Azərbaycanın hərbi məhsulları Ər-Riyadda beynəlxalq sərgidə nümayiş olunur
Cəmiyyət 09 Fevral 2026, 12:40
238
Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən "World Defense Show 2026" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.
Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, dünyanın tanınmış və aparıcı şirkətlərinin iştirak etdiyi sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin stendində şirkətin və Azərbaycandan olan digər özəl şirkətlərin məhsulları təqdim olunub.
Nazirliyin rəhbər heyəti stendlərdə nümayiş olunan müasir silah, texnika, aviasiya və uçuş vasitələrinin nümunələri, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahələrində ən son yeniliklər ilə tanış olub.
Həmçinin oxuyun
Səfər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman və bir sıra şirkət rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlıq istiqamətində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, müdafiə sənayesi üzrə mühüm platforma hesab olunan "World Defense Show" sərgisi dünyanın qabaqcıl şirkətlərini bir araya gətirir, innovativ texnologiyalar üzrə təqdimatlar, strateji əməkdaşlıq və işgüzar görüşlərə ev sahibliyi edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Naxçıvanlı jurnalist yeni baş nazirdən YAZDI:"Nadir yüksək vəzifəli..."
Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasında yeni baş nazir təyin olunub. Prezidentin təqdimatı ilə Naxçıvan MR-nın Ali Məclisinin qərarı ilə Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə gətirilib.Jurnalist Tural Səfərov sosial şəbəkə hesabında qeyd edib ki, bu təyinat uğurlu seçimdir və Naxçıvanın inkişafının sürətlənməsinə xidmət edəcək. O, həmçinin xatırladıb ki, 2025-ci ilin yanvar ayında Naxçıvanın bir neçə ziyalısı ona deyib ki, Cabbar Musayev və indiki səlahiyyətli nümayəndə Ceyhun Cəlilov muxtar respublikada bayram günlərini işləyərək keçirən nadir yüksək vəzifəli şəxslərdən olub.Tural Səfərov vurğulayıb ki, dövlət qulluğunda olmaq məsuliyyət tələb edir və Cabbar Musayevin şəxsiyyətində və xarakterində vətənə sədaqət, məsuliyyət və...
09 Fevral 2026, 13:52
Müdafiə Nazirliyinin “İstirahət ev”nin sabiq rəisinin məhkəməsi başlayıb
Müdafiə Nazirliyinin “İstirahət ev”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.Citypost.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.Məhkəmənin baxış iclası 23 fevrala təyin edilib.Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib....
09 Fevral 2026, 13:44
Bakıya bu TARİXDƏ qar yağacaq
Azərbaycanda fevralın 10-da qar yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8...
09 Fevral 2026, 13:19
Nazir Kamal Abdullanın oğlunu işdən ÇIXARTDI
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib.Citypost.az xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.Əmrə əsasən, Mehdi Kamal oğlu Abdullayev Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini vəzifəsindən öz arzusu ilə azad edilib.Qeyd edək ki, M.Abdullayev bu vəzifəyə 2024-cü ildən təyin edilmişdi. O, daha əvvəl isə Nazirliyin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. 2022-ci ildən Ədliyyə Nazirliyində fəaliyyətə başlayan M.Abdullayev o vaxta qədər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində işləyib.Xatırladaq ki, M.Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın və AMEA-nın...
09 Fevral 2026, 13:11
Axirətin sonuna 34 il qaldı
Nyutonun hesablamalarına görə axirət 2060-cı ilə düşür. CityPost.az xəbər verir ki, onun fərziyyələri dini kitablarda yazılanlara əsaslanır. Nyuton 1704-cü ildə yazdığı bir məktubda deyirdi ki, O, Bibliyada yer alan Daniyelin kitabına əsasən dünyanın axırının nə vaxta düşdüyünü hesablaya bilib. Bu məktub hazırda Yerusəlim Universitetində qorunub saxlanılır. Müasir fizikanın və ali riyaziyyatın əsasını qoyan, tarix boyu dünyanın ən böyük alimlərindən hesab olunan, öz kəskin professionallığı ilə seçilən Nyutonun dini mövzuda belə bir işi böyük maraq doğurmaya bilməzdi. Məktubda Nyuton əminliklə yazırdı ki, Bibliya axirətin 2060-cı ildə olacağınə göstərir. Lakin, xüsusilə qeyd olunmalıdır ki, Nyuton dünyanın sonunun məhz 2060-cı ildə olacağını israrla...
09 Fevral 2026, 13:03
Vətən müharibəsi iştirakçısı vəfat etdi
Vətən müharibəsi iştirakçısı Əli Məmmədzadə vəfat edib.Citypost.az xəbər verir ki, 24 yaşlı qazi səhhətindəki problemlər səbəbindən dünyasını dəyişib.Əslən Lənkərandan olan Ə.Məmmədzadə paytaxtın Suraxanı rayonunda yaşayıb.Yaxınları bildiriblər ki, o, Kəlbəcər istiqamətində xidmət keçib və müharibə dövründən sonra səhhətində ciddi problemlər yaranıb.(Modern.az)
09 Fevral 2026, 12:46