Ruben Vardanyan 20 il azadlıqdan məhrum edildi
Cəmiyyət 17 Fevral 2026, 11:35
198
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.
Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Həmçinin oxuyun
Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də başa çatıb.
Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslərin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“İdrak” Liseyində güllələnmiş müəllim evə buraxılıb
Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən "İdrak" Liseyində şagirdi tərəfindən güllələnmiş müəllim Şəhla Kamilova evə buraxılıb.Citypost.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin məlumatında bildirilib.Qeyd edilib ki, təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.“Ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb”, - məlumatda qeyd olunub.Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən “İdrak” Liseyində 10-cu sinif şagirdi Əli Şirinov silahlı insident törədib.Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək liseydə müəllim işləyən...
17 Fevral 2026, 13:03
Sabahın hava proqnozu açıqlanıb
Fevralın 18-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 5-10,gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq....
17 Fevral 2026, 13:01
Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Nəzrin Adıgözəlzadə vəzifəsindən ayrılıb.Bu barədə Oxu.Az-a N.Adıgözəlzadə özü məlumat verib.O bildirib ki, işindən öz ərizəsi ilə ayrılıb:"Artıq iki həftədir ki, öz xahişimlə işdən çıxmışam. Yeni işlə bağlı təklif almışam, yaxın vaxtlarda buna dair açıqlama verəcəyəm".
17 Fevral 2026, 12:50
Bakıda NATO-nun təlim kursu keçirilir
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO arasında 2026-cı il üçün Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Bakıda “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü - 2026” təlim kursu keçirilir.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunan kursda əvvəlcə iştirakçılara mövzu, ssenari və qarşıya qoyulan tapşırıqlar barədə ətraflı məlumat verilib.Beynəlxalq hərbi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olan bu kursun əsas məqsədi birgə təlimlər zamanı qarşılıqlı fəaliyyətin və uyarlılıq səviyyəsinin artırılması, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsidir.Qeyd edək ki, təlim kursunda ölkəmizdən 28, NATO-ya üzv və tərəfdaş ölkələrdən isə 38 nəfər iştirak edir....
17 Fevral 2026, 12:48
DİQQƏT ! Seriallar ailə münasibətlərinə CİDDİ təsir edir
Mütəxəssislər bildirirlər ki, televiziyada və onlayn platformalarda yayılan seriallar təkcə əyləncə vasitəsi deyil, həm də ailə münasibətlərinə təsir göstərə bilər. Psixoloqlar qeyd edirlər ki, uzunmüddətli və həddindən artıq serial izləmək, xüsusilə cütlüklər arasında ünsiyyət və paylaşma vaxtını azalda bilər.Ailə dinamikasına diqqət edən mütəxəssislər bildirirlər ki, serial izləmə vərdişi çox zaman valideyn-uşaq və həyat yoldaşı ilə keyfiyyətli zaman keçirməyə mane olur. Çox saatlıq ekran qarşısında qalmaq, gündəlik söhbətləri, birgə fəaliyyətləri və hətta yemək vaxtlarını əvəz edə bilər. Nəticədə ailə üzvləri arasında emosional məsafə yaranır, anlaşılmazlıqlar və mübahisələr artmağa başlayır.Psixoloqlar həmçinin vurğulayırlar ki, seriallarda təsvir olunan həyat və münasibət modelləri də gerçək...
17 Fevral 2026, 12:44
Yaxın dostu Vüqar Qurbanova əyyaş dedi
Vüqar Qurbanov TƏBİB-nin İcra Direktoru vəzifəsindən azad edilməsi çox gözləmədən onun vaxtilə tabeliyində olmuş bir sıra vəzifəlilərin üzündəki pərdəni qopardı. Dünənədək fəxarətlə bəzi dairələrdə özünü vəzifəsini yenicə itirmiş Vüqar Qurbanovun yaxın dostu kimi təqdim edən İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahin Qurbanov bəzi məsələlərə münasibət öyrənmək istədik. Citypost.az-ın əməkdaşı ilə telefon söhbəti zamanı Ş.Qurbanov sabiq rəhbəri barədə çox sərt və konkret mövqe bildirib: “Vüqar Qurbanovla mənim nə dostluğum? O, zaqatalalı, mən cəbrayıllı”. O, içki aludəçisidir. Üzr istəyirəm, “pyanıska”nın biridir. Elə onun da badına getdi. Mən onunla bu günədək oturub bir stəkan çay da içməmişəm. Onun özünü “kruqu”...
17 Fevral 2026, 12:30