Saqqız udmaq təhlükəlidirmi?
Tibb 12 Fevral 2026, 10:15
325
Əvvəllər saqqız tropik bölgələrdə yetişən manilkara (manika) zapota ağacının şirəsindən hazırlanırdı. Elastik quruluş əldə etmək üçün tərkibinə parafin mumu əlavə olunurdu. Zamanla istehsal prosesi dəyişdi və saqqız sintetik kauçuk əsaslı materiallardan hazırlanmağa başladı. Bu isə ona müxtəlif dad və rənglərin verilməsini daha asanlaşdırdı.
CityPost.az xəbər verir ki, müasir saqqızın tərkibi bir neçə komponentdən ibarətdir: əsas baza kimi lateks və ya sintetik kauçuk, eləcə də, sorbit, dadlandırıcılar, yumşaldıcılar və digər qatqılar istifadə olunur.
Bu maddələrin əksəriyyəti kimyəvi mənşəlidir. Mütəxəssislərin fikrincə, tərkib elementləri həddindən artıq və ya nəzarətsiz istifadə edildikdə bəzi insanlarda həzm sistemi ilə bağlı narahatlıqlara səbəb ola bilər.
Həmçinin oxuyun
Həkimlər bildirirlər ki, saqqız udulduqda mədə və bağırsaqlarda həzm olunmur, lakin bu, onun mədədə ilişib qalması demək deyil. Adətən, saqqız həzm sistemi boyunca hərəkət edərək təbii yolla orqanizmdən xaric olur. Bununla belə, qısa müddətdə bir neçə ədəd saqqızın udulması nadir hallarda bağırsaq keçməzliyi riskini artıra bilər.
Mütəxəssislər saqqızı çeynədikdən sonra udmamağı tövsiyə edirlər. Onun təsadüfən tənəffüs yollarına düşməsi boğulma təhlükəsi yarada, həmçinin bəzi hallarda həzm və tənəffüs sistemi ilə bağlı fəsadlara səbəb ola bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Genetik testlər: Xəstəliklərin qarşısını almağın yeni yolu
Son illərdə genetik araşdırmalar tibbin ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilib. Genetik testlər, insanın genetik məlumatını analiz edərək potensial xəstəlik risklərini müəyyən etmək və vaxtında profilaktik tədbirlər görmək imkanı verir. Bu texnologiya həm fərdi sağlamlıq planlamasında, həm də cəmiyyət səviyyəsində xəstəliklərin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.Citypost.az-ın məlumatına görə, genetik testlər sayəsində ürək-damar xəstəlikləri, bəzi xərçəng növləri, diabet və nadir irsi xəstəliklər barədə məlumat əldə etmək mümkündür. Mütəxəssislər bildirirlər ki, risk faktoru yüksək olan şəxslər üçün erkən profilaktik tədbirlər həyat keyfiyyətini və uzunömürlülüyü xeyli yaxşılaşdıra bilər. Məsələn, müəyyən genetik mutasiyaları daşıyan insanlar həyat tərzini dəyişə, xüsusi diet və idman proqramına...
11 Fevral 2026, 13:00
Bişmiş fıstıq allergiyanı azalda bilər
Yeni tədqiqatlar göstərir ki, az miqdarda bişmiş fıstıq istehlakı uşaq və yeniyetmələrdə fıstıq allergiyasını yüngülləşdirə və bəzən tamamilə aradan qaldıra bilər. Alimlər qeyd edirlər ki, yüksək temperatur allergenlərin strukturunu dəyişdirərək immun reaktivliyini azalda bilər.Citypost.az-ın məlumatına görə tədqiqatda 6–18 yaş arasında fıstıq allergiyası olan 70 uşaq iştirak edib. Onlara əvvəlcə 12 həftə boyunca bişmiş fıstıq verilib, sonra 20 həftə ərzində iki saat bişmiş, daha sonra isə 20 həftə qızardılmış fıstıq verilib.Nəticələr göstərdi ki, iştirakçıların 80%-i artıq fıstığa həssas deyildi. Trial bitdikdən altı ay sonra izlənilən 45 uşağın 43-ü hələ də fıstığı müntəzəm istehlak edirdi.Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu metod hələ təkmilləşdirilməyə...
