanaq onun arvadı ilə mesajlaşırmış.Citypost.az xəbər veriri ki Vasif Ayan yazır qeyd edib ki, həmin gün bacanaq həyətdə gizlənərək arvadına mesaj göndərib. Kişi arvadının telefonunda bu mesajı görərək əvvəl bacanağını, sonra isə öz arvadını bıçaqlayıb. Hadisə nəticəsində hər iki şəxs xəstəxanaya yerləşdirilib, ölən yoxdur.Prodüser paylaşımında həmçinin cəmiyyətdə bu tip deqradasiya hallarının çoxalmasından narahatlığını ifadə edib və insanların münasibətlərindəki məsuliyyəti xatırladıb.Əli...

02 Fevral 2026, 15:21

Əməkdar artist: "Sənət bazara çevrilib"

 Əməkdar artist Elmira Kərimova sosial şəbəkədə paylaşdığı statusunda müasir cəmiyyətin və mədəniyyətin vəziyyətindən narahatlığını ifadə edib.Citypost.az xəbər verir ki, əməkdar artist qeyd edib ki,  hər yerdə yorucu xəbərlər, didişmələr, təhqir və mənasız paylaşımlar hökm sürür, sənət bazara çevrilib. Elmira Kərimova böyük sənətkarlarımızın Mehdi Məmmədov, Hökümə Qurbanova, Adil İsgəndərov, Üzeyir bəy, Bülbül, Mayestro Niyazi və Fikrət Əmirov – yaradıcılıq dəyərlərinin unudulmasına təəssüfünü bildirib.“İnsan kimi yaşamaq, sənəti və özümüzü yaşatmaq, sevmək, paylaşmaq nə qədər çətindir… Güvənin, inan, birlikdə yaradın” – deyə aktrisa statusunda vurğulayıb və cəmiyyətin, televiziya və sosial medianın halını “dəhşət” kimi qiymətləndirib.Yeganə...

02 Fevral 2026, 15:07

Aygün Muradxanlı: İnsanların şəxsi həyatına qarışmaq düzgün deyil

Ötən gün ehtiyyatda olan general-mayor Nazim Əliyev toy edib. General özündən təxminən 35 yaş kiçik xanımla ailə qurub. Bu məlumat sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub , bəziləri cütlüyə xoşbəxtlik arzulayıb, bəziləri isə tənqid edib.Prime TV-nin rəhbəri, tanınmış jurnalist Aygün Muradxanlı sosial şəbəkədə yazıb ki, insanların şəxsi qərarlarına qarışmaq düzgün deyil:"Hər gün kimsə evlənir, kimsə boşanır. İki insan bir yerdə yaşamağa qərar verib, siz niyə dəymisiz bir-birinizə? Ehtiyatlı olun, belə davam eləsəz, onlar da yeni mutluluq formulu taparlar."Aygün Muradxanlı həmçinin vurğulayıb ki, başqalarının şəxsi həyatına qarışmaq əks təsir göstərə bilər və hər kəs öz həyatına diqqət yetirməlidir.Əli...

02 Fevral 2026, 15:05

Tamam Cəfərova:“Azərbaycan gəncliyi dövlətin güc mənbəyidir”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində Azərbaycan gəncliyi və gənclər siyasəti xüsusi yer tutur.  Ulu Öndərin bu sahələrin inkişafında xidmətləri misilsizdir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daima gənclərin qüdrətli hamisi kimi çıxış etmişdir.  Bu baxımdan da Azərbaycanda Gənclər Gününün təsis edilməsi, eləcə də gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar dövlətimizin gənc nəslə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 fevralın Gənclər Günü elan edilməsi ölkəmizdə gənclər siyasətinin sistemli şəkildə formalaşmasının mühüm mərhələsi olmuşdur. Məhz bu...

02 Fevral 2026, 14:50

Bu rayonlara qar yağacaq

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı...

02 Fevral 2026, 13:22