Mədəniyyət naziri Yusif Seyxovu təbrik edib
Sənət aləmi 04 Fevral 2026, 13:25
220
Mədəniyyət naziri Adil Kərimli tanınmış ssenarist, rejissor və Əməkdar mədəniyyət işçisi Yusif Seyxovu doğum günü münasibətilə təbrik edib.
Citypost.az xəbər verir ki, Adil Kərimli Yusif Seyxovun mədəniyyət sahəsindəki xidmətlərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, ötən gün Yusif Şeyxovun 75 yaşı tamam olmuşdur. Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub. O, 23 saylı orta məktəbi bitirdikdən sonra Neft-Kimya İnstitutunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.Yusif Şeyxov kinoya 13 yaşında — “Sehrli xalat” filmində pioner Eldar rolunu canlandırmaqla gəlib. Sonrakı illərdə “Azərbaycanfilm” kinostudiyasında, Dövlət Kinematoqrafiya Komitəsində, eləcə də “Azərkinoprokat” və “Azərkinovideo” qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.O, bir sıra sənədli, animasiya və bədii filmlərin ssenari müəllifidir, həmçinin “Mozalan” kinojurnalı üçün süjetlər yazıb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Yusif Şeyxov 2000-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Həmçinin oxuyun

Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Toğrul Qasımov “İlin Gənci” mükafatına layiq görülüb
Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təsisçiliyi ilə keçirilən “İlin Gənci” mükafatlandırma mərasimi 2026-cı il üçün “Gənclər Paytaxtı” elan olunmuş Goranboy şəhərində baş tutub. Tədbir “Gənclər Paytaxtı” layihəsinin rəsmi açılışı çərçivəsində təşkil edilib.Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin Gənci” mükafatları gənclər siyasətinin həyata keçirilməsində fəallığı və nümunəvi fəaliyyəti ilə seçilən gənclərə təqdim olunub.Mükafata layiq görülənlər sırasında Toğrul Qasımov da yer alıb. O, mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi layihələr, gənclərin yaradıcılıq potensialının inkişafına verdiyi töhfələr və aktiv ictimai fəaliyyəti ilə seçilərək Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatı ilə təltif olunub. Toğrul Qasımov hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət...
04 Fevral 2026, 09:00
Recep İvedik 8 harada yayımlanacaq?
Türkiyənin sevilən komediya aktyoru Şahan Gökbakarın müəllifi və baş rol ifaçısı olduğu məşhur “Recep İvedik” film seriyasının 8-ci hissəsinin çəkiləcəyi rəsmi şəkildə açıqlanıb. 2008-ci ildə ilk filmi nümayiş olunan və illər ərzində geniş tamaşaçı kütləsi qazanan layihə yeni film ilə davam edəcək.Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Recep İvedik 8” kinoteatrlarda deyil, Disney Plus platformasında yayımlanacaq. Filmin süjeti və aktyor heyəti ilə bağlı detallar hələlik açıqlanmayıb.Yeni filmin yayımlanacağı platformanın bəlli olması serialın pərəstişkarları arasında maraq doğurub....
03 Fevral 2026, 16:47
Tanınmış aktyor çayxanaya buraxılmadı
Türkiyənin tanınmış aktyoru Ahmet Mümtaz Taylan İstanbulun Tarlabaşı bölgəsində çay içmək istədiyi çayxanaya buraxılmayıb. Hadisə aktyorun yanında olan dostu və çəkiliş heyəti ilə birlikdə çay içmək təklifi verdiyi an baş verib.Citypost.az Türkiyə mətbuatına istindən xəbər verir ki, çayxana sahibləri kameraların söndürülməsini tələb edib və “kameraları bağlayın, gəlməyin” deyərək Taylanın içəri daxil olmasına icazə verməyiblər. Gözlənilməz cavab sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.Qeyd edək ki, Ahmet Mümtaz Taylan tamaşaçıya xüsusilə “Kızılcık Şerbeti” serialında canlandırdığı Apo obrazı ilə tanışdır. Yaşanan hadisədən sonra aktyorun şəxsiyyəti və yaradıcılığına maraq artıb.Turan...
03 Fevral 2026, 16:40
Mehriban Xanlarova teatra yenidən qayıdacaqmı? – Əməkdar artist danışdı
Ötən həftə Mədəniyyət Nazirliyinin qərarları ilə dövlət teatrlarının struktur və ştat cədvəlləri yenilənib, nəticədə bədii rəhbər və baş rejissor da daxil olmaqla bir sıra vəzifələr ləğv edilib. Bu dəyişikliklər fonunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də vəzifəsini itirən incəsənət xadimləri sırasında yer alıb.Qeyd edək ki, Mehriban Ələkbərzadə ilə yaşadığı problemlər səbəbindən Əməkdar artist Mehriban Xanlarova ötən ilin noyabrında etiraz olaraq teatrdan ayrılmışdı. Hazırda aktrisanın yenidən qayıdışı sosial şəbəkələrdə müzakirə olunur.Məsələ ilə bağlı müxbirimiz Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb. Aktrisa teatra mümkün qayıdışı barədə sualı cavablandırarkən bildirib:“Bununla bağlı tam bir söz deyə bilmərəm. Məsələ...
03 Fevral 2026, 10:42
Xalq artisti xəstəxanaya yerləşdirildi
Xalq artisti, teatr və kino aktyoru Məzahir Süleymanov xəstəxanaya yerləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə Xalq artistinin özü məlumat verib.“Ötən gün vəziyyətimdə müəyyən dəyişiklik oldu, təzyiqim yüksəlmişdi. Bu gün isə hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm”, – deyə Məzahir Süleymanov bildirib.Əli
03 Fevral 2026, 10:04
“Sehrli Xalat” — zamanın və sehrin unudulmaz səyahəti
1964-cü ildə lentə alınan “Sehrli Xalat” filmi Azərbaycan və SSRİ uşaq kinolarının ən qiymətli və sevilən nümunələrindən biridir. Rejissor Əlisəttar Atakişiyev tərəfindən ekranlaşdırılan bu film uşaqların xəyal dünyasını açan, onları macəra, sehr və mistik aləmlə tanış edən nadir əsərlərdən biridir. Filmin sehrli atmosferi və obrazların canlılığı illər keçsə də, tamaşaçıları heyran etməyə davam edir.Filmdə məşhur illüzionist İo Kionun (Anatoli Falkoviç) köməyi ilə uşaqlar bir növ zaman səyahətinə çıxırlar — keçmişə və gələcəyə. Hər iki dövrü həmin dövrün uşaqlarının gözü ilə görmək mümkün olur: onlar həm tarixlə tanış olur, həm də zamanın sehrli təbiətini kəşf edirlər. Film uşaqlar üçün yalnız əyləncə...
02 Fevral 2026, 14:38