I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olunub
Cəmiyyət 20 Fevral 2026, 11:10
201
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rafiq Hüseynovla Qaradağ rayonu Lökbatan qəsəbəsində vida mərasimi keçirilib.
"Report"un məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyəti, icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.
Vida mərasiminin ardınca nəşin qalıqları dəfn olunmaq üçün qəsəbə Şəhidlər xiyabanına aparılıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Rafiq Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya edib
Milli Məclisin bu gün keçirilən iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyı çıxarılıb.CityPost.az xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.Qeyd edək ki, Azərbaycan “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na xüsusi bəyanatla qoşulur. Bu, Ermənistanla münasibətlərin normallaşana qədər Konvensiyanın müddəalarının Ermənistanla münasibətdə tətbiq olunmaması ilə əlaqədardır.
20 Fevral 2026, 12:29
Şəhid Zibeydə Əhmədova Xocalıda dəfn olundu
Uzun illər itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Bədəl qızı Əhmədovanın nəşinin qalıqları, 34 ildən sonra aşkar edilərək, bu gün fevralın 20-də Xocalı şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, 1938-ci il təvəllüdlü Zibeydə Əhmədova Xankəndi şəhərində doğulub. 1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Xocalı rayonunda məskunlaşıb. O, 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı itkin düşüb. O zaman 54 yaşı olub. İşğaldan azad olunmuş ərazilərdə aparılan araşdırmalar zamanı onun meyitinin qalıqları Ağdərə rayonu ərazisində aşkar edilib. Müvafiq dövlət qurumları tərəfindən aparılan genetik ekspertiza...
20 Fevral 2026, 12:28
İtkin düşmüş hərbçi Mehriban Qarayevanın nəşinin qalıqları Sumqayıtda dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Mehriban Arif qızı Qarayevanın nəşinin qalıqları Sumqayıt şəhərində ailəsinə təhvil verilib.APA xəbər verir ki, şəhidlə vida mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər sakinləri, şəhid ailələri, qazilər və şəhidin ailə üzvləri iştirak edib.Cənazə namazı qılındıqdan sonra şəhidin nəşinin qalıqları Sumqayıt şəhəri, Şəhidlər xiyabanında dəfn olunub.Qeyd edək ki, Qarayeva Mehriban Arif qızı 1970-ci ildə Sumqayıt şəhərində anadan olub.1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində itkin düşüb....
20 Fevral 2026, 11:49
"Şamaxinka"da yeni işıqforlar istifadəyə verilib
Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi artıq işıqforlarla tənzimlənir. Hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən ərazidə ümumilikdə 13 işıqfor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.NİİM-dən AZƏRTAC-a verilən məlumata görə, istifadəyə verilən yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin həmin kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib. ...
20 Fevral 2026, 11:41
Prokurorun oğlu hakim olacaq
Xəbər verdiyimiz kimi,hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilərək 34 hakimliyə namizəd müsahibədə müvəffəqiyyət qazanmış, onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşdırma haqqında rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub. Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun sədrliyi ilə baş tutan iclasda müsabiqəni uğurla başa vurmuş 34 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.Yeni qaydalara əsasən hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.Qeyd edək ki,hakimlərin təyinatı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri çərçivəsində baş tutur.Namizədlər tələb olunan...
20 Fevral 2026, 10:39
9 azərbaycanlı Almaniyadan geri qəbul edilib
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 9 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.Bu barədə Citypost.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir....
20 Fevral 2026, 10:35