Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycandakı dini konfessiyalar birgə bəyanat yaydı 

Cəmiyyət 25 Fevral 2026, 12:23

241

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.

Modern.az xəbər verir ki, bəyanat Qafqaz Müsəlmanları İdarəsində soyqırımın ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirilib.

Bəyanatı təqdim edirik:

"Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan bir neçə gün əvvəl - 1992-ci ilin fevralın 17-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoymuş və öz cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərində soyqırımı törətmişlər. Ağır hərbi texnikanın tətbiqi ilə davam edən qırğınlar nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan edilib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər azərbaycanlı öz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Ağlasığmaz qəddarlıqla 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Qəddar ekstremistlər insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyitlərin üzərində vəhşi həqarətlər ediblər. Sağ qalanlar içərisində 487 dinc sakin ağır yaralar nəticəsində əlil olub. Girov götürülən 1275 nəfər vətəndaşdan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi əsassız ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərininin 20 faizi 30 ilə yaxın işğal altında saxlanılıb, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, fiziki və mənəvi terror həyata keçirilib, bir milyondan artıq insan Ermənistandakı və Azərbaycanın Qarabağ bölgəsindəki öz ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkün məşəqqətini yaşamağa vadar edilib, onların insan hüquqları kobud şəkildə pozulub, yüzlərlə şəhər və kənd, Azərbaycan xalqının qədim və zəngin mədəni irsi dağıdılaraq talan edilib.

Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan müqəddəs Vətən müharibəsində Azərbaycan beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq əzəli torpaqlarını 30 illik işğaldan qurtardı, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 2023-cü ilin sentyabrında antiterror əməliyyatı nəticəsində separatçı rejimə son qoyuldu, Azərbaycanın suverenliyi tam bərpa olundu.

Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti ilə yanaşı, həm də 30 illik işğal zamanı Azərbaycanın dini-mədəni və tarixi irsinə qarşı hərbi cinayətlər və vandalizm aktları həyata keçirib. Həmin ərazilərdə yerləşən məscidlər və digər dini məbədlər, qəbristanlıqlar erməni vandalizminə məruz qalıb, rus pravoslav və qədim Alban xristian kilsələrinin mənşəyinin dəyişdirilməsi siyasəti həyata keçirilib. Erməni ekstremistləri tərəfindən bölgədə işğaldan əvvəl rəsmi qeydiyyatda olmuş 67 məsciddən 65-i tamamilə dağıdılıb, məscidlər tövləyə çevrilib, orada İslamda haram buyurulan heyvanları saxlayaraq bütün İslam aləminin heysiyyətini açıq-aşkar təhqir ediblər. İşğaldan azad edilmiş ərazilərimizə müşahidəçi missiyası ilə gələn xarici qonaqlar bu yerləri "Qafqazın Xirosiması", "ruhlar şəhəri" adlandırırlar. İşğalçılar Azərbaycan torpaqlarını tərk edərkən həmin ərazilərdə "yandırılmış torpaq" siyasəti tətbiq edib, yüz minlərlə mina yerləşdiriblər. Müharibədən sonra erməni dini liderləri revanşist bəyanatlarla öz xalqını region üçün son dərəcə zəruri olan sülhə deyil, yeni müharibəyə çağırırlar. Ermənistanla Azərbaycan arasında sülh prosesində müsbət dinamika artdığı zamanda erməni kilsəsinin başçıları beynəlxalq qurumlara və dini təşkilatlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın guya xristian abidələrini məhv etməsi barədə yalançı və böhtan xarakterli dezinformasiyalar yayır, Qarabağda Ermənistanın törətdiyi vandalizmdən diqqəti yayındırmaq məqsədilə əsl həqiqətləri pərdələməyə çalışırlar.

Biz uzun illər ərzində bütün tərəqqipərvər ictimaiyyətə müraciət edərək Xocalı soyqırımına biganə qalmamağa və bu dəhşətli faciəni törədənlərin mühakimə olunması üçün öz səslərini ucaltmağa çağırmışıq. Beynəlxalq təcrübə göstərir ki, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi əksər hallarda ayrı-ayrı dövlətlərin imkanlarını aşan mürəkkəb hüquqi və siyasi prosesdir. Qarabağ Zəfərinin ardınca Qarabağda erməni separatçı rejim rəhbərləri, əli Azərbaycan xalqının qanına bulaşmış terrorçular, o cümlədən Xocalı qatilləri Azərbaycan məhkəməsi və Azərbaycan xalqı qarşısında cavab verir, layiq olduqları cəzaya məhkum olunurlar. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması, Xocalı cinayətkarlarının layiqli cəza almaları Azərbaycan xalqının haqlı tələbidir. İnsanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsi ümumbəşəri ədalətin təntənəsidir və beynəlxalq ictimaiyyət bu prosesə dəstək nümayiş etdirməlidir.

Xocalı faciəsinin 34-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Bu gün Xocalı şəhəri yenidən inşa olunur, mənəvi adidələrimiz yenidən qurulur, Xocalı sakinləri öz doğma yurdlarına qayıdırlar. Lakin Xatın, Gernika, Sonqmi və buna bəzər insanlıq faciələrinin günahsız qurbanları kimi Xocalı qurbanlarının da ah-naləsi qəlblərimizdən silinmir, günahsız uşaq, qadın, qocaların qırılmış taleləri unudulmur. Dünya bir daha belə faciələri yaşamasın deyə bu faciələr unudulmamalı, beynəlxalq səviyyədə qınanılmalı və günahkarlar layiqli şəkildə cəzalandırılmalıdırlar.

