Marian çökəkliyi barədə qandonduran faktlar
Maraqlı 09 Fevral 2026, 13:17
320
Yer kürəsinin ən dərin nöqtəsi Sakit okeanın qərbində yerləşən Marian çökəkliyidir. Dərinliyi 10999 metr təxminən 11 km bərabərdir. Orta məktəb kitablarından hamıya tanışdır ki, dünyanın ən uca zirvəsi Everest, ən dərin nöqtəsi isə Marian çökəkliyidir.
Sirlərlə dolu Marian çökəkliyinin ən sonuncu dib nöqtəsində kimlər və nələr yaşayır... Hələ ötən əsrin ortalarında başlayaraq Marian çökəkliyinin sirrini açmaq, onu daha dərindən öyrənmək və tədqiq etmək üçün işlərə başlanıldı. Marian çökəkliyi bir növ mahiyyət etibarı ilə V şəkilli yarığı xatırladır. Çökəkliyin eni 1500 km bərabərdir. Uzun illər belə bir təsəvvür var idi ki, çökəklikdə həyat əlaməti yoxdur. Lakin müasir texnologiya və elm inkişaf etdikcə okeanın ən dərin nöqtəsi tədqiq edilməyə başladı. Marian çökəkliyinə ilk elmi ekspedisiya Sovet İttifaqı tərəfindən həyata keçirildi. 1958-ci ildə Vityaz gəmisi Marian çökəkliyi haqda mövcud olan bütün təsəvvürləri dəyişib alt-üst etdi. Okeanın 7000 metr dərinliyinə baş vuran Sovet alimləri burada həyat əlaməti aşkar etdilər. Sən demə orada bakteriyalar, molyuska və onurğasız canlılardan savayı, elmə məlum olmayan əcaib, nəhəng məxluqlar da yaşayırmış.
1960-cı ildə Marian çökəkliyinin dərinliklərində nələr baş verdiyini bilmək məqsədilə NASA tərəfindən hazırlanmış Tiresk adlı Vatiskav bu sirli yerin 10915 metr dərinliyinə endi. Ekspedisiyaya isveçli Jak Pikar rəhbərlik edirdi. 20 dəqiqə ərzində çökəkliyin dibində olan alimlər sensasiyaya səbəb olacaq kəşfə imza atdılar. Məlumdur ki,Marian çökəkliyinin ən dərin nöqtəsində həyat əlaməti var. Bu kəşf elm dünyasında bomba effekti yaratdı. Bu dərinlikdə yüksək təzyiq var idi. 1 sm2-a 3000 ton təzyiq... Bu təzyiqdə hətta dəmir belə əriyir. Qəribədir, belə bir şəraitdə canlılar necə yaşayır?
Lakin o hələ məsələnin bəlkə də ən yumşaq tərəfidir. İllər sonra üzə çıxan yeni faktlarla dolu materiallar qandondurucudur. Jak Pikar ekspedisiyasının bir neçə il sonra gizli qalan video materialında bir görüntü diqqət çəkdi. Tədqiqat vaxtı Bakislav böyük diskə bənzər işıq saçan kürə ilə qarşılaşdı. Bakislavı dəqiqlərlə izləyən həmin naməlum obyekt daha sonra gözdən itdi. Bu naməlum obyektin kim və ya nə olması barədə hələ də dəqiq məlumat yoxdur. İllər keçsə də, bu olay Marian çökəkliyinin ən dərin sirri olaraq qalmaqdadır.
1985-ci ildə Marin çökəkliyinə növbəti ekspedisiya yola düşdü. Bu vaxt ərzində lövbər salan Qlomar Çeller adlı tədqiqat gəmisinin əməkdaşları dərinlikdən gələn qəribə səslərdən heyrətə düşdülər. Sanki kimsə mişarla dəmir kəsirdi... Kamera isə Vakislav ətrafında qorxunc və qeyri-adi kölgələr qeydə alıb. Bunu görüb dərhal Bakislavı suyun üzərinə qaldırdılar. Yoxlama zamanı aydın oldu ki, ona quraşdırılan dörd kameradan üçü sıradan çıxıb. Bakislavı qaldıran tros burazlar isə yarıya kimi kəsilib. 10950 metr dərinlikdə bunu kim edə bilərdi? Bu müəmma bir müddət açılmamış sirr olaraq qalır. Hadisəni ört-basdır etməyə çalışan ekspedisiya rəsmiləri Bakislavın zədələnməsinə səbəb kimi okeanın dibində dağ massivi ilə toqquşmağı göstərdilər. Lakin hamıya məlum idi ki, ekspedisiya həyata keçirilən ərazi düzənlikdir və dağ massivi ilə toqquşma ehtimalı radarlara düşməli idi. Radarlarda isə heç bir dağ əlaməti qeydə alınmamışdır. Ekspedisiya əməkdaşları dərinlikdən gələn vahiməli səsin onları qorxuya saldığını bəyan etdilər. Bir müddət sonra ekspedisiyanın nəticələrini sistematik halda təhlil edən bioloqlar inanılmaz versiya irəli sürdülər. Troslar və platformanı yalnız canlı Meqalodon zədələyə bilərdi.
