Bizə yazın

Baku

-°C

USD

-

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Cəmiyyət 27 Fevral 2026, 16:31

215

Milli Məclisin 3 martda keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Citypost.az xəbər verir ki, gündəliyə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi.

2. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

8. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb 

Cəllabad rayon Bayxanlı kənd sakini Abbasov Mehdi Elçin oğlunun Rusiya-Ukrayna  müharibəsində itkin düşdyü barədə məlumat yayılıb.Modern.az xəbər verir ki, məlumatı hərbi bloger Tofiq Şahmuradov yayıb.Bildirilib ki, Abbasov Mehdi Elçin oğlu 2025-ci ilin aprelin 3-də Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada aparılan müharibəyə getmək üçün müqavilə bağlayıb.Ailəsi onunla sonuncu dəfə mayın-5 də əlaqə saxlıyıb və daha sonra əlaqə kəsilib.Məlumata görə, Mehdi Abbasov sonuncu dəfə 15 nəfərlik qrupla döyüşə girib. Onların hamısının itkin düşdüyü qeyd olunur....

27 Fevral 2026, 17:46

Martda hava iqlim normasına yaxın olacaq 

Bu ilin mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 3°dərəcəyədək şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 20-27...

27 Fevral 2026, 17:33

Azərbaycanda 450 min yeni iş yeri açıla bilər 

"Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır. Hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 iş yerinin açılmasına dəstəkləyə bilər".Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsi "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda dinləmədə çıxışı zamanı komitə sədri Musa Quliyev deyib.Onun sözlərinə görə, turizm 50-dən çox sahəni birləşdirir. Onun sözlərinə görə, bu sektor inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir:"Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır. Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir. İctimai asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Amma qiymət,...

27 Fevral 2026, 17:23

Bahar Muradova Salyanda vətəndaşları qəbul edəcək 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova martın 5-i saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az Dövlət Komitəsindən məlumat verilib.Qəbulda Neftçala və Salyan rayon sakinlərinin müraciətlərinə baxılacaq.

27 Fevral 2026, 17:16

İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

Prezident İlham Əliyev "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, sənəd uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədi daşıyır.Sərəncamda qeyd olunub ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur.Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə...

27 Fevral 2026, 17:12

Kəlbəcərdə 58 yaşlı kişinin meyiti tapılıb 

Kəlbəcərdə meyit tapılıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Kəlbəcərin Qılınclı kənd sakini 1968-ci il təvəllüdlü M.Zeynalovun meyiti işlədiyi müəssisədə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.Kəlbəcər Su Melorasiya Sistemləri İstismarı İdarəsində çalışan M.Zeynalovun ürək tutmasından öldüyü bildirilir.Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

27 Fevral 2026, 16:45