Bizə yazın

Baku

-°C

USD

-

Saç uzanmasını sürətləndirmək üçün peeling şərtdir

Maraqlı 09 Fevral 2026, 13:39

170

Mütəxəssislər bildirirlər ki, saç tökülməsi, kepek problemi və yavaş uzanma kimi məsələlər əksər hallarda saç köklərinin kifayət qədər “nəfəs ala” bilməməsi ilə bağlıdır. Sadəcə şampun istifadəsi saçın təmizlənməsi üçün yetərli deyil.

Citypost.az-ın məlumatına görə gündəlik həyatımızda istifadə olunan quru şampunlar, saç spreyləri və bulanıq  sular saç dərisində görünməyən, lakin sərt bir təbəqə yaradır. Bu yığıntılar yeni saç tellərinin çıxışını çətinləşdirir və köklərin qidalanmasını əngəlləyir. Nəticədə, dərinin tıxanması saçın incəlməsinə, matlaşmasına və tökülmə sürətinin artmasına səbəb olur.

Problemin həlli üçün mütəxəssislər həftədə bir dəfə, ya duşdan əvvəl, ya da duş zamanı “Baş Dərisi Peelingi” tətbiqini tövsiyə edir. Hazır satılan mikro taneli məhsullarla və ya evdə hazırlanan təbii qarışıqlarla edilən yumşaq masaj qan dövranını sürətləndirir. Artan qan axını saç köklərinə daha çox oksigen və qida daşıyaraq saçın uzanma sürətini təxminən 20% artırır.

Peeling zamanı diqqət yetirilməli məqamlar da var: tırnaqlardan istifadə edilməməli, yalnız barmaq ucları ilə dairəvi hərəkətlər tətbiq olunmalıdır. Sərt ovuclar saç dərisini cızaraq infeksiyaya açıq hala gətirə bilər. Mütəxəssislər yağlı saç tipinə sahib olanların həftədə bir dəfə, quru və həssas saç dərisinə malik şəxslərin isə hər 15 gündə bir dəfə peeling etməsini tövsiyə edirlər. Bu üsul saçın həcmini artırmaq və yağlanma müddətini gecikdirmək baxımından əhəmiyyətlidir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qidalanma ilə gələn sakitlik: Stressi azaldan qidalar açıqlanıb  

Son illərdə aparılan tədqiqatlar göstərir ki, stress və narahatlıq yalnız psixoloji amillərlə bağlı deyil, düzgün qidalanma da ruh halına ciddi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bəzi qidalar sinir sistemini dəstəkləyərək stress hormonlarının balanslaşdırılmasına kömək edir.Citypost.az stressi azaltmağa kömək edən qidaları TƏQDİM EDİR.Quru meyvələr və çərəzlər (qoz, badam, fındıq)Mütəxəssislər deyir ki, magnezium və sağlam yağlarla zəngin quru meyvələr sinir sisteminin balanslaşdırılmasına dəstək verir. Mütəmadi və ölçülü şəkildə istehlak edildikdə narahatlıq hissinin azalmasına kömək edə bilər.Yoğurt və kefirBağırsaq-beyin əlaqəsi vasitəsilə ruh halına təsir edən probiotiklər stressin idarə olunmasında vacib rol oynayır. Fermentləşdirilmiş süd məhsulları, serotonin istehsalını dəstəkləyən sağlam bağırsaq florasını gücləndirir.Tam taxıllar...

09 Fevral 2026, 13:32

Marian çökəkliyi barədə qandonduran faktlar  

Yer kürəsinin ən dərin nöqtəsi Sakit okeanın qərbində yerləşən Marian çökəkliyidir. Dərinliyi 10999 metr təxminən 11 km bərabərdir. Orta məktəb kitablarından hamıya tanışdır ki, dünyanın ən uca zirvəsi Everest, ən dərin nöqtəsi isə Marian çökəkliyidir. Sirlərlə dolu Marian çökəkliyinin ən sonuncu dib nöqtəsində kimlər və nələr yaşayır... Hələ ötən əsrin ortalarında başlayaraq Marian çökəkliyinin sirrini açmaq, onu daha dərindən öyrənmək və tədqiq etmək üçün işlərə başlanıldı. Marian çökəkliyi bir növ mahiyyət etibarı ilə V şəkilli yarığı xatırladır. Çökəkliyin eni 1500 km bərabərdir. Uzun illər belə bir təsəvvür var idi ki, çökəklikdə həyat əlaməti yoxdur. Lakin müasir texnologiya və elm inkişaf etdikcə...

