Ədliyyə naziri Qobustan rayonunda vətəndaşları qəbul edəcək
Cəmiyyət 27 Fevral 2026, 15:09
181
Ədliyyə naziri Fərid Əhmədov 6 mart tarixində Qobustan rayonunda Sumqayıt şəhər, Qobustan, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayon sakinlərini qəbul edəcək.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 5 mart tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Sumqayıt regional ədliyyə idarəsinə (ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z. Hacıyev küçəsi 64, əlaqə telefonu: +994 12 510 10 01, daxili nömrə: 17610, 17631) müraciət edərək qəbula yazıla bilərlər.
Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Həmçinin oxuyun
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Efiopiyanın Baş naziri “ASAN xidmət”də
Fevralın 27-də Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Azərbaycana rəsmi səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət edib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.Qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat edilib. Azərbaycanın milli brendi olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə...
27 Fevral 2026, 16:10
Şamaxıda hiss edilən zəlzələ olub
Azərbaycanda hiss edilən zəlzələ olub.Bu barədə Citypost.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, zəlzələ Şamaxıda baş verib.Yeraltı təkan yerli vaxtla 15:52 baş verib.12km dərinlikdə baş verən zəlzələ maqnitudası 4,7-dir.
27 Fevral 2026, 16:07
Azərbaycanda Turizm İnkişaf Fondu yaradılacaq
Azərbaycanda Turizm İnkişaf Fondunun yaradılması nəzərdə tutulur."Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.Onun sözlərinə görə, turizm sektoru bir sıra çağırışlarla qarşılaşır: "Geosiyasi risklərin artması və bunun gəlmə turizminə mənfi təsiri fonunda ölkəyə gəlmənin asanlaşdırılması, təklif olunan xidmətlərin keyfiyyətinin artırılması, sahənin iqtisadi alətlərlə təşviq edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətləri müəyyən etmişik. Bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişaf...
27 Fevral 2026, 15:48
"BU, NƏ ÖZBAŞINALIQDIR, NƏ YİYƏSİZLİKDİR?..." - Deputat sərt DANIŞDI
“Səhiyyə nazirinin ya bəsirət gücü yoxdur, ya da..."Səhiyyə naziri çox yumşaq adamdır, həkimlər regionlara getmirlər.CityPost.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.“Səhiyyə naziri Teymur Musayev çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər, ya da əslində göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir. Keçmişdə “balaca padşahlar” ifadəsi var idi, indi “cıqqılı padşahlar” ifadəsi meydana gəlib....
27 Fevral 2026, 15:31
ilk Ay tutulması bu tarixdə olacaq
Martın 3-də ilin ilk Ay tutulması baş verəcək.Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Citypost.az-a verilən məlumata görə, bu, tam Ay tutulması olacaq.Qeyd olunub ki, Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə "qanlı Ay" effekti ilə müşayiət olunur. Bunun səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır.Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.Yarımkölgəli Ay tutulması martın 3-ü saat 12:44:25-də, qismən Ay...
27 Fevral 2026, 15:22
Səhnədə soyqırımı qurbanları anıldı
Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə növbəti tədbir keçirilib.Citypost.az xəbər verir ki, Müslüm Maqomayevn adına Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilən mərasimdə əvvəlcə 34 il öncə Ermənistanın Xocalı şəhərində həyata keçirdiyi soyqırımı zamanı həyatlarını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra SENSERİTY teatr təşəbbüsünün iştirakı ilə “ANNENFELD oder AUF WIEDERSEHEN MAMA?” adlı tamaşa oynanılıb. Xocalı soyqırımının qurbanlarına həsr olunan tamaşa Əjdər Ulduzun müəllifliyi və rejissorluğu ilə ərsəyə gəlib. Tamaşada sıravi azərbaycanlıların ölkəmizdə məskunlaşan alman icmalarına qarşı xoş və mehriban münasibətindən bəhs edilir. Xalqımızın tarixən mənəvi dəyərlərə, humanizm prinsiplərinə sadiqliyi ön plana çəkilir. Tamaşadan sonra Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev...
27 Fevral 2026, 15:08