Naxçıvanda “Mpay” terminalı oğurlanıb
Cəmiyyət 25 Fevral 2026, 10:14
290
Naxçıvanın Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9503 manat olan “Mpay” ödəmə terminalı oğurlanıb.
Naxçıvan MR Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.
Həmçinin oxuyun
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Araz Mübarizoğlu: “Televiziya 55+ bibilərin Elgiz, Tolik və Zaur dünyasıdır”
Televiziya aparıcısı Araz Mübarizoğlu yerli telekanalların hazırkı vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, aparıcı statusunda bildirib ki, bu gün televiziya auditoriyasının böyük hissəsini yaşlı nəslin nümayəndələri təşkil edir. Onun sözlərinə görə, xüsusilə 55 yaşdan yuxarı tamaşaçılar efirin əsas izləyici kütləsidir və proqram siyasəti də daha çox onların maraq dairəsinə uyğun qurulur.Aparıcı paylaşımında qeyd edib ki, bu auditoriyanın üstünlük verdiyi verilişlər sırasında qalmaqallı və emosional tok-şoular yer alır. O, nümunə olaraq Elgiz Əkbər, Tarix Əliyev (Tolik) və Zaur Baxşəliyev kimi aparıcıların proqramlarına marağın yüksək olduğunu vurğulayıb.Araz Mübarizoğlu əlavə edib ki, gənc nəslin televiziya izləmə vərdişi xeyli...
25 Fevral 2026, 11:31
İlham Əliyev Küveyt Əmirini təbrik edib
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli şərait yaradır.Əminəm ki, Azərbaycan ilə Küveyt arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək...
25 Fevral 2026, 11:07
Xocalı soyqırımının ildönümü ilə bağlı bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.Bu barədə Citypost.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək."Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur"- deyə məlumatda qeyd edilir....
25 Fevral 2026, 10:50
Leyla Əliyeva və Alena Əliyeva Quba Cümə məscidini ziyarət ediblər
Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər çərçivəsində şəhərin əhəmiyyətli tarixi-memarlıq abidələrindən olan Cümə məscidini ziyarət ediblər.Citypost.az xəbər verir ki, ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib.Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur. Məsciddə Quran kursunun fəaliyyət göstərdiyi qeyd olunub. Leyla Əliyeva və Alena Əliyeva həmin otağa da baş çəkiblər.Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub....
25 Fevral 2026, 10:16
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.APA-nın əldə etdiyi məlumata görə, qeyd edilən həcmdə dizel yanacağı bu gün - fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
25 Fevral 2026, 10:02
Xalq artisti:"Canlı yayımda etdiyim səhvə görə işdən azad olacaqdım"
Azərbaycanın görkəmli televiziya diktoru, Azərbaycan Respublikasının Xalq artisti Roza Tağıyeva gənclərlə görüşü zamanı maraqlı bir xatirəsini bölüşüb.Citypost.az xəbər verir ki, Xalq artisti bildirib ki, canlı efir zamanı etdiyi dil sürüşməsi az qala işdən çıxarılması ilə nəticələnəcəkdi.Belə ki, elan verməli olduğu məkanın adını səhv salaraq “Lenin adına Mərkəzi stadion” əvəzinə “Lenin adına Mərkəzi Univermaq” ifadəsini işlədib. Onun sözlərinə görə, bu hadisədən sonra məsələ ciddi müzakirəyə çıxarılıb. Həmin dövrdə sədr müavini vəzifəsində çalışan Cəlal Məmmədov bunu “siyasi səhv” kimi qiymətləndirərək diktorun işdən azad olunmasının vacibliyini bildirib.Məsələ o dövrün tanınmış şairi, AZTV-nin o dövrdəki rəhbəri Teymur Elçinin müzakirəsinə təqdim olunub. Roza Tağıyevanın sözlərinə...
25 Fevral 2026, 09:52