09 Fevral 2026, 13:17

Serialları ard-arda izləmək asılılığa çevrilə bilər  

Sevimli serialı birnəfəsə izləmək bir çoxları üçün dincəlmə üsulu kimi görünsə də, yeni araşdırmalar bu vərdişin bəzi hallarda təkliyə bağlı psixoloji asılılığa çevrilə biləcəyini göstərir.Citypost.az-ın məlumatına görə, psixoloqların fikrincə, serialları uzun müddət və ardıcıl izləmək təkcə istirahət vərdişi deyil, bəzən insanın daxili boşluğunu doldurmaq cəhdi kimi də ortaya çıxır. Son araşdırmalar göstərir ki, bu cür davranış xüsusilə özünü tənha hiss edən insanlarda daha tez-tez müşahidə olunur.Mütəxəssislər bildirir ki, təkliyini kompensasiya etmək istəyən insanlar serial personajları ilə emosional bağ qurmağa meylli olur. Bu isə zamanla televiziya qarşısında daha çox vaxt keçirməyə, gündəlik məsuliyyətlərin arxa plana keçməsinə səbəb ola bilir.Aparılan sorğulara əsasən,...

09 Fevral 2026, 10:56

Xızır və İlyasın görüş günü: Xızır Nəbi bayramının sirli ənənələri

Xızır Nəbi bayramı, başqa adı ilə Xıdırəlləz, xalq arasında Xızır və İlyas peyğəmbərin dünyada görüşünü xatırladan ənənəvi bayramdır. Bu bayram Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionlarında geniş şəkildə qeyd edilir. Qeyd edilən əksər regionlarda bayram 5-6 may tarixlərinə təsadüf etsə də, Azərbaycan mühitində bu ənənə fevral ayında keçirilir.Citypost.az-ın məlumatına görə, bayram Azərbaycanda demək olar ki, bütün bölgələrdə cüzi fərqlərlə qeyd olunur. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və digər təbii proseslərlə bağlıdır. Tədqiqatçılar Xızırı “suyun, küləyin və havanın himayəçisi” kimi təqdim edirlər.Bu bayram türk xalqları arasında da geniş yayılıb. Daha çox Xıdırelləz və...

09 Fevral 2026, 09:00

Sirlərlə dolu Peyğəmbər mağarası  

Qobustan rayonunun Nərimanabad ərazisində yerləşən xalq arasında Peyğəmbər mağarası kimi tanınan mağaralar əsirlərin sirlərini özündə yaşadır. Zəngi çayının sol sahilində yerləşən bu unikal məkan üç ayrı-ayrı bölmədən ibarətdir: Peyğəmbər mağarası, Qaranlıq mağara və Qoşa mağara. Əhəng daşı qatlarında oyulan bu mağaraların kimlər tərəfindən nə zaman və hansı məqsədlə yaradıldığı barədə bir neçə fərqli fikir mövcuddur.Araşdırmalara görə qayaların üzərində Tunc dövrünə aid çanaq işarələri tapılıb. Bu da özlüyündə mağaraların çox qədim yaşayış məskəni ola biləcəyini göstərir. Digər ehtimala görə mağaralar müdafiə istehkamı kimi istifadə olunur. İnsanların təhlükəli anlarda buraya sığındıqlarını guman etmək olar. Ən geniş yayılmış fərziyəyə görə isə mağaralar orta əsrlərdə...

06 Fevral 2026, 15:58

Rəqəmsal bazarda artım sürətlənir

Azərbaycanda mobil oyun və tətbiq sektoru son illərdə sürətlə inkişaf edir. Citypost.az xəbər verir ki, ekspertlərin fikrincə, bu artımın əsas səbəbləri texnologiyaya marağın yüksəlməsi, gənclərin rəqəmsal həllərə yönəlməsi və onlayn ödəniş sistemlərinin geniş yayılmasıdır.Mütəxəssislər bildirir ki, xüsusilə gənclər arasında mobil oyunlardan və müxtəlif tətbiqlərdən gündəlik həyatın idarə olunmasında istifadəsi əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda artıq bir sıra startaplar və tətbiq inkişaf etdirən şirkətlər beynəlxalq bazara çıxış üçün layihələr üzərində işləyirlər.İqtisadiyyat və texnologiya sahəsi üzrə ekspertlər qeyd edir ki, mobil texnologiyalar ölkədə yeni iş yerlərinin açılmasına və rəqəmsal iqtisadiyyatın inkişafına təkan verir. Onların sözlərinə görə, sektor həm gənclər üçün karyera imkanları yaradır,...

06 Fevral 2026, 12:04