Şair İlham Qəhrəman yazıçı Anara qalib gəldi – Nə təkzib, nə üzr...
Cəmiyyət 17 Fevral 2026, 16:58
283
Azərbaycan Yazıçılar Birliyi məhkəmədə şair İlham Qəhrəmana uduzub.
Bu barədə Musavat.com-a İlham Qəhrəman məlumat verib.
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə görüşündə qərar elan edilib:
“Məlum oldu ki, AYB Nizamnaməsinə görə, Birlik hər hansı bir üzvünü, o cümlədən sədri hüquqi cəhətdən müdafiə etmək hüququna malik deyil. Bundan sonra hakim mənə müraciət edərək dedi ki, nə təzminat ödəməliyəm, nə üzr istəməliyəm, nə də ki, təkzib verməliyəm. Beləliklə, Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv edildi və mən qalib gəldim.
Onu da qeyd edim ki, imkanım olmadığı üçün hər iki məhkəmədə vəkilsiz iştirak etmişəm. Hesab edirəm ki, 1 ilə qədər çəkən bu məhkəmələrdə mənə irslərini topladığım Sarı Aşığın, Aşıq Alının, Eldar Baxışın və “Laçın folkloru”nu söyləyənlərin ruhları kömək oldu.
Həmçinin oxuyun
Hər iki məhkəmədə “əgər Yazıçılar Birliyinin cəmiyyətdə nüfuzu varsa, mən də bir şair kimi yaradıcılığımla və sələflərin irsini toplamaqla ona öz töhfəmi vermişəm” deyirdim. Bakı Apellyasiya Məhkəməsinin hakimlərinə işə peşəkar və ədalətli yanaşdıqları üçün təşəkkür edirəm”.
Qeyd edək ki, ötən il oktyabrın 1-də baş tutan Sabunçu Rayon Məhkəməsinin qərarı ilə AYB-nin iddiası qismən təmin olunmuşdu. Qərara əsasən, İlham Qəhrəman 500 manat məbləğində təzminat ödəməli, yazının dərc olunduğu saytda təkzib və üzr dərc edilməli, material isə saytdan silinməli idi.
Şair “Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, şərəf və ləyaqətini alçaldan yazı” ittihamı ilə məhkəməyə verilmişdi. İlham Qəhrəman bu qərardan narazı qaldığı üçün Apellyasiya Məhkəməsinə şikayət etmişdi.
Xatırladaq ki, ötən il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən ayrıldığını və qurumun mənzil təminatı ilə bağlı proseslərdə haqsızlığa məruz qaldığını açıqlamışdı. Məqalədə səsləndirilən iddialarla bağlı AYB və qurumun sədri, Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdi.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zəngəzur dəhlizi Azərbaycana nə qədər gəlir gətirəcək?
"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən“Açıq dəhliz siyasəti: Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində və eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” telekanalına müsahibəsində Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP), o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi vurğulanıb".Citypost.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan Prezidenti panel müzakirələrində çıxışı zamanı dəhlizin Qərb ilə Şərq ilə yanaşı, Cənubi Qafqazda yerləşən ölkələrə də fayda verəcəyini bildirib:"Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region dövlətlərinin iqtisadi inkişafına dəstək olacaq. Bir tərəfdən güclənən Mərkəzi Asiya və iqtisadi artımlı Çin, digər tərəfdən isə istehlak mallarına tələbi artan Avropa dəhliz vasitəsi...
17 Fevral 2026, 17:45
FHN: İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi sürətlə davam etdirilir
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir.Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub:"Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Hazırda qurum tərəfindən Ağdam rayonu ərazisində işlər intensiv şəkildə davam etdirilir.Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət...
17 Fevral 2026, 16:19
Qusarda avtoxuliqanlıq edən sürücü həbs olunub
Qusarda avtoxuliqanlıq edən sürücü həbs olunub.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən KIA markalı 90-NA-887 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 34 yaşlı Təmkin Rəsulov saxlanılıb.Qusar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsində sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Rəsulovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib....
17 Fevral 2026, 15:27
İlin ilk Günəş tutulması başlayıb
İlin ilk Günəş tutulması başlayıb və 18:27-də başa çatacaq.Bu barədə Citypost.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.Günəş tutulmasının maksimum fazası 16:12-yə təsadüf edəcək.Bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunur.Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünür.Qeyd edək ki, Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi ...
17 Fevral 2026, 15:23
Milli Məclisin növbəti plenar iclasının tarixi açıqlanıb
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası fevralın 20-də keçiriləcək.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib.Həmin məsələlər aşağıdakılardır:1. "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında qanun layihəsi2. Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)3. "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)4. "Uşaq hüquqları haqqında" qanun layihəsi (ikinci oxunuş)5. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə",...
17 Fevral 2026, 15:15
Xanım rejissor məhkəməyə verilib
Azərbaycan Dövlət Kukla Teatrının keçmiş quruluşçu rejissoru Səidə Haqverdiyeva məhkəməyə verilib.Citypost.az xəbər verir ki, həbsdə olan hakim Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və həyat yoldaşı aktrisa Nərmin Əhmədova onun barəsində xüsusi ittiham qaydasında şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, hazırda şikayət ərizəsində bir sıra nöqsanlar olduğundan onların aradan qaldırılması üçün məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb.Nərmin və Əfsun Əhmədovlar xüsusi ittiham qaydasında şikayətlərində sabiq rejissoru sosial şəbəkədə çıxışları zamanı onların barəsində səsləndirdiyi böhtan xarakterli məlumatlar yaymaq, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqda günahlandıraraq Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə...
17 Fevral 2026, 15:10