Bizə yazın

Baku

-°C

USD

-

Müşfiq Abbasov məşhur professorun bacanağı İMİŞ

Cəmiyyət 24 Fevral 2026, 17:16

2002

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun həbs olunduğu barədə məlumat vermişdik.

CityPost.az  xəbər verir ki,həbs olunan sabiq müstəntiq müğənni və iş xanımı kimi məşhur olan Ruhi Əliyevanın bacısının əridir.

Qeyd edək ki,Ruhinin keçmiş həyat yoldaşı  məşhur iş adamı,professor İlham Rəhimov olub.O,Rusiyada fəaliyyət göstərib.

Qeyd edək ki,tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov ötən gün 15 sutka həbs cəzası alıb. 

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) ittiham olunub.Bu,M.Abbasovun ilk həbsi deyil. Bakı Ağır Cinayətlər Məhkəməsinin  2021-ci il 18 may tarixli hökmü ilə  o,7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmin məhkəmə proseslərinin  birində şahid qismində Vüqar Əsədov dindirilib. 

V.Əsədov söyləyib ki, Penitensiar Xidmətin sabiq əməkdaşı olub, 2016-cı ildə bir neçə şəxslə birgə dələduzluqda ittiham edilib və cinayət işinin ibtidai istintaqını hazırda təqsirləndirilən M.Abbasov aparıb:

“Müşfiqi də həmin dövrdən tanıyıram. Mənə iş üzrə 89 min manat ittiham irəli sürülmüşdü. Mən isə ittihamla razılaşmadım. Çünki məbləğ az idi, həbs edildim. Həbsdə olanda Müşfiq qohumlarıma deyib ki, 17 min manata işə xitam verdirəcək. Mən razılaşmadım, bilirdim ki, alınmayacaq. Həbsdə olanda Müşfiq bircə dəfə yanıma gəldi, onda da qeyd etdi ki, razılıq verim, pulu qohumumdan alsın. Sonra qohumum ona 17 min manat pul verdi, mən də azadlığa çıxdım. Həmin pulu da guya zərərçəkmişə verib. Müşfiq yalandan dedi ki, mən həmin cinayət işində şahidəm, işimə xitam verilib. Hər dəfə məni aldadırdı.Həmin cinayət işi məhkəməyə gəldi, mən də təqsirləndirilən şəxs qismində tanındım. Bu iş üzrə də məhkumluq həyatı yaşayıram. Həmin vaxt Müşfiq həbsdə idi. Hətta vəkili vasitəsi ilə məndən xahiş etdi ki, yalandan ərizə yazım. Bu ərizəyə görə azadlığa çıxmaq istəyirdi, rədd etdim”.

V.Əsədovun sözlərinə görə, M.Abbasov onun qohumundan pul alan zaman vəzifədə olan məmurların adından istifadə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AMEA-dan "Ramiz Mehdiyevin kadrı" ilə bağlı AÇIQLAMA 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və təhsil şöbəsi sosial şəbəkələrdə bu qurumda Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verildiyi barədə yayılmış məlumatlara aydınlıq gətirib.AMEA-dam CityPost.az-a daxil olan açıqlamada bildirilib:“AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil şöbəsinin əməkdaşı, 1990-cı il təvəllüdlü, Quba rayonunda doğulmuş, Bakı Dövlət Universitetinin bakalavr, Bakı Slavyan Universitetinin magistr pilləsini fərlənmə diplomu ilə bitirmiş Aynur Cavanşir qızı Günəşli 2013-cü ildə Akademiyanın Fəlsəfə və Sosiologiya İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. O, 2015-2016-cı illər tarixdə həmin institutun kiçik elmi işçisi vəzifəsində çalışmışdır. Aynur Günəşli 11 iyun 2016-cı il tarixdən 30 aprel 2021-ci il tarixədək 4 ildən çox AMEA...

24 Fevral 2026, 18:03

Bakıdakı 67 nömrəli marşrutun avtobusları yenilənir 

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsini Nərimanov rayonunun Çernyayevski küçəsi ilə əlaqələndirən 67 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, fevralın 25-dən sərnişinlərin xidmətinə veriləcək 16 böyüktutumlu "Zhongtong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib....