Meqalodon müasir akulaların ulu əcdadı sayılır. Onun orta çəkisi 50 ton, uzunluğu isə 22 metrə bərabərdir. Meqalodonların milyon il əvvəl nəslinin kəsilməsi bildirilirdi. Sən demə Meqalodonların nəsli kəsilməyibmiş. Bu nəhəng canlı Marian çökəkliyinin ən dərin yerlərində özünə yurd yeri seçib. Bu iddianın əsassız olmadığı bir neçə ildən sonra öz təsdiqini tapdı. Ərazidə axtarış aparan alimlər nəhəng canlıya məxsus diş tapdılar. Aparılan laborotor analizlər tapılan dişin milyon il əvvəl məhv olmuş Meqalodona məxsus olduğu nəticəsinə gəldilər.
Sonralar da Marian çökəkliyinin sirlərini öyrənmək üçün müxtəlif cəhdlərə baş vuruldu. Batiskavla müxtəlif problemlərlə üzləşir, əksər hallarda onların dərinliklərə enməsinə hansısa naməlum güclər tərəfindən maneələr törədilirdi. Bununla belə Marian çökəkliyində aşkar tapıntılar tədqiqatçıları heyrətə salmışdı. Ağzı olmayan metr yarım uzunluğunda qurdlar, səkkiz ayaqlı ilbizlər, nəhəng dəniz ulduzları sözün əsl mənasında insanı vahiməyə salırdı.
2012-ci ilin yayında pilotsuz Pikan adlı dərinlik aparatı Elmi-Tədqiqat gəmisində Marian çökəkliyində tədqiqat aparmaq üçün dənizin dərinliyinə buraxıldı. Məqsəd 10000 metr dərinlikdə video-foto çəkilişlər aparmaq idi. Çökəkliyin lap dibində ekspedisiya qrupunun kameraları onlarla işıq saçan obyekt qeydə aldı. Kameraların ətrafında təxminən 50-dən artıq uçan naməlum obyektləri xatırladan əşyalar bərq vuraraq dolaşmaqda idi. Ehtimallara görə dənizin dərinliklərində naməlum ağıllı varlıqlar yaşayırlar. Bu varlıqlar kimlərdir? Bəs onlar nə üçün dənizin dərinliklərini özlərinə yaşayış yeri seçiblər? Hələ ki bu suallara doğru cavab tapmaq mümkün deyil... Digər tərəfdən də bu canlıların dənizdə əmələ gəldiklərini nəzərə alsaq, bizdən daha qədim olan varlıqların qədim sivilizasiyaların dənizin dərinliyini seçdikləri qənaətinə gələ bilərik. Bütün bunlara baxmayaraq Marian çökəkliyinin sirrini nə vaxt açılacağını söyləmək isə olduqca çətindir. Ola bilər ki, Marian çökəkliyinin tədqiqi zamanı dünyanı heyrətləndirəcək və əsl sensasiyaya səbəb olacaq yeni varlıqlar aşkar edilsin. Hələlik isə Marian çökəkliyi öz müəmmalarla dolu sirlərini gizlətməkdə davam edir.
Müşərrəfxanım.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Saç uzanmasını sürətləndirmək üçün peeling şərtdir
Mütəxəssislər bildirirlər ki, saç tökülməsi, kepek problemi və yavaş uzanma kimi məsələlər əksər hallarda saç köklərinin kifayət qədər “nəfəs ala” bilməməsi ilə bağlıdır. Sadəcə şampun istifadəsi saçın təmizlənməsi üçün yetərli deyil.Citypost.az-ın məlumatına görə gündəlik həyatımızda istifadə olunan quru şampunlar, saç spreyləri və bulanıq sular saç dərisində görünməyən, lakin sərt bir təbəqə yaradır. Bu yığıntılar yeni saç tellərinin çıxışını çətinləşdirir və köklərin qidalanmasını əngəlləyir. Nəticədə, dərinin tıxanması saçın incəlməsinə, matlaşmasına və tökülmə sürətinin artmasına səbəb olur.Problemin həlli üçün mütəxəssislər həftədə bir dəfə, ya duşdan əvvəl, ya da duş zamanı “Baş Dərisi Peelingi” tətbiqini tövsiyə edir. Hazır satılan mikro taneli məhsullarla və...
09 Fevral 2026, 13:39
Qidalanma ilə gələn sakitlik: Stressi azaldan qidalar açıqlanıb
Son illərdə aparılan tədqiqatlar göstərir ki, stress və narahatlıq yalnız psixoloji amillərlə bağlı deyil, düzgün qidalanma da ruh halına ciddi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bəzi qidalar sinir sistemini dəstəkləyərək stress hormonlarının balanslaşdırılmasına kömək edir.Citypost.az stressi azaltmağa kömək edən qidaları TƏQDİM EDİR.Quru meyvələr və çərəzlər (qoz, badam, fındıq)Mütəxəssislər deyir ki, magnezium və sağlam yağlarla zəngin quru meyvələr sinir sisteminin balanslaşdırılmasına dəstək verir. Mütəmadi və ölçülü şəkildə istehlak edildikdə narahatlıq hissinin azalmasına kömək edə bilər.Yoğurt və kefirBağırsaq-beyin əlaqəsi vasitəsilə ruh halına təsir edən probiotiklər stressin idarə olunmasında vacib rol oynayır. Fermentləşdirilmiş süd məhsulları, serotonin istehsalını dəstəkləyən sağlam bağırsaq florasını gücləndirir.Tam taxıllar...
