BDU tələbələrinin fotolarını yayan bu şəxsdir -Video
Cəmiyyət 27 Fevral 2026, 19:29
288
Tələbələrin fotolarını yaydığı üçün saxlanılan şəxs barəsində cinayət işi başlanılıb.
CityPost.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxsin Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etdiyi barədə müraciətlər daxil olub.
Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və videogörüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.
Saxlanılan şəxs foto və videogörüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Cəbrayılova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Araşdırmalar davam etdirilir.
***
Həmçinin oxuyun
Fəxri Cəbrayılov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanın Dubay şəhərində yeni baş konsulu təyin olunub
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunub.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncamla Kamran Vahid oğlu Məmmədzadə Dubay şəhərində Azərbaycanın baş konsulu təyin edilib.Dövlət başçısının digər Sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Dubay şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.
27 Fevral 2026, 20:30
Prezident Elmar Məmmədovu bu ölkəyə səfir təyin etdi
Elmar Eldar oğlu Məmmədov Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
27 Fevral 2026, 19:24
Alabaşlı-Qızılca dəmir yolu sahəsində təmir işləri yekunlaşmaq üzrədir
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini yekunlaşdırmaq üzrədir.Bu barədə Citypost.az "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.Məlumata görə, 1950-ci illərdə istismara verildiyi vaxtdan bəri ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək.
27 Fevral 2026, 17:53
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb
Cəllabad rayon Bayxanlı kənd sakini Abbasov Mehdi Elçin oğlunun Rusiya-Ukrayna müharibəsində itkin düşdyü barədə məlumat yayılıb.Modern.az xəbər verir ki, məlumatı hərbi bloger Tofiq Şahmuradov yayıb.Bildirilib ki, Abbasov Mehdi Elçin oğlu 2025-ci ilin aprelin 3-də Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada aparılan müharibəyə getmək üçün müqavilə bağlayıb.Ailəsi onunla sonuncu dəfə mayın-5 də əlaqə saxlıyıb və daha sonra əlaqə kəsilib.Məlumata görə, Mehdi Abbasov sonuncu dəfə 15 nəfərlik qrupla döyüşə girib. Onların hamısının itkin düşdüyü qeyd olunur....
27 Fevral 2026, 17:46
Martda hava iqlim normasına yaxın olacaq
Bu ilin mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 3°dərəcəyədək şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 20-27...
27 Fevral 2026, 17:33
Azərbaycanda 450 min yeni iş yeri açıla bilər
"Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır. Hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 iş yerinin açılmasına dəstəkləyə bilər".Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsi "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda dinləmədə çıxışı zamanı komitə sədri Musa Quliyev deyib.Onun sözlərinə görə, turizm 50-dən çox sahəni birləşdirir. Onun sözlərinə görə, bu sektor inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir:"Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır. Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir. İctimai asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Amma qiymət,...
27 Fevral 2026, 17:23