Efiopiya Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
Cəmiyyət 27 Fevral 2026, 14:24
272
Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.
Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verib.
Həmçinin oxuyun
Efiopiyanın Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçib.
Sonda rəsmi foto çəkdirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"BU, NƏ ÖZBAŞINALIQDIR, NƏ YİYƏSİZLİKDİR?..." - Deputat sərt DANIŞDI
“Səhiyyə nazirinin ya bəsirət gücü yoxdur, ya da..."Səhiyyə naziri çox yumşaq adamdır, həkimlər regionlara getmirlər.CityPost.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.“Səhiyyə naziri Teymur Musayev çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər, ya da əslində göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir. Keçmişdə “balaca padşahlar” ifadəsi var idi, indi “cıqqılı padşahlar” ifadəsi meydana gəlib....
27 Fevral 2026, 15:31
ilk Ay tutulması bu tarixdə olacaq
Martın 3-də ilin ilk Ay tutulması baş verəcək.Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Citypost.az-a verilən məlumata görə, bu, tam Ay tutulması olacaq.Qeyd olunub ki, Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə "qanlı Ay" effekti ilə müşayiət olunur. Bunun səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır.Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.Yarımkölgəli Ay tutulması martın 3-ü saat 12:44:25-də, qismən Ay...
27 Fevral 2026, 15:22
Ədliyyə naziri Qobustan rayonunda vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov 6 mart tarixində Qobustan rayonunda Sumqayıt şəhər, Qobustan, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayon sakinlərini qəbul edəcək.Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 5 mart tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Sumqayıt regional ədliyyə idarəsinə (ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z. Hacıyev küçəsi 64, əlaqə telefonu: +994 12 510 10 01, daxili nömrə: 17610, 17631) müraciət edərək qəbula yazıla bilərlər.Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların...
27 Fevral 2026, 15:09
Səhnədə soyqırımı qurbanları anıldı
Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə növbəti tədbir keçirilib.Citypost.az xəbər verir ki, Müslüm Maqomayevn adına Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilən mərasimdə əvvəlcə 34 il öncə Ermənistanın Xocalı şəhərində həyata keçirdiyi soyqırımı zamanı həyatlarını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra SENSERİTY teatr təşəbbüsünün iştirakı ilə “ANNENFELD oder AUF WIEDERSEHEN MAMA?” adlı tamaşa oynanılıb. Xocalı soyqırımının qurbanlarına həsr olunan tamaşa Əjdər Ulduzun müəllifliyi və rejissorluğu ilə ərsəyə gəlib. Tamaşada sıravi azərbaycanlıların ölkəmizdə məskunlaşan alman icmalarına qarşı xoş və mehriban münasibətindən bəhs edilir. Xalqımızın tarixən mənəvi dəyərlərə, humanizm prinsiplərinə sadiqliyi ön plana çəkilir. Tamaşadan sonra Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev...
27 Fevral 2026, 15:08
MÜRGÜLƏYƏNLƏRİN GÜNAHI - Fazil Mustafa yazır
AMEA-da I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfransa dəvət olunduğum ərəfədə ixtiyarsız olaraq son günlər sosial şəbəkədə tirajlanan alimlərin mürgüləmə səhnəsi ilə bağlı fotoları və bunlar üzərindən ağıllı-cahil kimsələrin fərqli yorumlarını xatırlamış oldum. Əlbəttə, Ramazan orucunun tam olmayan yuxusuzluq ortamında, istərsə də oruc tutmayan insanın günlük yorğunluğu durumunda kiminsə toplantıda əsnəməsi və ya mürgüləməsi sırf insani görüntülər olduğundan bu cür mövzuların üzərində durmağa çalışmasam da, toplumda kütləviləşən yanlış dəyərləndirmənin heç də xoş mənzərə yaratmadığını söyləməyə özümü sorumlu bildim. Dəfələrlə bu mövzu deputatlar üzərindən də manipulyasiya edilərək milli faciə səviyyəsində bir kampaniya aparılmışdı. Əlbəttə, inkişaf etmiş mədəni cəmiyyətlərdə bunun...
27 Fevral 2026, 14:05
Azərbaycanda yeni Şura yaradıldı - İlham Əliyevdən FƏRMAN
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.Fərman Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə imzalanıb.Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:Şuranın sədriAzərbaycan Respublikasının Birinci vitse-prezidentiŞuranın üzvləri:Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiriAzərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiriAzərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisiAzərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziriAzərbaycan Respublikasının...
27 Fevral 2026, 13:46