Araz Mübarizoğlu: “Televiziya 55+ bibilərin Elgiz, Tolik və Zaur dünyasıdır”
Cəmiyyət 25 Fevral 2026, 11:31
953
Televiziya aparıcısı Araz Mübarizoğlu yerli telekanalların hazırkı vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Citypost.az xəbər verir ki, aparıcı statusunda bildirib ki, bu gün televiziya auditoriyasının böyük hissəsini yaşlı nəslin nümayəndələri təşkil edir. Onun sözlərinə görə, xüsusilə 55 yaşdan yuxarı tamaşaçılar efirin əsas izləyici kütləsidir və proqram siyasəti də daha çox onların maraq dairəsinə uyğun qurulur.
Aparıcı paylaşımında qeyd edib ki, bu auditoriyanın üstünlük verdiyi verilişlər sırasında qalmaqallı və emosional tok-şoular yer alır. O, nümunə olaraq Elgiz Əkbər, Tarix Əliyev (Tolik) və Zaur Baxşəliyev kimi aparıcıların proqramlarına marağın yüksək olduğunu vurğulayıb.
Həmçinin oxuyun
Araz Mübarizoğlu əlavə edib ki, gənc nəslin televiziya izləmə vərdişi xeyli zəifləyib. Onlar daha çox yerli klubların avrokubok oyunları, milli komandanın görüşləri və ya idman kanallarında yayımlanan xarici liqalar üçün televizoru açırlar. Digər hallarda isə informasiya ehtiyacını rəqəmsal platformalar və sürətli internet vasitəsilə qarşılayırlar.
O bildirib ki, səs-küylü və qalmaqallı verilişlər reytinq gətirdiyi üçün kanallar reklam gəlirlərini əsasən bu tip proqramlar üzərindən formalaşdırır. Aparıcının fikrincə, maliyyə çətinlikləri televiziya məzmununa təsir göstərsə də, bu, efirdə keyfiyyət meyarlarının aşağı salınmasına əsas verməməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Saxta əmək müqaviləsi halları – İşçilər necə qoruna bilər?
Saxta əmək müqaviləsi halları son illərdə artmaqda olan qanun pozuntularından biridir və işçilərin hüquqlarının qorunmaması ilə nəticələnir. Belə müqavilələrdə işçi rəsmi olaraq əməkhaqqı, sosial sığorta və digər hüquqlarını təmin etmədən işə cəlb olunur. Nəticədə işçi həm maaşını tam ala bilmir, həm də əmək kitabçasında rəsmi qeydiyyat aparılmadığı üçün gələcəkdə pensiya və sosial təminat hüququndan məhrum qalır.İşçilərin qorunması üçün bir neçə önəmli addım var. Əvvəlcə müqaviləni imzalamadan öncə sənədin qanuni və işçinin hüquqlarını tam əhatə etdiyinə diqqət yetirmək lazımdır. Hər hansı şübhəli hallarda əmək və sosial müdafiə orqanlarına müraciət etmək və müqaviləni qeydiyyatdan keçirmək tövsiyə olunur. İşçilər həmçinin ödənişlərin bank vasitəsilə...
25 Fevral 2026, 12:44
Qaradağda 10 kq narkotik aşkarlanıb
Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.DİN-dən Citypost.az-a verilən məlumata görə, tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Arzuman Əhmədov saxlanılıb. Onun üzərindən ümumilikdə 9 kiloqram 986 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.Araşdırmalarla müəyyən olunub ki, A. Əhmədov istintaqla şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlarda gizlətməyi planlaşdırıb.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
25 Fevral 2026, 12:42
Sabahın hava proqnozu açıqlanıb
Fevralın 26-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az verilən xəbərə görə,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi...
25 Fevral 2026, 12:41
Ölkədə 322 kişiyə həyat yoldaşına yaxınlaşmaq qadağan edilib
2025-ci ildə 322 qadına həyat yoldaşının zorakılıqlarından qorunmaq üçün mühafizə orderi verilib.Bu barədə Citypost.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.Rəsmi məlumata görə, 2025-ci ildə yerli icra və probasiya qurumlarının icraatına məişət zorakılığı ilə bağlı 280-i qısamüddətli, 42-si uzunmüddətli mühafizə orderi olmaqla, cəmi 322 icra sənədi daxil olub.Qeyd edək ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsə qarşı tətbiq edilən rəsmi məhdudiyyətlər toplusudur. Bu orderin verilməsində əsas məqsəd zorakılığa məruz qalmış şəxsin təhlükəsizliyinin təmin olunması və onun hüquqlarının qorunmasıdır.Order qüvvədə olduğu müddətdə zorakılıq törədən şəxsə zərər çəkmiş şəxsə yaxınlaşmaq, onunla əlaqə saxlamaq və ya onu narahat edən hərəkətlər etmək qadağan olunur.Mühafizə orderi...
25 Fevral 2026, 12:39
Azərbaycandakı dini konfessiyalar birgə bəyanat yaydı
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.Modern.az xəbər verir ki, bəyanat Qafqaz Müsəlmanları İdarəsində soyqırımın ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirilib.Bəyanatı təqdim edirik:"Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan bir neçə gün əvvəl - 1992-ci ilin fevralın 17-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoymuş və öz cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərində soyqırımı törətmişlər. Ağır...
25 Fevral 2026, 12:23
Ombudsmanın 2025-ci il üzrə məruzəsi Milli Məclisə daxil olub
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi Milli Məclisə daxil olub.Citypost.az xəbər verir ki, illik məruzə parlamentin İnsan hüquqları komitəsinin fevralın 27-si keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində yer alıb.Qeyd edək ki, illik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilib.
25 Fevral 2026, 11:53