Bizə yazın

Baku

-°C

USD

-

"BU, NƏ ÖZBAŞINALIQDIR, NƏ YİYƏSİZLİKDİR?..." - Deputat sərt DANIŞDI 

Cəmiyyət 27 Fevral 2026, 15:31

363

“Səhiyyə nazirinin ya bəsirət gücü yoxdur, ya da..."

Səhiyyə naziri çox yumşaq adamdır, həkimlər regionlara getmirlər.

CityPost.az   apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.

“Səhiyyə naziri Teymur Musayev çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər, ya da əslində göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir. Keçmişdə “balaca padşahlar” ifadəsi var idi, indi “cıqqılı padşahlar” ifadəsi meydana gəlib. Məsələn, xəstədir, təcili yardım maşınının hünəri çatmır ki, Bakıya gəlsin. Sən demə, təcili yardımla bağlı bir idarə var, bunun başçısı icazə verməsə, təcili yardım gələ bilməz. Sən kimsən? Niyə sən məxsusi olaraq icazə verməlisən? Bu cıqqılı padşahın ucbatından az qalırdı adam orada ölsün. Bu, nə özbaşınalıqdır, nə yiyəsizlikdir?", – deyə deputat bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kəlbəcərdə 58 yaşlı kişinin meyiti tapılıb 

Kəlbəcərdə meyit tapılıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Kəlbəcərin Qılınclı kənd sakini 1968-ci il təvəllüdlü M.Zeynalovun meyiti işlədiyi müəssisədə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.Kəlbəcər Su Melorasiya Sistemləri İstismarı İdarəsində çalışan M.Zeynalovun ürək tutmasından öldüyü bildirilir.Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

27 Fevral 2026, 16:45

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Milli Məclisin 3 martda keçiriləcək iclasının gündəliyi açıqlanıb.Citypost.az xəbər verir ki, gündəliyə aşağıdakı məsələlər daxil edilib:1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi.2. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan...

27 Fevral 2026, 16:31

Efiopiyanın Baş naziri “ASAN xidmət”də 

Fevralın 27-də Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Azərbaycana rəsmi səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət edib.Citypost.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.Qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat edilib. Azərbaycanın milli brendi olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə...

27 Fevral 2026, 16:10

Şamaxıda hiss edilən zəlzələ olub 

Azərbaycanda hiss edilən zəlzələ olub.Bu barədə Citypost.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, zəlzələ Şamaxıda baş verib.Yeraltı təkan yerli vaxtla 15:52 baş verib.12km dərinlikdə baş verən zəlzələ maqnitudası 4,7-dir.

27 Fevral 2026, 16:07

Azərbaycanda Turizm İnkişaf Fondu yaradılacaq 

Azərbaycanda Turizm İnkişaf Fondunun yaradılması nəzərdə tutulur."Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.Onun sözlərinə görə, turizm sektoru bir sıra çağırışlarla qarşılaşır: "Geosiyasi risklərin artması və bunun gəlmə turizminə mənfi təsiri fonunda ölkəyə gəlmənin asanlaşdırılması, təklif olunan xidmətlərin keyfiyyətinin artırılması, sahənin iqtisadi alətlərlə təşviq edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətləri müəyyən etmişik. Bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişaf...

27 Fevral 2026, 15:48

ilk Ay tutulması bu tarixdə olacaq 

Martın 3-də ilin ilk Ay tutulması baş verəcək.Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Citypost.az-a verilən məlumata görə, bu, tam Ay tutulması olacaq.Qeyd olunub ki, Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə "qanlı Ay" effekti ilə müşayiət olunur. Bunun səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır.Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.Yarımkölgəli Ay tutulması martın 3-ü saat 12:44:25-də, qismən Ay...

27 Fevral 2026, 15:22