Naxçıvanlı jurnalist yeni baş nazirdən YAZDI:"Nadir yüksək vəzifəli..."
Cəmiyyət 09 Fevral 2026, 13:52
210
Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasında yeni baş nazir təyin olunub. Prezidentin təqdimatı ilə Naxçıvan MR-nın Ali Məclisinin qərarı ilə Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə gətirilib.
Jurnalist Tural Səfərov sosial şəbəkə hesabında qeyd edib ki, bu təyinat uğurlu seçimdir və Naxçıvanın inkişafının sürətlənməsinə xidmət edəcək. O, həmçinin xatırladıb ki, 2025-ci ilin yanvar ayında Naxçıvanın bir neçə ziyalısı ona deyib ki, Cabbar Musayev və indiki səlahiyyətli nümayəndə Ceyhun Cəlilov muxtar respublikada bayram günlərini işləyərək keçirən nadir yüksək vəzifəli şəxslərdən olub.
Tural Səfərov vurğulayıb ki, dövlət qulluğunda olmaq məsuliyyət tələb edir və Cabbar Musayevin şəxsiyyətində və xarakterində vətənə sədaqət, məsuliyyət və doğulduğu yerə bağlılıq kimi xüsusiyyətlər birləşib. O həmçinin qeyd edib ki, Cabbar Musayevin ulu babası Kalba Musanın Naxçıvan şəhərində qazdırdığı çeşmədən insanlar 100 ildən artıq istifadə edir və indi onun nəslindən olan biri müasir Naxçıvanın qurulmasında iştirak edəcək.
Həmçinin oxuyun
Səfərovun sözlərinə görə, Azərbaycan Prezidentinin bu seçimi muxtar respublika əhalisinin dəstəyi ilə qarşılanıb və insanlar bu təyinata görə dövlət başçısına minnətdardır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Deputat: Minimum əməkhaqqının dövri artırılması bütün dərəcələrə şamil oluna bilər
Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Əmək Məcəlləsinə" təklif edilən və artıq parlamentdə birinci oxunuşda qəbul olunan dəyişiklikləri şərh edərkən deyib.Onun sözlərinə görə, sənədə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq:"Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunacağı deməkdir. Eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay...
09 Fevral 2026, 15:17
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.Qeyd edək ki, Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının yeni baş naziri təyin edilib.
09 Fevral 2026, 14:51
Qızlarını məktəbə yazdıran mollanı öldürdülər
Bakı milyonçusu H.Z.Tağıyevin XIX əsrin sonlarında Bakıda qızlar üçün məktəb açmaq fikri bəzi dairələrdə çox tərəddüdlə qarşılandı. H.Z.Tağıyev hətta məktəbin fəaliyyətə başlaması üçün icazə almaqdan ötrü İmperatriça Alexandra Fyodorovnaya müraciət etməli olmuşdur. Məsələnin dini tərəfini isə H.Z.Tağıyev mübahisə ilə deyil, sübutlar əsasında həll etməyə qərar verdi. O, bir neçə nəfəri Məkkəyə, Mədinəyə, Kərbəlaya və Tehrana göndərdi. Oralardan toplanan sənədlərdə açıq şəkildə yazırdı ki, İslam qızların dünyavi təhsil almasını və ya hər hansı peşə öyrənməsini heç də qadağan etmir. Məktəbin binasının tikilməsi üçün qərar verildikdən sonra layihə polyak memarı İosif Qaslavskiyə həvalə edildi. Tarixi mənbələrdə qeyd edilir ki, bu bina öz sadələyi,...
09 Fevral 2026, 14:10
14 bələdiyyəyə qarşı cinayət işi açılıb
Müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb.Citypost.az-ın məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi zamanı bildirilib.Araşdırmalara əsasən:Abşeron rayonu Fatmayı bələdiyyəsinin fəaliyyəti araşdırılıb və bələdiyyənin vəzifəli şəxsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində bələdiyyənin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə...
09 Fevral 2026, 14:03
Müdafiə Nazirliyinin “İstirahət ev”nin sabiq rəisinin məhkəməsi başlayıb
Müdafiə Nazirliyinin “İstirahət ev”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.Citypost.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.Məhkəmənin baxış iclası 23 fevrala təyin edilib.Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib....
09 Fevral 2026, 13:44
Bakıya bu TARİXDƏ qar yağacaq
Azərbaycanda fevralın 10-da qar yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8...
09 Fevral 2026, 13:19