İtkin-şəhid Qurban Göyüşov Ağdamda dəfn olundu
Cəmiyyət 20 Fevral 2026, 14:16
143
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Göyüşov Qurban Ramazan oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.
Citypost.az xəbər verir ki, Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında keçirilən vida mərasimində rayon sakinləri, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Qurban Göyüşovun nəşinin qalıqları torpağa tapşırılıb. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Həmçinin oxuyun
Mərasim iştirakçıları şəhidin ruhuna dualar oxuyub, məzarının üzərinə əklil, gül dəstələri düzüblər. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.
Qeyd edək ki, Göyüşov Qurban Ramazan oğlu 1974-cü ildə Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı özünümüdafiə batalyonunun tərkibində döyüşən Q.Göyüşov 1992-ci il martın 12-də Sırxavənd kəndi istiqamətlərində ermənilərin hücumunun qarşısının alınması zamanı pusquya düşərək yaralanıb. Atası onu yaralı halda döyüş meydanından çıxarmağa çalışsa da, erməni silahlıları intensiv atəş açaraq buna mane olub. Göyüşov Qurbanın nəşinin qalıqları elə həmin ərazidə aşkar edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Daha bir bloqer cəzalandırıldı
Sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən bloqer məsuliyyətə cəlb edilib.Citypost.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Z.Kərimovanın instaqram hesabında ictimai mənəviyyata zidd hərəkətlər etməsi müəyyən olunub.Belə ki, onun instaqramda 150 min nəfər izləyicisi olan səhifədə videolar çəkərək bədəninin müxtəlif hissələrini nümayiş etdirməklə öz mobil nömrəsini paylaşdığı müəyyənləşib. Onun hər hansı geyimi təbliğ etmək məqsədi olmayıb. Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evində çəkilən, 68.000 istifadəçi tərəfindən bəyənilən və əxlaq normalarına uyğun gəlməyən, əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq cəmiyyətə açıqcasına hörmətsizlik ehtiva edən hərəkətlər xırda xuliqanlıq hesab olunub.Faktla bağlı olaraq Abşeron RPİ tərəfindən...
20 Fevral 2026, 15:52
I Qarabağ müharibəsinin itkin-şəhidi Dadaş Dadaşov dəfn edilib
Bərdə rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Dadaş Şərif oğlu Dadaşovla vida mərasimi keçirilib."Report"un Qarabağ bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Qeyd edək ki, D.Dadaşov 1972-ci il fevralın 15-də Ağdərənin İmarət Qərvənd kəndində anadan olub. 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində itkin düşüb.D.Dadaşov Bərdənin Mollaisalar kənd qəbiristanlığında dəfn olunub...
20 Fevral 2026, 15:39
Bu deputatlara yeni vəzifə verilir - ADLAR
Milli Məclisdə daha 5 parlamentlərarası əlaqələr üzrə İşçi qrupları formalaşdırılır.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, aşağıdakı parlamentlərarası İşçi Qruplarının formalaşdırılması təklif edilir:Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Namazov Ramid Zakir oğlu;Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu - Qurbanov Eyvaz Daşdəmir oğlu;Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Paşayeva Gülşən Məmmədəli qızı;Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Allahverənov Azər Kərim oğlu;Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunun sədri vəzifəsi isə Qafarov Vasif...
20 Fevral 2026, 15:38
Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib
Baş Prokurorluqda jurnalistlər üçün “İstintaq sirri və media: ictimaiyyətin düzgün məlumatlandırılması prinsipləri” mövzusunda treninq təşkil olunub.APA xəbər verir ki, tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli çıxış edərək media nümayəndələrinin istintaq sirri, informasiya təhlükəsizliyi və ictimaiyyətlə düzgün kommunikasiya sahəsində biliklərinin artırılmasının, həmçinin hüquqi çərçivədə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.Treninqdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının media ilə əməkdaşlığının cəmiyyətin düzgün və operativ məlumatlandırılması baxımından əhəmiyyətindən danışaraq, bu istiqamətdə qarşılıqlı etimad və məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb.Daha sonra Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru Əyyub Bəşirov istintaq sirri təşkil edən məlumatların mahiyyəti, bu məlumatların vaxtından...
20 Fevral 2026, 15:02
Anar Əsədlinin məhkəməsində zərərçəkənlər ifadə verib
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Oqtay Qasımov dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.Oqtay Qasımov bildirib ki, borcun qarşılığında ona torpaq verilib: "Borca görə mənə torpaq da verilib. Verdiyi torpağı satmıram, çünki mənə torpaq yox, pul lazımdır. Pulumu versə, torpağı ona geri verəcəm. Mənə dəyən ziyanın 25 min dolları ödənib".Anar Əsədli isə deyib ki, onun dediklərinin çoxu yalandır: “Zərərçəkmişin dərdi pul deyil, məni dələduz kimi göstərməkdir. Ondan pul aldığımı danmıram, amma mən 300 min dollarlıq...
20 Fevral 2026, 14:36
Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək.Bu barədə CityPost.az BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq....
20 Fevral 2026, 14:20