Azər Həsrət: Saxta hesablara və təhqirlərə dözmək lazımdır
Müsahibələr 09 Fevral 2026, 14:21
6568
Cəmiyyətin önündə olan və ictimai rəy formalaşdıran insanlar üçün tənqid və narazılıq qaçılmazdır.
Əməkdar jurnalist Azər Həsrət Citypost.az-a verdiyi açıqlamada bu vəziyyətlə bağlı şəxsi yanaşmasını və sosial mediada qarşılaşdığı təhqir və hədə hallarını şərh edib.
Azər Həsrət bildirib ki, ictimai rəy formalaşdıran şəxslər hər kəs tərəfindən sevilməyə borclu deyil: “Təbii ki, narazılar olacaq. Amma bu narazılıqlar həmişə ədəb çərçivəsində ifadə edilməlidir.”
Jurnalist qeyd edib ki, dəstək də kifayət qədərdir: “Minlərlə, bəzən yüz minlərlə insan paylaşımlarımı bəyənir, fikirlərimi yayır, dəstəyini bildirir. Xaricdən də belə dəstək görürük. Amma bəzən saxta və gizli hesablardan təhqir və hədə göndərən şəxslər də olur. Bəzən onları tapıb üzr istəməyə məcbur etmək mümkün olub.”
Azər Həsrət sosial mediada saxta hesabların yaratdığı problemlərə də toxunub: “Mən illər öncə demişdim ki, sosial mediada qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olmalıdır. Bu, saxta hesablarla təhqir, böhtan və hədə göndərilməsinin qarşısını alardı. Hələlik Azərbaycanda tətbiq olunmur, amma vaxt-vaxt belə halları ictimailəşdirmək və müvafiq dövlət qurumlarına təqdim etmək mümkündür. Bu, cəmiyyətdə çəkindirici rol oynayır.”
Jurnalist əlavə edib ki, xaricdəki anonim təhqirlərə qarşı isə bloklama və əngəlləmə üsullarından istifadə edir: “Belə hesabları dərhal bloklayıram ki, qarşıma çıxmasın. Səviyyəsiz adamlara baş qoşmağa vaxtım və həvəsim yoxdur. Amma kompleks tədbirlər, cəzalandırma və ictimailəşdirmə mümkündür ki, cəmiyyətdə məsuliyyət anlayışı güclənsin.”
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
Azərbaycanın bölgələrində milli estrada musiqisinin formalaşmasına töhfə verən musiqi kollektivlərdən biri də İmişlidə fəaliyyət göstərən “Şəms” ansamblı olub. 1980-ci illərdən etibarən dinləyicilərin rəğbətini qazanan ansambl təkcə ifaları ilə deyil, həm də milli ruhu müasir estrada üslubu ilə birləşdirən yaradıcılığı ilə seçilib. Kollektivin bədii rəhbəri, bəstəkar-müğənni Şakir Quliyev uzun illər ərzində çoxsaylı mahnıların müəllifi olub, bəstələri tanınmış ifaçılar tərəfindən səsləndirilib, mahnılarından biri isə Rusiyanın "Mosfilm" kinostudiyasının istehsalı olan "Trio" filmində istifadə olunub. İstedadlı bəstəkar Şakir Quliyevlə söhbətimizdə "Şəms" ansamblının yaranma tarixindən, yaradıcılıq yolundan, uğurlarından və bu günə qədər davam edən sənət fəaliyyətindən danışdıq. Həmin müsahibəni oxuculara təqdim edirik. - Şakir müəllim, istərdik...
14 İyul 2026, 20:47
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana...
08 İyul 2026, 13:02
Dələduzluq edən altı nəfər saxlanıldı
Azərbaycanda dələduzluq edən altı nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Məlumata görə, polis əməkdaşlarının iyulun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
08 İyul 2026, 09:05
İlham Qəhrəman AYB-ni rüsvay etdi
İlham Qəhrəman: "Məhkəmə AYB-nin iddiasını haqlı saymadı, nə üzr istədim, nə də təzminat ödədim" - Müsahibə Kulis.az Ülvi Bahadırın şair İlham Qəhrəmanla müsahibəsini təqdim edir.– İlham bəy, Laçın azad olunandan sonra ora getmisiniz?– Laçın azad olunandan təxminən iki il sonra – 2022-ci ilin aprelində getdim. O vaxt getmək çox çətin idi. Qubadlı tərəfdən gedəndə Laçının ilk kəndi Güləbirddi. Sarı Aşığın qəbri də həmin kənddədir. Orada “Laçın” sözü yazılmış banner vardı. Maşından düşüb bannerə sarıldım, kövrəldim, özümü saxlaya bilmədim. Vaxtilə yazdığım “Laçın” şeirinin ilk bəndini xatırladım:"Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur"Bəlkə, əynindəki mundirinə görə onunla xoş danışdılar?" -...
26 May 2026, 10:51
Qaya uçqunu İsmayıllı–Lahıc yolunda hərəkəti dayandırıb
İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır....
16 May 2026, 09:04
Qalib İbrahimoğlu: “MEDİA mətbuatın inkişafında mühüm rol oynayır”
Müasir informasiya cəmiyyətində media artıq yalnız xəbərin çatdırılması funksiyası ilə məhdudlaşmır, o həm də ictimai şüurun formalaşmasında, dövlətlə vətəndaş arasında etibarlı informasiya mübadiləsinin təmin olunmasında mühüm strateji institut kimi çıxış edir. Qlobal rəqəmsallaşma proseslərinin sürətləndiyi bir dövrdə medianın rolu daha da genişlənir, onun operativliyi, peşəkarlığı və texnoloji imkanlara uyğunlaşması əsas prioritetlərdən birinə çevrilir.Bu baxımdan Azərbaycanda medianın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti xüsusi əhəmiyyət daşıyır. Medianın İnkişafı Agentliyi tərəfindən icra olunan dəstək mexanizmləri media subyektlərinin institusional güclənməsinə, onların maddi-texniki bazasının təkmilləşdirilməsinə və peşəkar jurnalistika standartlarının yüksəldilməsinə xidmət edir. Bu yanaşma xüsusilə onlayn medianın inkişafında yeni mərhələnin formalaşmasına şərait yaradır.Agentlik tərəfindən...
12 May 2026, 15:51