Bizə yazın

Baku

-°C

USD

-

Zooparkda 150 kiloqramlıq fil körpəsi dünyaya gəldi  

Dünya 17 Fevral 2026, 13:40

567

Fransa zooparkında 150 kiloqramlıq fil körpəsi dünyaya gəldi

Citypost.az FRANCE24 xəbər agentliyinə istinadən xəbər verir ki, Fransanın mərkəzində yerləşən Beauval zooparkında bazar günü maraqlı hadisə qeydə alınıb. Anası N'Dala yeddi saatlıq doğuşdan sonra dişi fil körpəsi dünyaya gətirib.

Körpə səhər saat 4:00-da (03:00 GMT) dünyaya gəlib və çəkisi 150 kiloqram olub. Zoopark direktoru Rodolphe Delord yeni doğulmuş fil körpəsini “çox, çox böyük” kimi təsvir edib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xamenei minlərlə təbrizli ilə görüşdü 

Şərqi Azərbaycan əyalətindən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən minlərlə insan çərşənbə axşamı səhər İranın ali lideri Seyid Əli Xamenei ilə görüşüb.Ciytpost.az İran KİV-nə istinadən xəbər verir ki, görüş 18 fevral 1978-ci ildə Təbriz əhalisinin Şah rejiminə qarşı tarixi qiyamının ildönümü ərəfəsində baş tutub.Görüş Təbriz əhalisnin İran İslam İnqilabındakı tarixi rolunu anma tədbirləri çərçivəsində keçirilib. (MODERN.AZ)

17 Fevral 2026, 14:51

Sarah Fergusona bağlı altı şirkət Epstein qalmaqalları sonrası bağlanır

Andrew Mountbatten-Windsor-un keçmiş həyat yoldaşı Sarah Ferguson-a bağlı altı şirkətin bağlanması planlaşdırılır. Bu addım Ferguson-un Jeffrey Epstein ilə əlaqələrinə dair son açıqlamalardan sonra atılır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkətlər arasında S Phoenix Events, Fergie’s Farm, La Luna Investments, Solamoon Ltd, Philanthrapreneur Ltd və Planet Partners Productions Ltd yer alır. Ferguson bu şirkətlərin tək direktoru olub.Son açıqlamalarda Ferguson-un Epstein-ə yazdığı e-maillər və mesajlar gündəmə gəlib. Sənədlərdə keçmiş şahzadə qeyd edir ki, Epstein ilə dostluq münasibətində olub və ona təşəkkür edib. Bir mesajda isə Epstein-ə “Həmişə arzuladığım qardaş” dediyi qeyd olunur.Qalmaqal sonrası Ferguson-un xeyriyyə təşkilatı Sarah’s Trust da müvəqqəti bağlanacağını...

17 Fevral 2026, 13:46

Türkiyədə göl DAŞDI

Türkiyənin Sivas şəhərində son illərin ən güclü yağışları nəticəsində şəhərdəki çayların su səviyyəsi yüksəlib, göllər tam dolub. Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zara rayonundakı şəhərin ən böyük gölü olan Tödürge də qar sularının əriməsi səbəbindən daşaraq ətraf ərazilərə yayıldı. Göl ətrafı kəndlərə ciddi ziyan dəyib.Məlumat üçün bildirək ki, 5 kvadratkilometr sahəsi olan Tödürge Gölü təbiətin əhəmiyyətli yaşayış sahələrindən biri hesab olunur. Göldə 17 balıq növü və bir sıra quş növləri yaşayırƏli...

17 Fevral 2026, 13:34

Tələbə dünyanın ən böyük doldurulmuş meymununu yaratdı

 Şotlandiyanın Qlazqo şəhərində yerləşən,Glazqo İncəsənət Məktəbini bitirən 22 yaşlı Emilia Evans-Manton rəsmi olaraq Guinness Rekordlar Kitabına daxil olub. O, dünyanın ən böyük doldurulmuş meymununu hazırlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Remember I’m Still Here” adlı nəhəng oyuncaq 15,1 metr uzunluğunda, 60 metr kadife parça və 40 bal saman istifadə edilərək hazırlanıb. Gözləri hər biri 1,5 metr diametrində düymə şəklindədir və təkrar istifadə olunmuş tikinti lövhələrindən düzəldilib.Emilia bildirib ki, layihə onun uşaqlıq xatirələrinə bağlıdır. Məktəb illərində anası və nənəsi ilə birlikdə doldurulmuş meymunlar hazırlamasını xatırlayan tələbə, bu əsəri unudulmuş oyuncaqlara və uşaqlıqda itirilmiş dəyərli dostlara həsr edib.Nəhəng oyuncaq iki həftəyə...

17 Fevral 2026, 13:27

“Pokemon” ən nadir kartı 16,5 milyon dollara satıldı

Ən nadir Pokémon kartı sayılan Pikachu Illustrator, bazar ertəsi Goldin Auctions-da keçirilən hərracda 16,492,000 dollar qarşılığında satılaraq rekord qırıb. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu hərracda satılan ən bahalı ticarət kartı tarixində ən yüksək qiymət hesab olunur.Söhbət 1998-ci ildə keçirilən illüstrasiya müsabiqəsinin qaliblərinə verilən və yalnız 39 nüsxəsi olan "Pikachu Illustrator" kartından gedir. Pola məxsus nüsxə vəziyyətinə görə PSA 10 qiymətləndirməsi almış yeganə kartdır.Loqan Pol bu kartı 2022-ci ildə Dubayda kolleksiyaçı Marvin Dabsi ilə razılaşma nəticəsində əldə edib. Pol, "PSA 9" dəyərindəki 1,275 milyon dollarlıq kartı verib və üzərinə 4 milyon dollar əlavə edərək razılaşmanı yekunlaşdırıb. Bu əməliyyat...

17 Fevral 2026, 12:00

Ermənistan xaricə dron satacaq 

Ermənistandan dronların ixracına başlanacaq.Citypost.az xəbər verir ki, bu sözləri ölkənin yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan deyib.Mxitar Ayrapetyanın sözlərinə görə, bu, bir neçə müdafiə avadanlığı istehsalçısının 2025-ci ildə ilk dəfə ixrac lisenziyası alması sayəsində mümkün olacaq.O qeyd edib ki, əvvəllər şirkətlər ordunun təchizatına diqqət yetirirdilər. (Modern.az)

16 Fevral 2026, 16:05