11 Fevral 2026, 12:38
Lənkəranda 34 yaşlı qadın üçəm dünyaya gətirib
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 34 yaşlı hamilə üçəm dünyaya gətirib.Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.Qeyd olunub ki, 1992-ci il təvəllüdlü pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub. Körpələrin çəkiləri müvafiq olaraq 2, 2.1 və 2.0 kq, boyları isə 40, 41 və 42 sm olub. Onlardan ikisi oğlan, biri qızdır.Bildirilib ki, hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.Məlumatda həmçinin vurğulanıb ki, 34 yaşlı qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib....
10 Fevral 2026, 14:46
Evdən çıxmaqdan qorxu: Aqorafobi Nədir?
Aqorafobi, insanların tanıdıqları və təhlükəsiz hesab etdikləri mühitlərdən ayrılmaqdan çəkinməsinə səbəb olan ciddi bir narahatlıq pozuntusudur. Ağır hallarda şəxslər günlərlə, hətta illərlə evdən çıxmaqdan yayınırlar.Citypost.az-ın məlumatına görə, ən çox rastlanan simptomlar: sıralarda gözləməkdən qorxu, kalabalıq və qapalı məkanlardan qaçma, toplu nəqliyyatdan çəkinmə, yüksək ürək döyüntüsü, titrəmə və nəfəs darlığı.Risk faktorları arasında panik atak keçirmiş şəxslər, narahat təbiətli insanlar, ailədə agorafobiya tarixi və travma keçirmiş şəxslər var.Müalicədə bilişsel davranışçı terapiya, maruz qalmaya əsaslanan terapiya, antidepresant dərmanlar və nəfəs-geyişmə texnikaları tətbiq olunur. Sağlam həyat tərzi, fiziki məşqlər və mərhələli üzləşmə metodları simptomları yüngülləşdirə bilər.Ekspertlər bildirir ki, agorafobiyanın müalicəsi həkim nəzarəti altında aparılmalıdır,...
10 Fevral 2026, 13:12
Havanın çirkliliyi kişilərdə sonsuzluq riskini artırır
Uzunmüddətli hava çirkliliyi kişilərdə, yol səs-küyü isə qadınlarda sonsuzluq riskini yüksəldə bilər. Yeni tədqiqat nəticələrinə görə, havadakı kiçik zərərli hissəciklər (PM2.5) ilə uzun müddət təmasda olan kişilərdə reproduktiv problemlərin inkişaf ehtimalı artır.Araşdırma 30-45 yaş arası, Danimarkada yaşayan və iki uşağı olmayan 526 min kişi və 378 min qadın arasında aparılıb. Bu qrupda iştirakçılar hamilə qalmağa cəhd edənlərdən ibarət idi. 1995-2017-ci illər arasında iştirakçıların yaşadıqları ünvanlarda PM2.5 səviyyəsi ölçülüb, eyni zamanda milli xəstəlik qeydiyyatına əsasən sonsuzluq diaqnozları qeydə alınıb.Nəticələr göstərib ki, PM2.5 səviyyəsi orta hesabla 2,9 mikroqram/m³ daha yüksək olan kişilər arasında sonsuzluq riski 24% artıb. Qadınlarda isə hava çirkliliyi ilə...
10 Fevral 2026, 12:42
Soyuqdəymədən necə sağalmaq olar?: 5 MƏSLƏHƏT
Qış mövsümündə soyuqdəymə hallarının artması adi haldır. Yorğunluq, burun axıntısı, asqırma, öskürək və burun tutulması bu dövrdə ən çox rast gəlinən şikayətlər sırasındadır. Qeyd olunur ki, son mövsümlərdə bu hallar əvvəlki illərlə müqayisədə daha erkən başlayıb.Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, soyuqdəymənin spesifik müalicəsi olmasa da, düzgün gündəlik vərdişlər simptomları yüngülləşdirə və bərpa prosesini sürətləndirə bilər.Maye qəbulu xüsusi əhəmiyyət daşıyırEkspertlərin sözlərinə görə, kifayət qədər maye qəbul etmək bədənin ümumi müqavimətini qorumağa kömək edir. Xüsusilə ilıq və isti içkilər seliyi durulaşdırır, burun tutulmasını azaldır və boğazdakı qıcıqlanmanı sakitləşdirir. Bal, limon və zəncəfil əlavə olunmuş su, eləcə də şorbalar bu baxımdan daha...
09 Fevral 2026, 10:59