Azərbaycan hazırda bölgənin, o cümlədən Ermənistanın da rifahına xidmət edə biləcək iqtisadi layihələrlə çıxış edir. Azərbaycan və Ermənistan rəhbərliklərinin sülh istiqamətində real addımlar atdıqları bir zamanda dünya ictimaiyyəti Ermənistanın bəzi siyasi və dini dairələrinin erməni xalqını yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına göz yummamalıdır.

Azərbaycandakı dini konfessiyalar regionumuzda hər hansı hərbi aqressiyaya, müharibə və nifrət çağırışlarına, dini və etnik dözümsüzlüyə, revanşizm meyillərinə son qoyulmasına, dövlətlər və xalqlar arasında mehriban qonşuluğun, sülhün və əmin-amanlığın bərqərar edilməsinə tərəfdar olduğunu bəyan edirlər. Biz bir daha dünya dini liderlərini, beynəlxalq təşkilatları, parlamentləri və dünya ictimaiyyətini bu uca məqsədlər naminə birgə səylər göstərməyə dəvət edirik.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!".

Bəyanatı

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə,

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy,

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev,

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski,

Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili,

Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev imzalayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ödənişini ala bilməyən işçilər - NƏ ETMƏLİ?

Ölkədə bir çox hallarda işçinin əmək haqqı uzun müddət ödənilmir.Şirkətlər dövlət və özəl sektordan layihələr üçün maliyyə almasına baxmayaraq, ödənişlər gecikir və layihələr yarımçıq qalır. Maraqlıdır ki, işçilərin hamısının rəsmi əmək müqaviləsi mövcuddur, yəni hüquqi əsaslar təmin olunub.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, ilk növbədə işçilər əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər. Bu qurum şirkətə təzyiq göstərərək ödənişin həyata keçirilməsini təmin edə bilər. Əgər ödəniş hələ də gecikirsə, işçilər məhkəməyə müraciət edərək əmək haqqı tələblərini rəsmi qaydada qaldıra bilərlər.Qanunvericiliyə görə, əmək haqqı, sosial müavinətlər və digər ödənişlər üzrə iddia müddəti yoxdur. Yəni, işçilər...

25 Fevral 2026, 13:35

Bakıda NATO heyəti ilə “Məsləhətçi görüşü” keçirilir 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində Bakıda “Məsləhətçi görüşü” keçirilir.Citypost.az-a MN-ə istinadən xəbər verir ki, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Qiymətləndirmə və Rəy proqramının vacib hissəsi olan “Məsləhətçi görüşü”ndə cari ilin iyun ayında ölkəmizdə keçiriləcək ƏİK bölmələrinin “1-ci səviyyəli özünü qiymətləndirmə” (SEL-1) təliminin planlama və hazırlıq vəziyyəti izah olunub.Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislərin iştirakı ilə keçirilən görüşün əsas məqsədi ƏİK proqramına yeni bəyan edilmiş bölmələrimizin döyüş hazırlığı fəaliyyətləri, təminat və təchizatlarının eləcə də bölmələrin NATO standartlarına uyarlılıq səviyyəsini yoxlamaq məqsədilə tərtib olunmuş qiymətləndirmə suallarının dəqiqləşdirilməsi və təsdiqlənməsidir....

25 Fevral 2026, 13:32

Pensiyalar vaxtından əvvəl ödəniləcək 

Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiyalar vaxtından əvvəl ödəniləcək.Citypost.az xəbər verir ki, pensiyaların martın 15-nə qədər tam ödənilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qurumlara göstəriş verilib.Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla, bayrama qədər ödənişinin həyata keçirilməsi üçün aidiyyəti işlər aparılır. (Axar)

25 Fevral 2026, 13:27

FHN Bakı Sağlamlıq Mərkəzində təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd səhiyyə müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.Təlimin nəzəri hissəsində mərkəzin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar...

25 Fevral 2026, 13:15

Saxta əmək müqaviləsi halları – İşçilər necə qoruna bilər?

Saxta əmək müqaviləsi halları son illərdə artmaqda olan qanun pozuntularından biridir və işçilərin hüquqlarının qorunmaması ilə nəticələnir. Belə müqavilələrdə işçi rəsmi olaraq əməkhaqqı, sosial sığorta və digər hüquqlarını təmin etmədən işə cəlb olunur. Nəticədə işçi həm maaşını tam ala bilmir, həm də əmək kitabçasında rəsmi qeydiyyat aparılmadığı üçün gələcəkdə pensiya və sosial təminat hüququndan məhrum qalır.İşçilərin qorunması üçün bir neçə önəmli addım var. Əvvəlcə müqaviləni imzalamadan öncə sənədin qanuni və işçinin hüquqlarını tam əhatə etdiyinə diqqət yetirmək lazımdır. Hər hansı şübhəli hallarda əmək və sosial müdafiə orqanlarına müraciət etmək və müqaviləni qeydiyyatdan keçirmək tövsiyə olunur. İşçilər həmçinin ödənişlərin bank vasitəsilə...

25 Fevral 2026, 12:44

Qaradağda 10 kq narkotik aşkarlanıb 

Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.DİN-dən Citypost.az-a verilən məlumata görə,  tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Arzuman Əhmədov saxlanılıb. Onun üzərindən ümumilikdə 9 kiloqram 986 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.Araşdırmalarla müəyyən olunub ki, A. Əhmədov istintaqla şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlarda gizlətməyi planlaşdırıb.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

25 Fevral 2026, 12:42