Bizə yazın

Baku

-°C

USD

-

ABŞ vitse-prezidenti regiona səfər edir: Politoloq mühüm detalları açıqladı

Siyasət 09 Fevral 2026, 12:31

322

ABŞ vitse-prezidenti Vensin regiona səfəri çərçivəsində Azərbaycan və Ermənistanla əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Politoloq Elxan Şahinoğlu səfərin məqsədini və gözlənilən mövzuları Citypost.az-a açıqlayıb.

Elxan Şahinoğlunun sözlərinə görə, səfər əsasən Amerika ilə Azərbaycan və Ermənistan arasında əməkdaşlığın dərinləşdirilməsi mövzularına həsr olunacaq. O, ABŞ-ın Tramp yolunun reallaşmasının sürətləndirilməsinə ehtiyac duyduğunu vurğulayıb.

“Benz səfəri zamanı ola bilsin ki, Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyini öyrənsin. Bizim əsas tələblərimizdən biri Ermənistan Konstitusiyasında dəyişikliklər edilməsidir. Eyni zamanda, Amerika Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdır, o cümlədən hərbi texnikanın Azərbaycanda satışına dair məsələlər müzakirə oluna bilər,” – deyə Şahinoğlu qeyd edib.

İran məsələsinə də toxunan politoloq bildirib ki, əgər bu mövzu müzakirə olunacaqsa, təşəbbüs Azərbaycan tərəfindən irəli sürülməyəcək. “Azərbaycan heç bir halda öz ərazisini İrana qarşı istifadəyə icazə verməyəcək və məsələlərin diplomatik yollarla həllini istəyir. İranla bağlı məsələlər yalnız qapalı dairədə müzakirə oluna bilər və düşünürəm ki, bu baxımdan Azərbaycana ehtiyac qalmaya bilər,” – deyə o əlavə edib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Turan Rzayev: Vensin səfərinin məqsədi region maraqlarını öyrənməkdir

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin öncə 9-10 fevral tarixlərində Ermənistana, daha sonra 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcəyi açıqlanıb.Citypost.az xəbər verir ki, politoloq Turan Rzayevin fikrincə, səfər bir neçə mühüm məqam baxımından diqqət çəkir.Rzayev bildirir ki, regiona ABŞ vitse-prezidentinin səfəri nadir hallarda baş verir: “Sonuncu dəfə 2008-ci ildə o vaxtkı vitse-prezident Dik Çeyni regiona gəlmişdi. O vaxtdan sonra ABŞ əsas diqqəti Gürcüstan və Türkiyə üzərindən prosesləri izləməyə yönəldirdi. Vensin səfəri isə Vaşinqtonun Cənubi Qafqazdakı mövqelərini birbaşa öyrənmək və təsir imkanlarını bərpa etmək istəyini göstərir”.Politoloqun fikrincə, səfərin əsas məqsədlərindən biri regionda ABŞ–İran gərginliyi fonunda tərəflərin mövqelərini ölçməkdir: “Vaşinqton ehtimal olunan böhran...

09 Fevral 2026, 12:35

Ceyhun Bayramov pakistanlı həmkarına ZƏNG etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.Citypost.az xəbər verir ki, bu barədə məlumat Pakistan XİN-in "X" hesabında paylaşılıb.Nazir Ceyhun Bayramov Azərbaycan Prezidenti, hökuməti və xalqı adından İslamabadda baş vermiş partlayışla əlaqədar başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı diləyib və Pakistanla həmrəy olduqlarını ifadə edib.Hücumu qətiyyətlə pisləyən Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri ölkəsinin terrorizm bəlasına qarşı mübarizədə əzmkar mövqeyini bir daha vurğulayıb.Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, Pakistan və Azərbaycan arasında mövcud olan möhkəm və davamlı...

07 Fevral 2026, 12:51

Azərbaycan Rusiyaya NOTA verdi 

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Cityxəbər verir ki, Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim "Vahid Rusiya" Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi...

06 Fevral 2026, 18:23

Elşad Paşasoy: "Azərbaycan–BƏƏ xətti güclənir"

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər son illər yeni və daha yüksək inkişaf mərhələsinə qədəm qoyub. Hələ 1991-ci ilin sonlarından əsası qoyulan bu əlaqələr bu gün qarşılıqlı etimada, siyasi iradəyə və liderlər səviyyəsində formalaşan səmimi münasibətlərə söykənir. Məhz bu amillər ikitərəfli əməkdaşlığı təkcə regional deyil, eyni zamanda beynəlxalq müstəvidə nümunəvi modelə çevirib.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən politoloq Elşad Paşasoy bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında formalaşmış münasibətlər bu gün bir sıra dünya liderləri tərəfindən öyrənilən siyasi modelə çevrilib.Politoloqun sözlərinə görə, bu əlaqələrin əsasını səmimiyyət, qarşılıqlı inam və...

06 Fevral 2026, 12:10

Seçkilər Ermənistanı hansı yola aparacaq? Siyasi şərhçi AÇIQLADI

“Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri bir çox baxımdan ölkə üçün hər şeyin yenidən başlanması kimi dəyərləndirilə bilər. Bu seçkilər mahiyyət etibarilə köhnə ilə yeninin, işğalçılıqla sülhün, revanşizm ilə regional əməkdaşlığın, qapalı düşüncə ilə açıq və realist siyasətin mübarizəsi olacaq”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.O, qeyd edib ki, əgər bu parlament seçkilərində Nikol Paşinyan və onun komandası xalqdan yenidən etimad ala bilsə, o zaman Ermənistanın uzun illər davam etdirdiyi dağıdıcı və avantürist siyasətdən mərhələli şəkildə imtina edəcəyi gözlənilir: “Bu halda Ermənistanın region və dünya ilə səmimi şəkildə inteqrasiyaya, qonşularla...

06 Fevral 2026, 11:29

Millət vəkili: Atılan hər addım Cənubi Qafqazın təhlükəsizlik və rifah modelini formalaşdırır    

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda uzunmüddətli sabitliyin və dayanıqlı inkişafın əsas şərtlərindən biri olaraq qalır. Münaqişədən sonrakı dövrdə bu proses təkcə ikitərəfli münasibətlərin gələcəyini deyil, bütövlükdə regionun siyasi və iqtisadi arxitekturasını müəyyənləşdirən amilə çevrilib. Son illər aparılan müzakirələr göstərir ki, normallaşma artıq abstrakt niyyət deyil, konkret siyasi, hüquqi və iqtisadi məsələlər üzərində qurulan mərhələli bir proses kimi dəyərləndirilir.Bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş xüsusi əhəmiyyət kəsb edir. Görüş tərəflərin birbaşa dialoqu davam etdirmək iradəsini nümayiş etdirməklə yanaşı, normallaşma gündəliyinin aktual olaraq qaldığını da təsdiqlədi....

05 Fevral 2026, 12:44