Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda 450 min yeni iş yeri açıla bilər 

Cəmiyyət 27 Fevral 2026, 17:23

35

"Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır. Hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 iş yerinin açılmasına dəstəkləyə bilər".

Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsi "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda dinləmədə çıxışı zamanı komitə sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, turizm 50-dən çox sahəni birləşdirir. Onun sözlərinə görə, bu sektor inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir:

"Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır. Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir. İctimai asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Amma qiymət, xidmət, logistik, tanıtım problemləri həll olunmadan güclü turizm ölkəsinə çevrilmək çətindir".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alabaşlı-Qızılca dəmir yolu sahəsində təmir işləri yekunlaşmaq üzrədir 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işlərini yekunlaşdırmaq üzrədir.Bu barədə Citypost.az "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.Məlumata görə, 1950-ci illərdə istismara verildiyi vaxtdan bəri ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək.

27 Fevral 2026, 17:53

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb 

Cəllabad rayon Bayxanlı kənd sakini Abbasov Mehdi Elçin oğlunun Rusiya-Ukrayna  müharibəsində itkin düşdyü barədə məlumat yayılıb.Modern.az xəbər verir ki, məlumatı hərbi bloger Tofiq Şahmuradov yayıb.Bildirilib ki, Abbasov Mehdi Elçin oğlu 2025-ci ilin aprelin 3-də Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada aparılan müharibəyə getmək üçün müqavilə bağlayıb.Ailəsi onunla sonuncu dəfə mayın-5 də əlaqə saxlıyıb və daha sonra əlaqə kəsilib.Məlumata görə, Mehdi Abbasov sonuncu dəfə 15 nəfərlik qrupla döyüşə girib. Onların hamısının itkin düşdüyü qeyd olunur....

27 Fevral 2026, 17:46

Martda hava iqlim normasına yaxın olacaq 

Bu ilin mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 3°dərəcəyədək şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 20-27...

27 Fevral 2026, 17:33

Bahar Muradova Salyanda vətəndaşları qəbul edəcək 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova martın 5-i saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az Dövlət Komitəsindən məlumat verilib.Qəbulda Neftçala və Salyan rayon sakinlərinin müraciətlərinə baxılacaq.

27 Fevral 2026, 17:16

İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

Prezident İlham Əliyev "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, sənəd uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədi daşıyır.Sərəncamda qeyd olunub ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur.Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə...

27 Fevral 2026, 17:12

Kəlbəcərdə 58 yaşlı kişinin meyiti tapılıb 

Kəlbəcərdə meyit tapılıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Kəlbəcərin Qılınclı kənd sakini 1968-ci il təvəllüdlü M.Zeynalovun meyiti işlədiyi müəssisədə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.Kəlbəcər Su Melorasiya Sistemləri İstismarı İdarəsində çalışan M.Zeynalovun ürək tutmasından öldüyü bildirilir.Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

27 Fevral 2026, 16:45