Bizə yazın

Baku

-°C

USD

-

Prokurorun oğlu hakim olacaq

Cəmiyyət 20 Fevral 2026, 10:39

3205

Xəbər verdiyimiz kimi,hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilərək 34 hakimliyə namizəd müsahibədə müvəffəqiyyət qazanmış, onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşdırma haqqında rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

 Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun sədrliyi ilə baş tutan iclasda müsabiqəni uğurla başa vurmuş 34 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.Yeni qaydalara əsasən hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.

Qeyd edək ki,hakimlərin təyinatı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri çərçivəsində baş tutur.Namizədlər tələb olunan mərhələləri keçdikdən sonra təqdimat üçün siyahı Prezidentə təqdim olunur.

Hakimlik üçün  uğur qazanmış 34 nəfərin arasında  Camalov Əli Elmar oğlu da var.

CityPost.az  xəbər verir  ki,Oxu24.com-un əldə etdiyi məlumata görə,Əli Camalov  Baş prokurorun müavini  Elmar Camalovun oğludur. 

Elmar Camalov Azərbaycan Respublikası Prezidentinin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsinə təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Ailəlidir, dörd övladı var.

Onun hakim olmaq istəyən oğlu Əli Camalov  gənc vəkildir.Alman, İngilis, Rus dillərini bilir.

2013-2017 - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (bakalavr),2017-2018 - Münhen Lüdviq Maksimillian Univeristeti, Almaniya (magistr, L.L.M.) bitirib.

Əli Camalov cinayət hüququ;kommersiya hüququ;müqavilələr hüququ;vergi hüququ;əqli mülkiyyət hüququ sahəsində ixtisaslaşmış vəkil kimi fəaliyyət göstərir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İtkin düşmüş hərbçi Mehriban Qarayevanın nəşinin qalıqları Sumqayıtda dəfn edilib 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Mehriban Arif qızı Qarayevanın nəşinin qalıqları Sumqayıt şəhərində ailəsinə təhvil verilib.APA xəbər verir ki, şəhidlə vida mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər sakinləri, şəhid ailələri, qazilər və şəhidin ailə üzvləri iştirak edib.Cənazə namazı qılındıqdan sonra şəhidin nəşinin qalıqları Sumqayıt şəhəri, Şəhidlər xiyabanında dəfn olunub.Qeyd edək ki, Qarayeva Mehriban Arif qızı 1970-ci ildə Sumqayıt şəhərində anadan olub.1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində itkin düşüb....

20 Fevral 2026, 11:49

"Şamaxinka"da yeni  işıqforlar istifadəyə verilib 

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi artıq işıqforlarla tənzimlənir. Hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən ərazidə ümumilikdə 13 işıqfor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.NİİM-dən AZƏRTAC-a verilən məlumata görə, istifadəyə verilən yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin həmin kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib. ...

20 Fevral 2026, 11:41

I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olunub 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rafiq Hüseynovla Qaradağ rayonu Lökbatan qəsəbəsində vida mərasimi keçirilib."Report"un məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyəti, icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.Vida mərasiminin ardınca nəşin qalıqları dəfn olunmaq üçün qəsəbə Şəhidlər xiyabanına aparılıb. Qeyd edək ki, Rafiq Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb....

20 Fevral 2026, 11:10

9 azərbaycanlı Almaniyadan geri qəbul edilib 

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 9 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.Bu barədə Citypost.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir....

20 Fevral 2026, 10:35

DYP sürücülərə müraciət etdi: Bu yollarda...

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.Citypost.az-ın məlumatına görə, müraciətdə bilidrilib ki, 21 fevral tarixində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (“Buta Palace”-nin yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.Məhdudiyyət 21 fevral tarixində saat 00:00-dan 05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar...

20 Fevral 2026, 10:15

Bakıda bu yollarda sıxlıq var 

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi...

20 Fevral 2026, 09:52