Bizə yazın

Baku

-°C

USD

-

14 bələdiyyəyə qarşı cinayət işi açılıb 

Cəmiyyət 09 Fevral 2026, 14:03

213

Müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb.

Citypost.az-ın məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik  məruzəsi zamanı bildirilib.

Araşdırmalara əsasən:

Abşeron rayonu Fatmayı bələdiyyəsinin fəaliyyəti araşdırılıb və bələdiyyənin vəzifəli şəxsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində bələdiyyənin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb;

Qusar rayonu Quxuroba bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması və bilərəkdən saxta sənədlərdən istifadə edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb;

Saatlı rayonu Sarıcalı bələdiyyəsinin sədri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb;

Biləsuvar rayonu keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə qərarlar tərtib edilməsi, yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;

Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin vəzifəli şəxsi tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb;

Tovuz rayonu Böyük Qışlaq bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyənin adından saxta qərarlar tərtib edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma – passiv rüşvətxorluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və s.

Həmçinin Tərtər rayonu Sarov, Qaradağlı, Yuxarı Qapanlı, Bəyimsarov, Abşeron rayonu Qobu, Qusar rayonu Urva, Samur, Gədəbəy rayonu keçmiş Novosaratovka və s. bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. (Modern.az)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Deputat: Minimum əməkhaqqının dövri artırılması bütün dərəcələrə şamil oluna bilər 

Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq.CityPost.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Əmək Məcəlləsinə" təklif edilən və artıq parlamentdə birinci oxunuşda qəbul olunan dəyişiklikləri şərh edərkən deyib.Onun sözlərinə görə, sənədə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq:"Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunacağı deməkdir. Eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay...

09 Fevral 2026, 15:17

İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi 

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.Qeyd edək ki, Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının yeni baş naziri təyin edilib.

09 Fevral 2026, 14:51

Qızlarını məktəbə yazdıran mollanı öldürdülər  

Bakı milyonçusu H.Z.Tağıyevin XIX əsrin sonlarında Bakıda qızlar üçün məktəb açmaq fikri bəzi dairələrdə çox tərəddüdlə qarşılandı. H.Z.Tağıyev hətta məktəbin fəaliyyətə başlaması üçün icazə almaqdan ötrü İmperatriça Alexandra Fyodorovnaya müraciət etməli olmuşdur. Məsələnin dini tərəfini isə H.Z.Tağıyev mübahisə ilə deyil, sübutlar əsasında həll etməyə qərar verdi. O, bir  neçə nəfəri Məkkəyə, Mədinəyə, Kərbəlaya və Tehrana göndərdi. Oralardan toplanan sənədlərdə açıq şəkildə yazırdı ki, İslam qızların dünyavi təhsil almasını və ya hər hansı peşə öyrənməsini heç də qadağan etmir. Məktəbin binasının tikilməsi üçün qərar verildikdən sonra layihə polyak memarı İosif Qaslavskiyə həvalə edildi. Tarixi mənbələrdə qeyd edilir ki, bu bina öz sadələyi,...

09 Fevral 2026, 14:10

Naxçıvanlı jurnalist yeni baş nazirdən YAZDI:"Nadir yüksək vəzifəli..."

Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasında yeni baş nazir təyin olunub. Prezidentin təqdimatı ilə Naxçıvan MR-nın Ali Məclisinin qərarı  ilə Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə gətirilib.Jurnalist Tural Səfərov sosial şəbəkə hesabında qeyd edib ki, bu təyinat uğurlu seçimdir və Naxçıvanın inkişafının sürətlənməsinə xidmət edəcək. O, həmçinin xatırladıb ki, 2025-ci ilin yanvar ayında Naxçıvanın bir neçə ziyalısı ona deyib ki, Cabbar Musayev və indiki səlahiyyətli nümayəndə Ceyhun Cəlilov muxtar respublikada bayram günlərini işləyərək keçirən nadir yüksək vəzifəli şəxslərdən olub.Tural Səfərov vurğulayıb ki, dövlət qulluğunda olmaq məsuliyyət tələb edir və Cabbar Musayevin şəxsiyyətində və xarakterində vətənə sədaqət, məsuliyyət və...

09 Fevral 2026, 13:52

Müdafiə Nazirliyinin “İstirahət ev”nin sabiq rəisinin məhkəməsi başlayıb 

Müdafiə Nazirliyinin “İstirahət ev”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.Citypost.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.Məhkəmənin baxış iclası 23 fevrala təyin edilib.Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib....

09 Fevral 2026, 13:44

Bakıya bu TARİXDƏ qar yağacaq 

Azərbaycanda fevralın 10-da qar yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8...

09 Fevral 2026, 13:19