09 Fevral 2026, 13:32
Serialları ard-arda izləmək asılılığa çevrilə bilər
Sevimli serialı birnəfəsə izləmək bir çoxları üçün dincəlmə üsulu kimi görünsə də, yeni araşdırmalar bu vərdişin bəzi hallarda təkliyə bağlı psixoloji asılılığa çevrilə biləcəyini göstərir.Citypost.az-ın məlumatına görə, psixoloqların fikrincə, serialları uzun müddət və ardıcıl izləmək təkcə istirahət vərdişi deyil, bəzən insanın daxili boşluğunu doldurmaq cəhdi kimi də ortaya çıxır. Son araşdırmalar göstərir ki, bu cür davranış xüsusilə özünü tənha hiss edən insanlarda daha tez-tez müşahidə olunur.Mütəxəssislər bildirir ki, təkliyini kompensasiya etmək istəyən insanlar serial personajları ilə emosional bağ qurmağa meylli olur. Bu isə zamanla televiziya qarşısında daha çox vaxt keçirməyə, gündəlik məsuliyyətlərin arxa plana keçməsinə səbəb ola bilir.Aparılan sorğulara əsasən,...
09 Fevral 2026, 10:56
Xızır və İlyasın görüş günü: Xızır Nəbi bayramının sirli ənənələri
Xızır Nəbi bayramı, başqa adı ilə Xıdırəlləz, xalq arasında Xızır və İlyas peyğəmbərin dünyada görüşünü xatırladan ənənəvi bayramdır. Bu bayram Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionlarında geniş şəkildə qeyd edilir. Qeyd edilən əksər regionlarda bayram 5-6 may tarixlərinə təsadüf etsə də, Azərbaycan mühitində bu ənənə fevral ayında keçirilir.Citypost.az-ın məlumatına görə, bayram Azərbaycanda demək olar ki, bütün bölgələrdə cüzi fərqlərlə qeyd olunur. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və digər təbii proseslərlə bağlıdır. Tədqiqatçılar Xızırı “suyun, küləyin və havanın himayəçisi” kimi təqdim edirlər.Bu bayram türk xalqları arasında da geniş yayılıb. Daha çox Xıdırelləz və...
09 Fevral 2026, 09:00
Sirlərlə dolu Peyğəmbər mağarası
Qobustan rayonunun Nərimanabad ərazisində yerləşən xalq arasında Peyğəmbər mağarası kimi tanınan mağaralar əsirlərin sirlərini özündə yaşadır. Zəngi çayının sol sahilində yerləşən bu unikal məkan üç ayrı-ayrı bölmədən ibarətdir: Peyğəmbər mağarası, Qaranlıq mağara və Qoşa mağara. Əhəng daşı qatlarında oyulan bu mağaraların kimlər tərəfindən nə zaman və hansı məqsədlə yaradıldığı barədə bir neçə fərqli fikir mövcuddur.Araşdırmalara görə qayaların üzərində Tunc dövrünə aid çanaq işarələri tapılıb. Bu da özlüyündə mağaraların çox qədim yaşayış məskəni ola biləcəyini göstərir. Digər ehtimala görə mağaralar müdafiə istehkamı kimi istifadə olunur. İnsanların təhlükəli anlarda buraya sığındıqlarını guman etmək olar. Ən geniş yayılmış fərziyəyə görə isə mağaralar orta əsrlərdə...
06 Fevral 2026, 15:58
Rəqəmsal bazarda artım sürətlənir
Azərbaycanda mobil oyun və tətbiq sektoru son illərdə sürətlə inkişaf edir. Citypost.az xəbər verir ki, ekspertlərin fikrincə, bu artımın əsas səbəbləri texnologiyaya marağın yüksəlməsi, gənclərin rəqəmsal həllərə yönəlməsi və onlayn ödəniş sistemlərinin geniş yayılmasıdır.Mütəxəssislər bildirir ki, xüsusilə gənclər arasında mobil oyunlardan və müxtəlif tətbiqlərdən gündəlik həyatın idarə olunmasında istifadəsi əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda artıq bir sıra startaplar və tətbiq inkişaf etdirən şirkətlər beynəlxalq bazara çıxış üçün layihələr üzərində işləyirlər.İqtisadiyyat və texnologiya sahəsi üzrə ekspertlər qeyd edir ki, mobil texnologiyalar ölkədə yeni iş yerlərinin açılmasına və rəqəmsal iqtisadiyyatın inkişafına təkan verir. Onların sözlərinə görə, sektor həm gənclər üçün karyera imkanları yaradır,...
06 Fevral 2026, 12:04