İlham Əliyev Küveyt Əmirini təbrik edib
Cəmiyyət 25 Fevral 2026, 11:07
386
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha təbrik məktubu ünvanlayıb.
Citypost.az xəbər verir ki, məktubda deyilir:
"Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli şərait yaradır.
Həmçinin oxuyun
Əminəm ki, Azərbaycan ilə Küveyt arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və daha da dərinləşəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizi və dost xalqınızı mübarək Ramazan ayının başlaması münasibətilə də ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Küveyt Dövlətinə daim əmin-amanlıq və rifah diləyirəm".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycandakı dini konfessiyalar birgə bəyanat yaydı
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.Modern.az xəbər verir ki, bəyanat Qafqaz Müsəlmanları İdarəsində soyqırımın ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirilib.Bəyanatı təqdim edirik:"Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan bir neçə gün əvvəl - 1992-ci ilin fevralın 17-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoymuş və öz cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərində soyqırımı törətmişlər. Ağır...
25 Fevral 2026, 12:23
Ombudsmanın 2025-ci il üzrə məruzəsi Milli Məclisə daxil olub
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi Milli Məclisə daxil olub.Citypost.az xəbər verir ki, illik məruzə parlamentin İnsan hüquqları komitəsinin fevralın 27-si keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində yer alıb.Qeyd edək ki, illik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilib.
25 Fevral 2026, 11:53
Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verdi.Bildirildi ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları...
25 Fevral 2026, 11:52
Araz Mübarizoğlu: “Televiziya 55+ bibilərin Elgiz, Tolik və Zaur dünyasıdır”
Televiziya aparıcısı Araz Mübarizoğlu yerli telekanalların hazırkı vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, aparıcı statusunda bildirib ki, bu gün televiziya auditoriyasının böyük hissəsini yaşlı nəslin nümayəndələri təşkil edir. Onun sözlərinə görə, xüsusilə 55 yaşdan yuxarı tamaşaçılar efirin əsas izləyici kütləsidir və proqram siyasəti də daha çox onların maraq dairəsinə uyğun qurulur.Aparıcı paylaşımında qeyd edib ki, bu auditoriyanın üstünlük verdiyi verilişlər sırasında qalmaqallı və emosional tok-şoular yer alır. O, nümunə olaraq Elgiz Əkbər, Tarix Əliyev (Tolik) və Zaur Baxşəliyev kimi aparıcıların proqramlarına marağın yüksək olduğunu vurğulayıb.Araz Mübarizoğlu əlavə edib ki, gənc nəslin televiziya izləmə vərdişi xeyli...
25 Fevral 2026, 11:31
Xocalı soyqırımının ildönümü ilə bağlı bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.Bu barədə Citypost.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək."Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur"- deyə məlumatda qeyd edilir....
25 Fevral 2026, 10:50
Leyla Əliyeva və Alena Əliyeva Quba Cümə məscidini ziyarət ediblər
Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər çərçivəsində şəhərin əhəmiyyətli tarixi-memarlıq abidələrindən olan Cümə məscidini ziyarət ediblər.Citypost.az xəbər verir ki, ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib.Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur. Məsciddə Quran kursunun fəaliyyət göstərdiyi qeyd olunub. Leyla Əliyeva və Alena Əliyeva həmin otağa da baş çəkiblər.Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub....
25 Fevral 2026, 10:16