Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Cəmiyyət 16 Aprel 2026, 17:50
402
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid R.M. təqsirləndirilən Gündüz Abbasovu tanıdığını bildirib. O deyib ki, Gündüz Abbasova 45 min dollar verib. Onun sözlərinə görə, həmin vəsaitdən ona da pul çatmalı imiş.
Dövlət ittihamçısı bildirib ki, şahidin ifadəsində bəzi ziddiyyətlər var.
İş üzrə zərərçəkmiş kimi tanınan Dövlət İmtahan Mərkəzinin nümayəndəsi vəsatət qaldırıb. O bildirib ki, iş üzrə ibtidai istintaqda dindirilən bir qrup şəxs məhkəməyə gəlməyib. DİM nümayəndəsi məhkəmədən xahiş edib ki, həmin şəxslər də məhkəməyə dəvət olunsun və dindirilsin.
Hakim vəsatətə növbəti prosesdə baxılacağını vurğulayıb.
Proses aprelin 30-da davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
Həmçinin oxuyun
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.
Xatırladaq ki, Kamran Əsədov yanvarın 23 də keçirilən məhkəmə prosesinin gedişində həbs olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib
Bu ilin yanvar-mart aylarında Azərbaycanda bir istehlakçı orta hesabla ayda 662,1 manat və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,8 manat çox vəsait xərcləyib.CityPost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,4 milyard manat təşkil edib.Bu göstərici 2025- ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə 4,6 faiz artıb.Ümumi dəyərin 78,1 faizini pərakəndə ticarət dövriyyəsi, 18,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci...
16 Aprel 2026, 18:12
Allahşükür Paşazadə Türkiyədə məktəblərə silahlı hücumlarla əlaqədar başsağlığı verib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.A.Paşazadənin Türkiyə Diyanət İşləri Başkanı Safi Arpaquşa ünvanladığı məktubda son günlərdə Şanlıurfa və Kahramanmaraşda müəllim və şagirdlərə qarşı törədilmiş qətl hadisələrinə diqqət çəkilib. QMİ sədri hadisələrin Azərbaycan xalqının və şəxsinin kədərinə səbəb olduğunu vurğulayıb:"Ümid edirəm ki, qardaş Türkiyədə mövcud olan əmin-amanlığa xələl gətirən bu kimi hadisələr bir daha təkrarlanmayacaq.Kədərinizi sizinlə bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına öz adımdan, Qafqaz və Azərbaycan müsəlmanları adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfalar diləyirəm".Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı...
16 Aprel 2026, 17:35
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası təşkil ediləcək.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi məlumat yayıb.Aktiv məşğulluq tədbiri aprelin 22-də saat 11:00-da Cəbrayıl şəhəri, M.Mehdizadə adına tam orta məktəbdə keçiriləcək.Tədbirdə işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, aqronom, nəqliyyat üzrə mütəxəssis, mexanik, elektrik montyoru, mühəndis, operator, qaynaqçı, avtokar sürücüsü, fəhlə, usta və s. peşə istiqamətləri üzrə 100-ə yaxın vakansiya təqdim ediləcək.Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir....
16 Aprel 2026, 17:21
“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.Bildirilib ki, İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı, millət vəkilləri Fazil Mustafa və Hikmət Babaoğlu, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, təhsil müəssisəsinin pedaqoji kollektivi, şəhid ailələri, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.Bildirilib ki, qonaqlar əvvəlcə təhsil ocağının foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə...
16 Aprel 2026, 17:05
Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin edilib
Naxçıvan Muxtar Respublikası (MR) iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.Qurumun mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata əsasən, bu vəzifəyə Müslüm Əli oğlu Cabbarzadə təyin edilib.Qeyd edək ki, M.Cabbarzadə bundan əvvəl muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, rəis vəzifələrini icra edib.
16 Aprel 2026, 17:00
AAYDA: Bibiheybət yolunda bərpa işləri yekunlaşdırılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.Bu barədə Citypost.az-a qurumdan bildirilib.Məlumata görə, ərazidə mümkün əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik tədbirləri də paralel şəkildə həyata keçirilib.Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb. "İnşaat Norma və Qaydaları"na uyğun olaraq yeni torpaq yatağı və yol əsası inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni asfalt örtüyü döşənib. Bununla yanaşı, ərazi boyunca səth sularının effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri görülüb.Əraziyə cəlb olunmuş işçi qüvvəsi və xüsusi texnikaların fasiləsiz və operativ fəaliyyəti nəticəsində təxirəsalınmaz...
16 Aprel 2026, 16:43