Bizə yazın

Baku

-°C

USD

-

Səhnədə soyqırımı qurbanları anıldı

Cəmiyyət 27 Fevral 2026, 15:08

639

Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə növbəti tədbir keçirilib.

Citypost.az xəbər verir ki, Müslüm Maqomayevn adına Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilən mərasimdə əvvəlcə 34 il öncə Ermənistanın Xocalı şəhərində həyata keçirdiyi soyqırımı zamanı həyatlarını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Sonra SENSERİTY teatr təşəbbüsünün iştirakı ilə “ANNENFELD oder AUF WIEDERSEHEN MAMA?” adlı tamaşa oynanılıb. Xocalı soyqırımının qurbanlarına həsr olunan tamaşa Əjdər Ulduzun müəllifliyi və rejissorluğu ilə ərsəyə gəlib. 

Tamaşada sıravi azərbaycanlıların ölkəmizdə məskunlaşan alman icmalarına qarşı xoş və mehriban münasibətindən bəhs edilir. Xalqımızın tarixən mənəvi dəyərlərə, humanizm prinsiplərinə sadiqliyi ön plana çəkilir. 

Tamaşadan sonra Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev rəhbərlik etdiyi qurumun yaranma tarixi, missiyası barədə məlumat verib, tamaşanın yaradıcı heyətinə təşəkkürünü bildirib. 

Cəmiyyətin İdarə Heyətinin üzvü, professor Həcər Verdiyeva qurumun xətti ilə keçirilən tədbirlər, hazırladığı nəşrlər barədə danışıb.   

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda Turizm İnkişaf Fondu yaradılacaq 

Azərbaycanda Turizm İnkişaf Fondunun yaradılması nəzərdə tutulur."Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.Onun sözlərinə görə, turizm sektoru bir sıra çağırışlarla qarşılaşır: "Geosiyasi risklərin artması və bunun gəlmə turizminə mənfi təsiri fonunda ölkəyə gəlmənin asanlaşdırılması, təklif olunan xidmətlərin keyfiyyətinin artırılması, sahənin iqtisadi alətlərlə təşviq edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətləri müəyyən etmişik. Bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişaf...

27 Fevral 2026, 15:48

"BU, NƏ ÖZBAŞINALIQDIR, NƏ YİYƏSİZLİKDİR?..." - Deputat sərt DANIŞDI 

“Səhiyyə nazirinin ya bəsirət gücü yoxdur, ya da..."Səhiyyə naziri çox yumşaq adamdır, həkimlər regionlara getmirlər.CityPost.az   apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.“Səhiyyə naziri Teymur Musayev çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər, ya da əslində göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir. Keçmişdə “balaca padşahlar” ifadəsi var idi, indi “cıqqılı padşahlar” ifadəsi meydana gəlib....

27 Fevral 2026, 15:31

ilk Ay tutulması bu tarixdə olacaq 

Martın 3-də ilin ilk Ay tutulması baş verəcək.Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Citypost.az-a verilən məlumata görə, bu, tam Ay tutulması olacaq.Qeyd olunub ki, Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə "qanlı Ay" effekti ilə müşayiət olunur. Bunun səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır.Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.Yarımkölgəli Ay tutulması martın 3-ü saat 12:44:25-də, qismən Ay...

27 Fevral 2026, 15:22

Ədliyyə naziri Qobustan rayonunda vətəndaşları qəbul edəcək 

Ədliyyə naziri Fərid Əhmədov 6 mart tarixində Qobustan rayonunda Sumqayıt şəhər, Qobustan, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayon sakinlərini qəbul edəcək.Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 5 mart tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Sumqayıt regional ədliyyə idarəsinə (ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z. Hacıyev küçəsi 64, əlaqə telefonu: +994 12 510 10 01, daxili nömrə: 17610, 17631) müraciət edərək qəbula yazıla bilərlər.Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların...

27 Fevral 2026, 15:09

Efiopiya Baş nazirinin rəsmi qarşılanma mərasimi olub

Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşılayıblar.Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verib.Efiopiyanın Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçib.Sonda rəsmi foto çəkdirilib....

27 Fevral 2026, 14:24

MÜRGÜLƏYƏNLƏRİN GÜNAHI  - Fazil Mustafa yazır

AMEA-da I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfransa dəvət olunduğum ərəfədə ixtiyarsız olaraq son günlər sosial şəbəkədə tirajlanan alimlərin mürgüləmə səhnəsi ilə bağlı fotoları və bunlar üzərindən ağıllı-cahil kimsələrin fərqli yorumlarını xatırlamış oldum. Əlbəttə, Ramazan orucunun tam olmayan yuxusuzluq ortamında, istərsə də oruc tutmayan insanın günlük yorğunluğu durumunda kiminsə toplantıda əsnəməsi və ya mürgüləməsi sırf insani görüntülər olduğundan bu cür mövzuların üzərində durmağa çalışmasam da, toplumda kütləviləşən yanlış dəyərləndirmənin heç də xoş mənzərə yaratmadığını söyləməyə özümü sorumlu bildim. Dəfələrlə bu mövzu deputatlar üzərindən də manipulyasiya edilərək milli faciə səviyyəsində bir kampaniya aparılmışdı. Əlbəttə, inkişaf etmiş mədəni cəmiyyətlərdə bunun...

27 Fevral 2026, 14:05