Xocalı soyqırımının 34-cü ildönümü Ukrayna paytaxtında qeyd olunub
Cəmiyyət 26 Fevral 2026, 14:46
287
Ukrayna paytaxtı Kiyev şəhərində Xocalı soyqırımının 34-cü ildönümü qeyd edilib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyev Akademik Milli Operetta Teatrında anım mərasimi təşkil olunub.
Anım tədbirində Ukraynada akkreditə olunmuş səfirlər, diplomatlar, ukraynalı tarixçilər, alimlər, ali təhsil ocaqlarının rektorları və müəllimləri, tələbə heyəti və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir sıra ölkəsində, o cümlədən ABŞ-nin 18 ştatında Xocalı soyqırımının tanındığını xatırladan S.Mərdəliyev qeyd edib ki, əgər dünya ictimaiyyəti Xocalı soyqırımına vaxtında hüquqi qiymət versəydi, bəlkə də dünyanın başqa yerlərində baş vermiş sonrakı soyqırımlarının qarşısını almaq olardı:
"Burada isə bir sadə həqiqəti xatırlamalıyıq - cəzasızlıq yeni cinayətlər doğurur".
Həmçinin oxuyun
Azərbaycanın torpaqlarının işğalına son qoyduqdan sonra sülh prosesinə sadiqliyini bildirən səfir qeyd edib ki, müharibə cinayətkarlarının beynəlxalq hüquq tələbi ilə cəzalandırılması da davam edir:
"Münaqişədən sonrakı sülh prosesini başlatmaqla Azərbaycan, eyni zamanda Bako Saakyan, Araik Arutyunyan, David Babayan, Ruben Vardanyan da daxil olmaqla onlarla müharibə cinayətkarlarını insanlığa qarşı cinayətlər törətdiklərinə görə məsuliyyətə cəlb olunmasını təmin etdi. Onlar bu yaxınlarda ağır məhkəmə hökmlərini aldılar. Lakin Ermənistanın iki keçmiş prezidenti Robert Koçaryan və Serj Sarqsyan da daxil olmaqla digər cinayətkarlar cəzasızlıqdan yararlanmağa davam edirlər".
Diplomat bildirib ki, Xocalı təqribən 30 illik işğaldan sonra 2023-cü ilin sentyabrında Azərbaycanın müzəffər Silahlı Qüvvələri tərəfindən azad edildi:
"Bu yalnız hərbi və ya siyasi mərhələ deyildi. Bu, Azərbaycan xalqı üçün mənəvi və tarixi qələbə idi".
Anım gecəsində Kiyev Akademik Milli Operetta Teatrının solistləri Qara Qarayev, Fikrət Əmirovun əsərləri ilə yanaşı Ukrayna və xarici ölkələrin klassiklərinin əsərlərini də ifa ediblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu.Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma Memorial barədə məlumat verdi.Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti...
26 Fevral 2026, 15:46
Xalq artistinin həyat yoldaşı vəfat etdi
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin xanımı dünyasını dəyişib.CityPost.az xəbər verir ki,bu barədə Oxu24.com-a onun ailəsindən məlumat verilib.Məlumata görə,Xalq artistinin həyat yoldaşı Zümrüd Əzizbəyli xəstəlikdən vəfat edib.O,75 yaşında beyinə qansızma nəticəsində dünyasını dəyişib.Zümrüd Əzizbəyli bu gün həyat yoldaşı,mərhum Xalq artistinin yanında,"Qurd Qapısı" qəbiristanlığında dəfn olunub.Allah rəhmət etsin.
26 Fevral 2026, 15:35
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası məlumat yayıb
Son günlər bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bir neçə əməkdaşın işdən azad olunması ilə bağlı həqiqətə uyğun olmayan və əsassız məlumatlar yayılıb.Citypost.az AHİK-na istinadən xəbər verir ki, məlumatda bildirir: "Fəaliyyətimizə və işgüzar nüfuzumuza xələl gətirən bu cür yanlış və ictimaiyyəti çaşdıran məlumatların yayılması qəbuledilməzdir və jurnalistika etikasına sığmır. Media subyektlərini dərc etməzdən əvvəl xəbəri rəsmi mənbələrdən dəqiqləşdirməyə, peşə etikasına riayət etməyə və qüvvədə olan media qanunvericiliyinin tələblərinə əməl etməyə çağırırıq.AHİK ilə bağlı bu yanlış və əsassız məlumatı yayımlayan media orqanlarından təkzib vermələrini və gələcək fəaliyyətlərində daha diqqətli olmalarını xahiş edirik"....
26 Fevral 2026, 15:29
Ermənistan Gürcüstandan izahat tələb edir
Ermənistan tərəfi Gürcüstanda Kobi gömrük terminalında Ermənistandan olan yük avtomobillərinin saxlanılması ilə bağlı Tbilisidən rəsmi cavab gözləyir.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan danışıb.Papoyanın sözlərinə görə, saxlanmanın hansı səbəbdən baş verdiyi hələlik aydın deyil.Gürcüstan tərəfinin verdiyi məlumata əsasən, maliyyə polisi müəyyən risklər aşkarlayıb. Lakin həmin risklərin detalları və mümkün pozuntular barədə hələ ki, açıqlama verilməyib....
26 Fevral 2026, 15:05
Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Sumqayıt şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri və qazilər, Sumqayıtda məskunlaşan Xocalı sakinləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Bu barədə Citypost.az İH-dən məlumat verilib.Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Xocalı sakinləri ilə görüşərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı...
26 Fevral 2026, 14:44
İran hava məkanını bağlayıb.
İran dəniz zonası üzərində hava məkanını bağlayıb.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar Azərbaycanla sərhəd boyunca bütün hava məkanını əhatə edir.İran Azərbaycanla sərhəd boyunca hava məkanının NOTAM bağlanması barədə bildiriş yayıb. Yayımlanan məlumata görə, Azərbaycanla sərhəd yaxınlığında pilotsuz uçuş aparatları yer səviyyəsindən 10 000 futadək (təxminən 3 300 metr) hündürlükdə istifadə olunacaq.İran mediasının məlumatına görə, son günlərdə İran hərbi dronlarının uçuşlarının artması müşahidə olunub və bu, ekspertlərin fikrincə, ərazidə hərbi təlimlərin keçirildiyini göstərir....
26 Fevral 2026, 14:42