Bizə yazın

Baku

-°C

USD

-

Sabahın hava proqnozu açıqlanıb 

Cəmiyyət 17 Fevral 2026, 13:01

241

Fevralın 18-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10,gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Növbə Zaur Əliyevə çatdı  -    O, dəyəri 1.000.000-dan bahalı olan villada yaşayır

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) ötən ilin sentyabr ayından yoxlamalara başlayıb. TƏBİB-də aparılmış maliyyə yoxlamalarının nəticəsi olaraq Vüqar Qurbanov dünən Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad edilib. Məlumata görə TƏBİB-də İTS-də ciddi maliyyə pozuntuları aşkar edilib. Burada söhbət milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsindən gedir. Bəs, İTS sədri Zaur Əliyevi də Vüqar Qurbanovun taleyi gözləyirmi? Yerli mətbuat Vüqar Qurbanovun dəyəri 250.000-300.000 manatdan baha olan 99-VJ-999 dövlət nömrə nişanlı avtomobil sürdüyünü yazıb. Məlumata görə Zaur Əliyev də keçmiş Tbilisi indiki Moskva prospektində (“Avropa” otelinin yaxınlığında) varlılara məxsus ərazidə keçmiş Prezident Administrasiyasının rəhbəri...

17 Fevral 2026, 13:30

“İdrak” Liseyində güllələnmiş müəllim evə buraxılıb 

Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən "İdrak" Liseyində şagirdi tərəfindən güllələnmiş müəllim Şəhla Kamilova evə buraxılıb.Citypost.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin məlumatında bildirilib.Qeyd edilib ki, təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.“Ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb”, - məlumatda qeyd olunub.Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən “İdrak” Liseyində 10-cu sinif şagirdi Əli Şirinov silahlı insident törədib.Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək liseydə müəllim işləyən...

17 Fevral 2026, 13:03

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi  

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Nəzrin Adıgözəlzadə vəzifəsindən ayrılıb.Bu barədə Oxu.Az-a N.Adıgözəlzadə özü məlumat verib.O bildirib ki, işindən öz ərizəsi ilə ayrılıb:"Artıq iki həftədir ki, öz xahişimlə işdən çıxmışam. Yeni işlə bağlı təklif almışam, yaxın vaxtlarda buna dair açıqlama verəcəyəm".

17 Fevral 2026, 12:50

Bakıda NATO-nun təlim kursu keçirilir 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO arasında 2026-cı il üçün Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Bakıda “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü - 2026” təlim kursu keçirilir.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunan kursda əvvəlcə iştirakçılara mövzu, ssenari və qarşıya qoyulan tapşırıqlar barədə ətraflı məlumat verilib.Beynəlxalq hərbi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olan bu kursun əsas məqsədi birgə təlimlər zamanı qarşılıqlı fəaliyyətin və uyarlılıq səviyyəsinin artırılması, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsidir.Qeyd edək ki, təlim kursunda ölkəmizdən 28, NATO-ya üzv və tərəfdaş ölkələrdən isə 38 nəfər iştirak edir....

17 Fevral 2026, 12:48

DİQQƏT ! Seriallar ailə münasibətlərinə CİDDİ təsir edir

Mütəxəssislər bildirirlər ki, televiziyada və onlayn platformalarda yayılan seriallar təkcə əyləncə vasitəsi deyil, həm də ailə münasibətlərinə təsir göstərə bilər. Psixoloqlar qeyd edirlər ki, uzunmüddətli və həddindən artıq serial izləmək, xüsusilə cütlüklər arasında ünsiyyət və paylaşma vaxtını azalda bilər.Ailə dinamikasına diqqət edən mütəxəssislər bildirirlər ki, serial izləmə vərdişi çox zaman valideyn-uşaq və həyat yoldaşı ilə keyfiyyətli zaman keçirməyə mane olur. Çox saatlıq ekran qarşısında qalmaq, gündəlik söhbətləri, birgə fəaliyyətləri və hətta yemək vaxtlarını əvəz edə bilər. Nəticədə ailə üzvləri arasında emosional məsafə yaranır, anlaşılmazlıqlar və mübahisələr artmağa başlayır.Psixoloqlar həmçinin vurğulayırlar ki, seriallarda təsvir olunan həyat və münasibət modelləri də gerçək...

17 Fevral 2026, 12:44

Yaxın dostu Vüqar Qurbanova əyyaş dedi  

Vüqar Qurbanov TƏBİB-nin İcra Direktoru vəzifəsindən azad edilməsi çox gözləmədən onun vaxtilə tabeliyində olmuş bir sıra vəzifəlilərin üzündəki pərdəni qopardı. Dünənədək fəxarətlə bəzi dairələrdə özünü vəzifəsini yenicə itirmiş Vüqar Qurbanovun yaxın dostu kimi təqdim edən İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahin Qurbanov  bəzi məsələlərə münasibət öyrənmək istədik. Citypost.az-ın əməkdaşı ilə telefon söhbəti zamanı Ş.Qurbanov  sabiq rəhbəri barədə çox sərt və konkret mövqe bildirib: “Vüqar Qurbanovla mənim nə dostluğum? O, zaqatalalı, mən cəbrayıllı”. O, içki aludəçisidir. Üzr istəyirəm, “pyanıska”nın biridir. Elə onun da badına getdi. Mən onunla bu günədək oturub bir stəkan çay da içməmişəm. Onun özünü “kruqu”...

17 Fevral 2026, 12:30