Bizə yazın

Baku

-°C

USD

-

Orta aylıq əmək haqqı 9,3% artdı 

Cəmiyyət 11 Fevral 2026, 17:30

1376

2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil edib.

Citypost.az  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Qeyd edilib ki, 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1808,0 min nəfər olmuş, onlardan 865,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AYNA: "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir 

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir.Citypost.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, "Astara" gömrük postunda 83, "Mazımqara" gömrük postunda 2, "Samur" gömrük postunda 235 yük maşını var.Eyni zamanda, "Xanoba" gömrük postunda gözləyən avtomobillərin sayı isə 10-dur.Məlumata görə, hazırda "Biləsuvar" gömrük postunda gözləyən avtomobil yoxdur....

15 Aprel 2026, 15:27

Polkovnik Azər Paşayevə hökm oxunub 

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.aza xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən şəxs altı min manat məbləğində cərimə edilib. İttiham tərəfi Azər Paşayevin tutduğu vəzifədən kənarlaşdırılmasını istəməyib.Qeyd edək ki, Azər Paşayevə Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai və məhkəmə istintaql zamanı onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.Azər Paşayevin adı Müdafiə Nazirliyinin “İstirahət evi”nin sabiq rəisi İlham Haqverdiyevin cinayət işində keçib. Belə ki,...

15 Aprel 2026, 15:20

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib 

Çin Xalq Respublikasının Şanxay şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) idarəetmə orqanı olan İcraiyyə Komitəsinin 61-ci iclası öz fəaliyyətinə başlayıb.Bu barədə Citypost.az xəbər verir ki,Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Çin Xalq Respublikasında işgüzar səfərdə olan Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də İcraiyyə Komitəsinin iclasında iştirak edib.Məlumat üçün bildirilməlidir ki, dünyanın müxtəlif regionlarını əhatə edən 170-dən artıq ölkəni təmsil edən 350 mindən artıq prokuroru bir araya gətirən Assosiasiya dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatıdır.Assosiasiya ilə ölkəmizin prokurorluq orqanları arasında kökləri uzun illərə dayanan, geniş və faydalı əməkdaşlıq əlaqələri formalaşıb, təsis edildiyi gündən Azərbaycan Prokurorluğu qurumun fəaliyyətinə...

15 Aprel 2026, 15:13

Pərviz Şahbazov BP-nin regional prezidenti ilə görüşdü

Azərbaycan və BP şirkəti arasında neft-qaz hasilatı potensialının inkişafı müzakirə edilib."Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.Müzakirələr nazirin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə görüşündə baş tutub.P. Şahbazov görüşdə həmçinin elektrikləşmə və 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan günəş elektrik stansiyası da daxil olmaqla əməkdaşlığın prioritetləri ətrafında fikir mübadiləsinin aparıldığını bildirib....

15 Aprel 2026, 15:09

WUF13-lə bağlı poçt markaları buraxılacaq

"Azərpoçt" MMC Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) münasibəti ilə poçt markalarının buraxılmasını planlaşdırır."Report"un əldə etdiyi məlumata görə, markalar artıq hazırdır.Onlar gələn ay dövriyyəyə təqdim ediləcək.

15 Aprel 2026, 14:48

Mərkəzi Bank 3 şirkəti cərimələyib 

Mərkəzi Bank “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC-ni inzibati məsuliyyətə cəlb edib.Citypost.az-a bu barədə AMB-dən məlumat verib.Belə ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “A+CO” ASC, “DİADEM” ASC və “Ekolizinq” MMC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq hər biri 2000 manat məbləğində cərimə edilib....

15 Aprel 2026, 14:41