Bizə yazın

Baku

-°C

USD

-

Ağalıda torpaqların əkin məqsədli istifadəsi üçün sonuncu müraciət qəbuluna başlanılıb 

Cəmiyyət 12 Fevral 2026, 11:57

204

Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə sonuncu müraciətlərin qəbuluna başlanılıb.

CityPost.az xəbər verir ki, Ağalı kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi martın 13-ü günün sonunadək davam edəcək.

Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur

Ağalı kəndinə köçən sakinlər aşağıdakı qaydada torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Ağalı” seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq Ağalı kənd sakini olduğunu (faktiki yaşayış yerinin Ağalı olduğunu) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması, və ərazilərin yerində tanıdılması 2026-cı ilin Aprel ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə MƏLUMAT YAYDI 

Xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.Dövlət Təhlükəsiziyi Xidmətindən Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq  4 iyul 2012-ci ildə...

12 Fevral 2026, 12:59

Sabah Azərbaycanda 18 dərəcə isti olacaq 

Sabah Azərbaycanda hava necə olacaq?Fevralın 13-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta,...

12 Fevral 2026, 12:39

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI  

"Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği artıq tam şəkildə işçiyə ödəniləcək".CityPost.az  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdirinin müavini Emil Əliyev DOST TV-nin efirində çıxışı zamanı deyib.O bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği hesablandıqda əvvəl tam şəkildə işçiyə ödənilmirdi:"Çünki burada sığorta stajı tələbi var idi. 8 il sığorta stajı olanda 60 faiz, 8 ildən 12 ilə qədər olduqda 80 faiz, 12 ildən yuxarı və müəyyən kateqoriyaya aid olan şəxslərə 100 faiz miqdarında ödənilirdi.Yeni dəyişikliyə əsasən, sığorta stajı və yaxud hər hansı statusdan asılı olmayaraq, müavinətin məbləği...

12 Fevral 2026, 12:32

Pensiya kapitalı nə qədər artırıldı?  

"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilib".CityPost.az  xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.Pensiya kapitalı nə qədər artırıldı?V.Bayramov qeyd edib ki, yalnız əmək pensiyalarında deyil, həmçinin pensiya kapitalında da artım həyata keçirilib:"Sərəncama uyğun olaraq, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir, vətəndaşlarımızın 2026-cı il yanvarın 1-nə olan pensiya kapitalları 5.6...

12 Fevral 2026, 12:10

Ardıcıl 3 gün iş olmayacaq 

Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq.CityPost.az  xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən növbəti gün - 9 mart da qeyri-iş günü hesab olunacaq.Beləliklə, 7 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar ölkədə 3 gün ardıcıl qeyri-iş günü olacaq.metbuat

12 Fevral 2026, 11:23

Qulu Məhərrəmlidən Azər Qasımlıya DƏSTƏK

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Citypost.az xəbər verir ki, məhkəmə prosesindən sonra BDU-nun professoru Qulu Məhərrəmli sosial şəbəkə hesabında paylaşım edərək ittiham tərəfinin tələbini ədalətsiz adlandırıb. O bildirib ki, ağır cinayətə dair yetərli sübutlar olmadığı halda Azər Qasımlı kimi intellektual və vətənpərvər bir şəxsə 13 il həbs cəzasının istənilməsi qəbuledilməzdir.Məlumat üçün bildirək ki, Azər Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə ittiham olunur.Əli...

12 Fevral 2026, 10:36