24 Fevral 2026, 17:56

Azərbaycan səfiri etimadnaməsini Sinqapur Prezidentinə təqdim edib 

Azərbaycanın iqamətgahı Cakarta şəhərində olmaqla Sinqapur Respublikasındakı səfiri Ramil Rzayev etimadnaməsini Sinqapur Prezidenti Tarman Şanmuqaratnama təqdim edib.Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, İstana Prezident Sarayında baş tutan mərasimdən sonra keçirilən görüşdə səfir Ramil Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Sinqapurun dövlət başçısına çatdırıb.Prezident Tarman Şanmuqaratnam öz növbəsində səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.Görüşdə iki ölkə arasında siyasi dialoq, iqtisadi-ticari əməkdaşlıq, investisiya, enerji, nəqliyyat, rəqəmsal inkişaf, turizm və digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.Səfir Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə ətraflı məlumat verib.Görüşün fotolarını Sinqapurun Rəqəmsal İnkişaf və İnformasiya...

24 Fevral 2026, 17:48

Raket proqramına 13 yaşlı qızı rəhbərlik edəcək 

Şimali Koreya lideri Kim Çen In ölkənin raket proqramına nəzarəti 13 yaşlı qızı Kim Çju E-yə həvalə edib.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi generallar artıq birbaşa ona hesabat verirlər.Cənubi Koreya kəşfiyyatının məlumatına görə, tezliklə Kim Çju E-nin Şimali Koreya tarixində ilk qadın lider kimi atasının varisi elan ediləcəyi açıqlana bilər.Kim Çen In dəfələrlə qızını özü ilə nüvə və raket sınaqları ilə əlaqəli yerlərə aparırdı. Kəşfiyyat rəsmiləri hesab edirlər ki, onun istehsalat rəhbəri kimi rolu Kim Çju E-yə ölkə ordusunun strukturunu anlamağa kömək etmək məqsədi daşıyır. ...

24 Fevral 2026, 17:43

Azərbaycan Universitetində “Süni intellekt” mövzusunda təlim təşkil olunub 

Azərbaycan Universitetində akademik və inzibati heyət üzvləri üçün “Praktiki süni intellekt” mövzusunda təlim təşkil olunub.Universitetdən Citypost.az-a bildirilib ki, təlimin keçirilməsində məqsəd peşəkar fəaliyyətdə süni intellekt alətlərindən effektiv istifadəni təşviq etmək və universitet əməkdaşlarını süni intellekt alətlərinin praktiki imkanları ilə tanış etmək olub.Tədbirdə ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev təqdimatla çıxış edib.Qeyd olunub ki, 2022-ci ildən başlayaraq generativ platformaların açıq istifadəyə verilməsi nəticəsində süni intellekt artıq yalnız texniki mütəxəssislərin deyil, geniş istifadəçi kütləsinin də gündəlik iş alətinə çevrilib. Süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası təhsil resurslarının səmərəliliyini artırır.Təqdimatda süni intellekt anlayışı və onun tarixi inkişaf mərhələləri haqqında məlumat verilib, iştirakçılara...

24 Fevral 2026, 17:32

Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir  

Bakı-Abşeron ərazisində fərdi yaşayış üçün ən ucuz torpaq sahələri hal-hazırda Güzdək qəsəbəsi ərazisindədir.Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov Modern.az-a açıqlamasında bildirib.O qeyd edib ki, Zirə və Türkanın bəzi ərazilərində də torpaqlar digər şəhərətrafı kənd və qəsəbələrlə müqayisədə daha ucuzdur:"Bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar daha ucuzdur. Lakin qeyd etdiyim kimi, son bir il ərzində ən ucuz torpaq sahələri Güzdək ərazisindədir. Hazırda Güzdəkdə bir sot torpağın qiyməti 700-1000 manat aralığında dəyişsə də stabillik yoxdur. Bahalaşma davam edir".Ekspert əlavə edib ki, Güzdəyin kommunal xidmətlə təchiz edilmiş ərazilərində qiymətlər 1 sot torpaq üçün qiymət 1000-2000 manat aralığındadır. Həmçinin, Atyalı deyilən ərazidə...

24 Fevral 2026, 17:21