Pensiyalar 2 ayın artımı ilə birgə bu tarixdə veriləcək
Cəmiyyət 11 Fevral 2026, 14:45
189
Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.
Həmçinin oxuyun
Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.
Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rəna Məmmədova vəzifəsindən azad olundu
Tovuz Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi vəzifəsindən azad olunub.Bu, icra hakimiyyəti strukturlarında edilmiş dəyişikliklərlə bağlı olub.İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və onun yerinə Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi yaradılıb. Nəticədə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Rəna Balakişi qızı Məmmədova vəzifəsini itirib. R.Məmmədova yeni işlə təmin edilmədiyi üçün başçının sərəncamına götürülüb.İcra başçısının əmri ilə Rəhman Yaşar oğlu Zeynalov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsində məsləhətçi vəzifəsinə təyin olunub. (Oxu.az)...
11 Fevral 2026, 15:53
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyubmuş
Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-u davam etdirilib. O, son söz çıxışında saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib, dahi şairimiz Məhəmməd Füzulinin şeirini oxuyub.CityPost.az-ın “Unikal”a istinadən məlumatına görə, sözügedən şeir Məhəmməd Füzulinin “Padişahi-mülk” qitəsidir.Qitəni rus dilinə Vladimir Luqovski tərcümə edib. Vardanyan da bunu rus dilində səsləndirib.Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilir....
11 Fevral 2026, 15:31
DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edilib
Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, hökm dəyişdirilməyib.Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mirədalət Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Mirədalət Talışxanov DTX tərəfindən saxlanılıb.Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur. (APA)...
11 Fevral 2026, 14:18
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olunub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.FHN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.Görülmüş operativ tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub....
11 Fevral 2026, 14:16
Şöbə müdiri işdən azad olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) şöbə müdiri vəzifəsindən azad olunub.Citypost.az-ın məlumatına görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.Əmrə əsasən, Agentliyinin İnsan Resursları Departamentinin İstedadların idarəolunması şöbəsinin müdiri Sevinc Yusubova vəzifəsindən azad edilib.Onun yerinə hələlik təyinat yoxdur. (İqtisadiyyat.az)
11 Fevral 2026, 13:51
Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.BŞİH-dən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.Eldar Əzizov görüş zamanı qeyd edib ki, bu gün Azərbaycanla BƏƏ arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir....
11 Fevral 2026, 13:37