BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 09 Fevral 2026, 15:28
254
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
CityPost.az xəbər verir ki, müraciətdə fevralın 10-dan hava şəraitinin qeyri-sabit keçəcəyi vurğulanıb.
BDYPİ qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlara ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, qopma, sürüşmə ehtimalı olan obyektlərin altında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi tövsiyə edib.
Həmçinin oxuyun
"Qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq, sürücülərdən xüsusilə dağlıq ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməmək, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmaq, sürət həddini meteoroloji şəraitə uyğun seçmək xahiş olunur. Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onları təhlükəsizlik baxımından məsuliyyətli olmağa, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyə çağırırıq", - müraciətdə qeyd olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sahibkarlıq sahəsində yoxlamalar dayandırıldı - İlham Əliyevdən QƏRAR
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.Citypost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.Bundan əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb....
09 Fevral 2026, 16:44
Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı başa çatır.“Qafqazinfo”nun məlumatına görə, həmin müddət irihəcmli cinayət işi üzrə ibtidai istintaq tədbirləri üçün yetərli olmayıb.Əlavə sübutların toplanılmasının zəruriliyi nəzərə alınaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı bu günlərdə məhkəməyə müraciət edəcəyi gözlənilir.Qanunvericiliyə görə, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq müddəti maksimum 19 aydır. Bu cinayət işi üzrə 4 aylıq ilkin müddət isə fevralın 14-ü başa çatır. Yeni təqdimat və vəsatətə Səbail Rayon Məhkəməsində baxılmalıdır.Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər...
09 Fevral 2026, 16:43
FHN gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.Bu barədə CityPost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 10-11-də ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır.Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb:"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi...
09 Fevral 2026, 16:27
Maliyyə Nazirliyi ötən il 466 məhkəmə işinə cavabdeh qismində cəlb olunub
2025-ci ildə Maliyyə Nazirliyi 466 məhkəmə işinə cavabdeh qismində cəlb olunub.CityPost.az bu barədə nazirliyə istinadən xəbər verir.Məlumata görə, bu işlərdən 259-u başa çatıb. Nəticədə 63 milyon manat qənaət edilib.Hesabat dövründə həmçinin nazirlik 27 cinayət işinə zərərcəkmiş şəxs qismində cəlb olunub ki, son nəticədə bunun hesabına 3,4 milyon manatın bərpa olunması nəzərdə tutulur. Bu məhkəmə işlərindən 10-u artıq başa çatıb və 1,2 milyon manat ötən il bərpa edilib....
09 Fevral 2026, 16:22
Ağdaşda məktəbə Xalq şairi Fikrət Qocanın adı verilib
Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib.CityPost.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
09 Fevral 2026, 16:19
Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Xalq artisti Elza İbrahimovanın adı verilib
Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilib.CityPost.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
09 Fevral 2026, 16:11