Amaliya Pənahovanın 80 illik yubileyi qeyd olunub
Cəmiyyət 13 Fevral 2026, 15:17
555
Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kino və teatr aktrisası Amaliya Pənahovanın 80 illik yubileyi qeyd olunub.
CityPost.az xəbər verir ki,yubiley tədbiri Azərbaycan Dövlət Film Fondunda baş tutub.
Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.
Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, A.Pənahovanın kino və dublyaj fəaliyyəti haqqında geniş məlumat verdi, görkəmli kino xadimlərinin aktrisa haqqında xatirələrini bölüşdü. Sonra çıxış edən Xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Xalidə Quliyeva, Firəngiz Mütəllimova, Əməkdar artistlər Suğra Bağırzadə, Firdovsi Atakişiyev, Hüsniyyə Mürvətova görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər.
Aktrisanın ailə üzvləri adından qızı Aynur Muxtarova çıxış edərək, tədbirin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Dövlət Film Fonduna təşəkkürünü bildirdi.
Həmçinin oxuyun
Tədbirdə Xalq artisti Amaliya Pənahovanın yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş etdirildi.
Fuad Əkbər
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Birinci kurs tələbəsi vəfat etdi
Naxçıvan Dövlət Universitetinin tələbəsi Elif Sadiqli vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.E.Sadiqli universitetin Ekologiya mühəndisliyi ixtisasının birinci kurs tələbəsi olub.Onun uzun müddət davam edən xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir. (Modern.az)
13 Fevral 2026, 16:36
General Ayaz Həsənova qarşı iddia üzrə məhkəmə başlayıb
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb.APA xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq üçün vasitəçilərlə əlaqə saxlayıb: “Ev alqı-satqısı ilə bağlı saytlara baxdım. Novxanıda bir ev çıxdı, əlaqə saxladım. Görüşdük, evə baxmağa getdik. Biz evə çatanda işıq söndü, evə telefon fənərinin işığında baxdıq. Həyətdəki hovuza, yay mətbəxinə, quyuya da baxdıq. Həyətdəki tikililər...
13 Fevral 2026, 16:29
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N.Həbibzadə saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.Bildirilib ki, baxış zamanı həmin şəxsdən 172 ədəd ovlanması qadağan edilən müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb.Faktla bağlı araşdırma aparılır.
13 Fevral 2026, 16:24
YAP-ın növbəti qurultayının vaxtı AÇIQLANDI
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı gələn ay keçiriləcək. Bu barədə Citypost.az-a Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından məlumat verilib. Bildirilib ki, qurultay hakim partiyanın Nizamnaməsinə uyğun keçiriləcək. Bu, Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı olacaq.Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci ilin martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildə bir keçirilir.
13 Fevral 2026, 16:15
Ata Abdullayev azadlığa buraxılıb
Həbsdə olan bloger Ata Abdullayev azadlığa buraxılıb.Citypost.az xəbər verir ki, bununla bağlı Xəzər rayon Məhkəməsi qərar verib.Ata Abdullayev vaxtından öncə azadlığa buraxılmaq üçün Xəzər rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin bu gün çıxardığı qərara əsasən, o, vaxtından əvvəl şərti azadlığa buraxılıb.Xatırladaq ki, Ata Abdullayev 2021-ci ilin mart ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.Qeyd edək ki, Ata Abdullayevin azadlığa buraxılması ilə bağlı ilkin xəbəri bakues.az saytı yayıb....
13 Fevral 2026, 16:13
Suriyada terroru maliyyələşdirmədə təqsirləndirilən şəxslərə hökm oxunub
Suriyada terroru maliyyələşdirmədə təqsirləndirilən Əbdülsaməd Atayev və Elnur Rəfiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.Hökmə əsasən Əbdülsaməd Atayev və Elnur Rəfiyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilib.Qeyd edək ki, Əbdülsaməd Atayev və Elnur Rəfiyev DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar və onlara AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə yekun ittiham irəli sürülüb....
13 Fevral 2026, 15:42